Xəbər haqqında
02 Yanvar 2018 - Çərşənbə axşamı 23:44 175 nəfər oxuyub
 
Moldova prezidenti hakimiyyətdən uzaqlaşdırıldı
- Xəbəri
Moldova prezidenti hakimiyyətdən uzaqlaşdırıldı

Moldova Konstitusiya Məhkəməsi bu gün qəbul etdiyi qərarla ölkə prezidenti İqor Dodonun səlahiyyətlərini müvəqqəti olaraq dayandırıb. 

 

Xeber365.com “RİA Novosti”ə istinadla yazır ki, məhkəmə hakim partiyadan olan bir qrup millət vəkilinin sorğusu əsasında belə qərar qəbul edib. Qərarın verilməsinə səbəb, İqor Dodonun baş nazirin 5 nazir və 2 baş nazir müavini postuna təklif etdiyi namizədləri təsdiqləməkdən imtina etməsi olub.  

 

Hazırda prezidentin səlahiyyətləri müvəqqəti olaraq parlament sədrinə həvalə olunub. Yaxın günlərdə onun yeni nazirləri təyin edəcəyi gözlənilir.

 

İqor Dodon isə öz Feysbuk səhifəsində Konstitusiya Məhkəməsinin qərarını tənqid edib və bunu qanunsuz adlandırıb.

 

Mənbə: Müəllif:
Moldova, prezidenti, hakimiyyətdən, uzaqlaşdırıldı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı