Xəbər haqqında
03 Yanvar 2018 - Çərşənbə 10:09 89 nəfər oxuyub
 
Mövqelərimiz iriçaplı pulemyotlarla atəşə tutuldu
GÜNDƏM Xəbəri
Mövqelərimiz iriçaplı pulemyotlarla atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.

 

Xeber365.com Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
 

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdamrayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzulirayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavəndvə Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

 

Mənbə: Müəllif:
Mövqelərimiz, iriçaplı, pulemyotlarla, atəşə, tutuldu,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı