Xəbər haqqında
25 Sentyabr 2017 - Bazar ertəsi 15:24 388 nəfər oxuyub
 
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
MÜSAHİBƏ Xəbəri
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA

2014-ci ildən Bakıda başlanılan diaqnostik qiymətləndirmə sonrakı üç il  ərzində bütün ölkə coğrafiyasını əhatə edib. Hazırda bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin sayı 140 min nəfərə yaxındır. 

 

Bir çox ekspertlərin fikrincə, təhsildə müsbət tendensiya kimi qəbul edilən diaqnostik qiymətləndirmə “yaxşını pisdən ayrd etməyə” imkan verir ki, bu da ümümlikdə savadlılığın artması, müəllimlərin öz üzərində işləməsi üçün rəqabət mühiti formalaşdırır. Təbii ki, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərənlərin əmək haqqlarının artırılması da bu prosesdə lokomotiv hesab oluna bilər. Bəs, görəsən, imtahanda yüksək qiymət alan müəllimlər iş yerlərində də bu dəyəri ala bilirlərmi? 

 

Müşahidələr göstərir ki, bəzən yox! Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən, şagird-müəllim fəlsəfəsinə hakim olan, müsair təhsil trendlərini bilən və bu trendləri yaradan gənc müəllimlər sistemin dolaylarından keçə bilmirlər. Məsələn, göndərildikləri məktəblərdə onlara deyirlər ki, “20 ildi sənin kimiləri öyrədirəm, indi sən məndən çox biləcəksən?!” Yaxud da “dərsin hamısını sənə versəm, bəs o birilər neynəyəcəklər?” Düşünürəm ki, müasir müəllim hər iki suala cavab verə bilməyəcək, ya da cavab verməkdən qaçacaq. Çünki “sən” deyə müraciətlə başlayan polemika başqa məcralara yol aça bilər. 

 

Bu cür problemlə qarşılaşan və xeber365.com-a müsahibə verən gənc müəllimə Günay Məmmədova deyir ki, ilk gündən “sevincim qursağımda qaldı”: 

 

“30.08.2017 tarixində müəllimlərin işə qəbulu üzrə keçirilmiş imtahanda iştirak edərək, 55,2225 bal topladım. II turda seçim etdim və sıralamada ilk yazdığım 280 saylı tam orta məktəb üzrə ən yüksək balı mən topladığıma görə, elə həmin məktəbə də düşdüm. Növbəti və son mərhələ isə müsahibə mərhələsi idi. Nəhayət, müsahibə mərhələsi də bitdikdən sonra qalırdı cavabların elan olunmasını gözləmək... Həyacanlı şəkildə keçən bir neçə gündən sonra, nəhayət ki, cavablar şəxsi səhifəmizə gəldi. Müsahibədən uğurla keçdiyimi görüb çox sevinmişdim. Sevincimin həddi-hüdudu yox idi. Lakin bu, çox uzun çəkmədi”. 

 

Belə anlaşılmazlıqlarla qarşılaşan müəllimlər problemlərini həll etmək üçün onları məktəbə göndərən və bu məsələlərə cavabdeh olan yuxarı instansiyalara (Təhsil Nazirliyinə, tabe olduqları rayon, şəhər Təhsil İdarələrinə) üz tuturlar. Təəssüf ki, bəzilərinin şikayətləri cavabsız qalır. Məsələn, Günay Məmmədova ilə olduğu kimi... 

 

“Hövsan qəsəbəsində yerləşən 280 saylı tam orta məktəbi seçməyimin əsas səbəbi, məhz, 24 saat vakant dərs yükünün verilməsi idi. Lakin direktor R.M.Qasımovla ilk görüşümdə o, 18 saat vakant dərs verdiyini dedi. Mən isə 18 saat yox, 24 saat vakant dərs üzrə gəldiyimi bildirdim. O isə qətiyyətlə sözlərini təkrarladı. Bu məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə saxladım və mənə bildirildi ki, direktor düz deyir, 18 saat vakant dərs verib. "Bəs Təhsil Nazirliyinin saytında vakansiya ilə bağlı məlumatlar bölməsində niyə 24 saat qeyd edilib?" deyə sual verdikdə isə "Yəqin,  səhv yazılıb, olur belə şeylər" cavabını aldım. İndi sizə sual verirəm, siz deyin, əgər səhv yazılıbsa, bu səhvin məsuliyyətini kim daşımalıdır?”

 

Müsahibimiz deyir ki, bu məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin qaynar xəttinə (146) müraciət etsə də, heç bir nəticəsi olmayıb:

 

“15 sentyabr tarixində mənə dərs saatımın 24 saat deyil, 18 saat (!) olacağı bildirilən gün 146 ilə əlaqə saxlayıb, bu məsələnin araşdırılmasını tələb etdim. Onlar isə müraciətimin qeydə alındığını və araşdırılacağını bildirdilər. Bir gün sonra,  yəni sentyabrın 16-da 146-ya müraciət edərək, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırovla görüş üçün vaxt təyin edilməsini istədim. Operator yalnız noyabrın 6-na vaxt təyin oluna biləcəyini söylədi və məni görüşlə bağlı noyabrın 6-na qeyd etdi. Düz 1 həftə sonra, yəni 22 sentyabr tarixində araşdırmanın gedişatı ilə bağlı məlumat almaq üçün 146 ilə əlaqə saxlayanda məlum oldu ki, yalnız görüşlə bağlı müraciətim qeydə alınıbmış. Halbuki görüş üçün sentyabrın 16-sı əlaqə saxlamışdım, araşdırılma ilə bağlı isə sentyabrin 15-i müraciət etmişdim, yəni bir gün öncə. Əgər qaynar xətt olaraq müraciət edənin şikayət, təklif və ya müraciətləri qeydə alınmırsa, o zaman qaynar xəttin varlığının mahiyyəti nədən ibarətdir?”

 

Günay Məmmədova deyir ki, məsələ ilə bağlı Prezident Aparatına və Ombudsmana da elektron məktub ünvanlayıb və cavab gözləyir.

 

Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik...

 

 

 

 

Mənbə: Müəllif: XƏBƏR365
Müəllimlərə, vəd, edilən, dərs, saatları, niyə, verilmir?, –, ARAŞDIRMA,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa