The document has moved here.
|
||
“Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradıldı | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradılıb.
"Xəbər365" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya tərkibi aşağıdakılardır:
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müavini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisinin müavini Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisinin müavini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini.
Komissiyaya tapşırılıb ki, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi üçün müharibə iştirakçılarının siyahısını müəyyən etsin və müvafiq təkliflərini Nazirlər Kabinetinə təqdim etsin.
Müəyyən edilib ki, Vətən müharibəsi iştirakçılarına qanunvericiliyə uyğun olaraq “Müharibə veteranı” adı Komissiyanın müəyyən etdiyi siyahı nəzərə alınmaqla verilir. Komissiya öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edə və işçi qruplar yarada bilər. |
||
|
||
, “Müharibə, veteranı”, adının, verilməsi, işinin, təşkili, üzrə, Komissiya, yaradıldı, |
|