Xəbər haqqında
12 Noyabr 2017 - Bazar 16:18 73 nəfər oxuyub
 
Murad Topalyan - erməniləri təbliğ edən terrorçu
GÜNDƏM Xəbəri
Murad Topalyan - erməniləri təbliğ edən terrorçu

ABŞ-ın "International Policy Digest" nəşrində Amerika Erməni Milli Komitəsinin (AEMK) qaranlıq fəaliyyəti, bu təşkilatın terror fəaliyyətinə görə məhkum olunmuş və ABŞ-ın milli maraqlarına qarşı çıxış edən xarici media şirkətlərinin başçıları komitəsi ilə əlaqəsi olan rəhbərləri haqqında məqalə dərc edilib.

 

Məqalə müəllifi Noa Ross yazır ki, AEMK "ən böyük və olduqca təsirli siyasi təşkilatlardan" biri kimi təkcə Vaşinqtonun siyasi dairələrinə təsir göstərmir, həm də tamamilə təbiidir ki, ölkənin siyasi sabitliyinə və hətta milli təhlükəsizliyinə təhlükə yaradaraq ABŞ-ın maraqlarına qarşı fəaliyyət göstərir.

 

Müəllif qeyd edir ki, təşkilatın idarə heyəti sıralarında təzyiq göstərmək, silahlı hücum və terrorizm üstündə məhkum edilmiş şəxslər var. AEMK-in bu cür məşhur liderlərindən biri Murad Topalyandır. AEMK-nın press-relizlərinə və digər erməni saytlarının məlumatına görə, M.Topalyan ABŞ Konqresi üzvləri ilə görüşlərə cəlb edilib. O, Kapitoli təpəsində AEMK-nin qərb qanadının nümayəndə heyətinin tərkibində keçirilən görüşlərdə, şübhəsiz, mühüm rol oynayıb.

 

Yekun ittiham aktında federal hökumət orqanları M.Topalyanı ABŞ ərazisində ən azı dörd terror hadisəsi ilə - 1980-ci il oktyabrın 12-də BMT-nin qərargahı ərazisində bombadan istifadə etməklə terror aktı, 1981-ci il iyunun 3-də Los-Ancelesdə Anahaym konfrans mərkəzində, 1981-ci il noyabrın 20-də isə Beverli-Hillzdə Türkiyə konsulluğunun binasında partlayış törətməklə və nəhayət, 1982-ci il oktyabrın 22-də Türkiyənin Filadelfiyadakı fəxri konsuluna sui-qəsdlə əlaqələndirib.

 

2000-ci ildə AEMK məhkum edilmiş Murad Topalyana "erməni məsələsinin təbliği işində sadiqliyinə" görə "Azadlıq uğrunda mükafat" verib, onu "erməni tarixinin və erməni xalqı məsələsinin təbliğində liderliyin unikal brendi" kimi mədh edib.

 

Müəllif yazır ki, Amerika Erməni Milli Komitəsinin fəaliyyəti, həmçinin etnik ermənilərin rəhbərlik etdiyi bir neçə əcnəbi media-təşkilatı tərəfindən dəstəklənir. Bu media təşkilatları erməni maraqlarını güdməklə təhlükəsizlik sahəsində, məsələn, Ermənistanın adını 2000-ci illərin əvvəlində Corc Buş Administrasiyası yanında ABŞ Milli Təhlükəsizlik Nazirliyinin təhlükəli ölkələr siyahısından çıxarmaqla, silah alverinə, o cümlədən üçüncü ölkəyə qeyri-qanuni silah satmasına (bu silahlar İraqda terrorçu qruplara verilib və onlar bu silahlardan 2000-ci illərin sonunda ABŞ əsgərlərini öldürərkən istifadə ediblər) görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin qarşısını almaqla Birləşmiş Ştatların milli maraqlarını pozmaq üçün işləyirlər.(AzərTAc)

Mənbə: Müəllif:
Murad, Topalyan, -, erməniləri, təbliğ, edən, terrorçu,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı