The document has moved here.
|
||
MM-də işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı ilə bağlı dinləmə keçiriləcək | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Milli Məclisdə işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı ilə bağlı dinləmə keçiriləcək.
Bunu APA-ya açıqlamasında parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
T. Rzayev bildirib ki, bu, Aqrar siyasət komitəsinin 2022-ci il yaz sessiyasının İş planına daxil ediləcək: “Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafına diqqət artırılıb, çox mühüm tədbirlərin layihələri hazırlanır. Bununla əlaqədar qanunvericilik bazasının yaradılması da vacibdir. Komitə də bu prosesdə aktiv iştirak edəcək. O cümlədən yaz sessiyası dövründə komitə üzvləri olaraq işğaldan azad olunmuş ərazilərə səfər etmək, işlərin gedişi ilə tanış olmağı düşünürük. Bu da İş planında əksini tapacaq”. |
||
|
||
MM-də, işğaldan, azad, olunmuş, ərazilərdə, aqrar, sahənin, inkişafı, ilə, bağlı, dinləmə, keçiriləcək, |
|