The document has moved here.
|
||
Moldovanın yeni prezidenti hökuməti istefaya səsləyib | ||
DÜNYA Xəbəri | ||
![]() |
||
|
||
Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu baş nazir İon Kikunun rəhbərlik etdiyi hökumətin istefaya getməli olduğunu deyib. Onun fikrincə, İon Kikunun hökuməti koronavirus pandemiyası və onu müşayiət edən iqtisadi böhranın öhdəsindən gələ bilmir.
"Xəbər365"in məlumatına görə, yeni prezidentin müvafiq çıxışı “Moldova 1” telekanalında yayımlanıb.
“Böhrandan çıxış yolu tibbin maliyyələşdirilməsindən asılıdır və bunun üçün xaricdən yardım cəlb etmək üzərində işlərə başlamışam. Ancaq hökumət ölkə daxilində öz vəzifələri ilə məşğul olmalıdır və əgər öhdəsindən gələ bilmirsə, istefaya getsin”, - deyə prezident telekanala verdiyi müsahibədə bildirib.
|
||
|
||
Moldovanın, yeni, prezidenti, hökuməti, istefaya, səsləyib, |
|