301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
10 May 2015 - Bazar 10:34 1237 nəfər oxuyub
 
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
Əlbəttə ki, AXCP və Müsavat Azərbaycan müxalifətinin əhəmiyyətli hissəsini təşkil edir. Fərqli tənqidi, hətta bir çox məsələlərdə barışmaz mövqe sərgiləyirlər.
MÜSAHİBƏ Xəbəri
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”

Siyasi müstəvidə anti-Qərb kampaniyası, iqtidar-müxalifət görüşü mövzusuna birmənalı münasibətin olmaması gündəmin mənzərəsini dolğunlaşdırır. Amma bu gedişat siyasi məhbuslar, noyabr seçkilərini arxa plana keçirmir. Sabiq millət vəkili, Xalq Partiyasının sədri Pənah Hüseynlə söhbətimizi sonuncu məsələylə bağlı ötən həftələrdə səsləndirdiyi açıqlamlardan başladıq.

Pənah bəy, sizin parlament seçkilərində hakimiyyətlə danışıqlar mövzusunda açıqlamanız birmənalı qarşılanmadı. Konkret olaraq, “parlament seçkiləri ilə bağlı hakimiyyətlə müxalifət konsensusa gəlməlidir” fikrinizlə nə demək istəmisiniz?

- Mənim bu fikrim azad, ədalətli seçkilər prinsipini, o cümlədən, deputatların səsvermə ilə seçilməsini istisna etmir. Bu fikir parlamentin hansısa siyahı ilə formalaşması anlamına gəlməməlidir. Müqayisə üçün misal çəkim: indiyə qədər müxalifət partiyaları bir-biriylə müəyyən dairələrin razılaşdırılması istiqamətində danışıqlar aparıb anlaşırdılar. Mən, təxminən, bu tipli razılaşmanı nəzərdə tutmuşdum və bu da keçid dövrü üçün idi.

Yəni hansı dairələrdə müxalifətin namizədi olacaq, hansında iqtidarınbu barədə hakimiyyətlə danışıq aparılmalıdır?

- Hakimiyyətlə, yaxud hakim partiya ilə. Prinsip olaraq həmin fikirləri səsləndirsəm də, bunun müxtəlif forma və üsulları var. Nəzərə alın ki, keçid dövründə yaşayırıq, ölkəmiz regionda və dünyada gedən geopolitik və maliyyə böhranına daxil olub. Müəyyən sarsıntıların gözlənilməsi baxımından ölkəni bu vəziyyətdən çıxartmaq üçün konstitusiya və qanunlar çərçivəsində siyasi həll yolları tapmaq mümkündür. O cümlədən, seçkilər məsələsində.

Siz keçid dövrünü yaşadığımızı dediniz, ancaq dövlət başçısı bir neçə il əvvəl BDU-nun yubileyində Azərbaycanın keçid dövrünü arxada qoyduğunu bildirmişdi. Əgər keçid dövrü arxada qalıbsa, fikrinizi necə izah edərdiniz?

- SSRİ dağılandan və Azərbaycan müstəqillik qazanandan sonra cəmiyyətin siyasi və dəyərlər sistemində totalitarizmdən demokratiyaya keçid avtomatik, birdən-birə baş vermir. Bunun üçün müəyyən zamana ehtiyac var, yəni islahatlar və onların cəmiyyət tərəfindən həzmi lazımdır. 1993-cü ildən sonra Azərbaycanın inkişafı avtoritarizmin bərqərar olunması istiqamətində getdi. Bunu psevdodemokratiya, avtoritarizm, avtodemokratiya kimi terminlərlə izah etdilər. Amma ən doğrusu avtoritarizmdir. Ona görə də avtoritarizmdən demokratiyaya keçidə ehtiyac var, mən köklü demokratik islahatları nəzərdə tuturam.

22 ildir. Çox çəkmədimi?

- Bu, süni surətdə ləngidildi. Çünki 1993-cü ildə bərqərar olan iqtidar, köklü islahatların keçirilməsində maraqlı olmadığından cəmiyyətdə avtoritar mühit formalaşdı. Keçid dövrü də ona görə qalır. Məncə, rejimin ideoloqları da keçid dövrünün qaldığını inkar etmir. Bu, Ramiz Mehdiyevin məqalələrində, prezident İlham Əliyevin çıxışlarında, YAP yetkililərinin fikirlərində də etiraf olunur. Düzdür, son dövrlər fərqli mövqelər də görürük.

Azərbaycanın öz yolunun olması...?

- Təkcə Azərbaycanın öz yolunun olması deyil, hətta “İnkişafın Azərbaycan modeli” adlı terminlər də meydana gəlir. Bu, son dərəcə yanlışdır. Əlbəttə, hər bir xalqın və ölkənin  mədəniyyəti, ənənələri ilə bağlı özünəməxsus özəllikləri var. Amma universal siyasi qanunauyğunluqlar və dəyərlər də istisna edilməməlidir. Heç istisna etmək mümkün də deyil.

- Yenidən seçkilərlə bağlı fikirlərinizə qayıdaq. Əgər “müxalifətin strategiyası yoxdur” deyirsinizsə, düşərgə iqtidarla hansı danışığa və konsensusa gedə bilər?

- Misal gətirdiyiniz fikir bir çıxışın kontekstində deyilib və həmin kontekstdə bir qədər sxematik görünə bilər. Mən bildirmişdim ki, böhran vəziyyətindən çıxış olaraq nə iqtidarın, nə də müxalifətin strategiyası görünmür.  İqtidar gözləyir ki, neftin qiyməti əvvəlki səviyyəyə çatacaq və problemlər öz-özünə həll olunacaq. Müxalifət də gözləyir ki, gözünü yumub açacaq və Azadlıq Meydanının yüzminlərlə dolu olduğunu görəcək, həmin insanlar da onları hakimiyyət kürsüsündə otuzduracaq. Mən strategiyanın olmadığını deyəndə, hər iki tərəfin böhrandan çıxış yolu strategiyalarının olmadığını nəzərdə tutmuşdum. İndi də bu fikrimdə qalıram. Təəssüf ki, belədir. Ona görə müəyyən bir planın, yaxud “yol xəritəsi”nin olması vacibdir. Mühüm mərhələ kimi bu ilki parlament seçkisində  həmin plan ola bilər. Danışıqlara gəlincə, burda hansısa fərdlərin, yaxud qrupların Milli Məclisə seçkilərdə separat danışıqları nəzərdə tutulmurdu. Söhbət siyasi danışıqlardan gedirdi. Hakimiyyətlə o dövrdə dialoqun aparılması müxalifətlə dialoq kimi gündəmə gəlir. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin partiyalarla iki görüşü bu cür təqdim olunurdu. Bu dialoqun son dərəcə mücərrəd məsələ olması, iqtidarın öz məqsədi üçün xeyli imitasiyadan istifadə etməsini nəzərə alaraq konkret şəkildə seçki məsələlərində dialoqdan siyasi danışığa keçmək təklifini irəli sürmüşdüm. Hesab edirəm ki, ciddi tərəflər olaraq müxalifət və iqtidar dairələri noyabr seçkiləri ilə bağlı ortaq fikrə gələ bilərlər. Əlbəttə ki, birinci növbədə azad, ədalətli seçkilərin keçirilməsini təmin edən islahatların aparılması nəzərdə tutulur. Digər tərəfdən isə qanun çərçivəsində qalmaqla siyasi razılıqların da olmasını istisna etmirəm. Bir qədər də açıq deyə bilərəm.

Buyurun!

- Milli Məclisin son tərkibi ölkədəki siyasi qüvvələrin nisbətini əks etdirmir. İndi iqtidar və müxalifət bu nisbətlə bağlı öz rəqəmlərini səsləndirə bilər. Amma müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur. Ən azı, bir fraksiya səviyyəsində real müxalifətin təmsilinə nail olmaq lazımdır. Mən Milli Məclisdə olarkən iqtidar nümayəndələrinə dəfələrlə deyirdim ki, siz insanları satın almağa cəhd etməyin. Kimi satın alsanız, onun yerinə başqa bir müxalifətçi meydana çıxacaq. Müxalifətin malik olduğu güc, nisbət dərəcəsində onunla siyasi tərəfdaş kimi davranmaq lazımdır. O zaman bir sıra problemlər həllini tapar. Təəssüf ki, hələ bu istiqamətdə iqtidar tərəfdən ciddi yanaşma hiss olunmur.

Onlar xalqın əksəriyyətinin səsini aldıqlarını iddia edirlər...

- Təbliğat üçün səslənən fikirləri ciddi təhlil edib diskussiya aparmağa ehtiyac görmürəm. Onlar özləri də nə qədər səs verildiyini bilirlər. Son seçkiləri uğurlu hesab etsələr də, MSK-ın rəsmi məlumatına görə Cəmil Həsənli 250 mindən çox səs toplamışdı. Hələ saxtalaşdırmadan sonra bu rəqəmi etiraf etmişdilər. Bu mənada müxalifətin bu nisbətdə parlamentdə təmsil olunmasına çalışmaq lazımdır. Əlbəttə ki, bu, partiyalar arasındakı rəqabəti inkar etmir.

Prezident Administrasiya (PA) ilə partiyaların görüş mövzusu birmənalı qarşılanmadı. Konkret olaraq, KXCP sədri Mirmahmud Mirəlioğlu administrasiyanın cavabına mənfi reaksiya verib. O bildirib ki, PA-nın görüş formatını partiyalara xəbər vermədən dəyişdirməsi müzakirə olunacaq və mövzunun partiyalarla razılaşıdırılmaması məqbul sayıla bilməz. Həm də nəzərə alın ki, görüş ötən  ay olmalı idi, amma gecikdi. Bütün bunlara münasibətinizi bilmək istərdik.

- Mən bu görüşlərin birində- sonuncusunda iştirak etdim. Prezidentin köməkçisi cənab Əli Həsənov bildirdi ki,  görüş prezidentin tapşırığı və onun iradəsinin ifadəsi olaraq keçirilir. Həmin görüşdə onun səsləndirdiyi fikirlər və verdiyi vədlər prezidentin fikirlərini ifadə edir. Bu cür ciddi açıqlama jurnalistlərin iştirakıyla da səslənib. Ona görə məsələyə ciddi yanaşılması tələb olunur. Çünki bu, bir məmurun fəaliyyəti yox, birbaşa prezidentin xəttidirsə,  yanaşma fərqli olmalıdır.

Necə fərqli?

- Yəni deyilən sözlərin həyata keçməsi üçün prosesə cəlb olunan tərəflərə münasibət baxımından. Məsələn, mövzuların və formatın razılaşdırılması ilə bağlı vədlərin üstündə dayanmaq lazımdır. Əks təqdirdə qeyri-ciddi situasiya yaranır. Bilirsiniz ki, cəmiyyətdə bu görüşlərə birmənalı münasibət yoxdur. Bir hissə görüşlərin iqtidara imitasiya üçün lazım olduğunu deyir və əlavə edir ki, təmaslar nəinki durumu düzəldəcək, əksinə, ağır vəziyyətin davam etməsinə şərait yaradacaq. Bir sözlə, iqtidarın oyunu kimi təqdim olunur. Ona görə də mənfi, neqativ rəy səslənir.

Haqlıdılarmı?

- Əgər iqtidar tərəfindən bu cür münasibət sərgilənərsə, görüşlərin əleyhdarlarının tərəfdarları çoxalır və onların doğru dedikləri əlavə dəlillərlə təsdiqlənir. Mənə gəldikdə, görüşə getməklə öz mövqeyimi ifadə etmişəm. Ola bilər ki, iqtidar buna imitasiya, taktika kimi baxır. Biz isə məsələyə strategiya kimi yanaşırıq. Bu da yuxarıda səsləndirdiyim məsələdir, yəni avtoritarizmdən demokratiyaya keçidin şərti və tələbi kimi yanaşmamızdan irəli gəlir. Bizim mövqeyimiz yerində qalır. Ola bilər ki, hansısa məmurlar qlobal və daxili sosial-iqtisadi vəziyyətin dəyişməsindən asılı olaraq müxalifətə münasibətdə bu cür dəyişikliklər etsinlər. Amma əvvəl-axır proseslərin gedişi iqtidarı doğru yola gəlməyə vadar edəcək. Ona görə biz bu istiqamətdə öz mövqeyimizi dəyişmək fikrində deyilik.

Pənah bəy, Müsavat və AXCP görüşlərə qatılmır, Bu mənada biz deyəndə kimləri nəzərdə tutursunuz?

- Əlbəttə ki, AXCP və Müsavat Azərbaycan müxalifətinin əhəmiyyətli hissəsini təşkil edir. Fərqli tənqidi, hətta bir çox məsələlərdə barışmaz mövqe sərgiləyirlər. Amma müxalifət düşərgəsi yalnız onlardan ibarət deyil. Eyni zamanda, partiyaların daxilində də müəyyən kursun seçilməsində fərqli düşünənlər var. Bu baxımdan mən görüşdə iştirak edən partiyaları, məsələn, KXCP, Xalq Partiyası və bizim “Azadlıq 2015” blokunda iştirak edən, onlardan kənarda qalan, amma müxalif mövqe ifadə edənləri nəzərdə tuturam. Güman edirəm ki, bu, ən optimal yoldur. Bu kursun reallaşmaması konkret halda iqtidarın məsuliyyətidir. Bax, dediyiniz partiyaların prosesə qoşulmasında iqtidar da maraqlıdır. Həqiqətən ciddi yanaşma aşkarlanarsa, bu iştirak gözləniləndir. Məsələn, Müsavat Partiyası birmənalı şəkildə görüşlərin əleyhinə çıxış etmir. Müəyyən şərtlər daxilində görüşlərdə iştirak edəcəkləri barədə bəzi mesajlar verirdilər. Eyni şey AXCP-yə də aiddir. Yeri gəlmişkən, dostlarımızla bu barədə danışanda bunu onlara irad da tuturam ki, siz iqtidarla təmasların əleyhinə çıxış etmirsiniz, siz “bizimlə danışın” xəttini ortaya qoyursunuz, amma bu o qədər də korrekt deyil. Əlbəttə ki, iqtidar və müxalifət dialoqu gündəmdə olarsa, bu partiyalardan ən azı birinin görüşdə iştirakı vacib şərtdir.

- Bu prosesdə bir məqam var: danışığı kimin adından aparırsınız, cəmiyyətlə heç razılaşdınızmı, axı, səsi ictimaiyyətdən istəyəcəksiniz...

- Bu, jurnalistlərin, yaxud iqtidar, ya da müxalifət içindən prosesə müxtəlif şəkildə maraqlı olanların spekulyasiyasıdır. Bu, siyasi partiyalarla görüşdür, hər bir partiya da öz adından danışır. Mənə öz sədri olduğum partiya mandat vermişdi. Ona görə müxalifətin, ya da xalqın adından bəzi məsələlərdən danışa bilərlər, amma bu görüşlərdə hər bir partiya öz adından danışır və qanun da, nizamnamə də buna imkan verir.

Bu məqamda isə sual yaranır: dialoqu kimin üçün aparırsınız, özünüz üçün?

- Elə bir sualı siz çıxardırsınız. Məncə, elə bir sual yaranmır. Mən kifayət qədər aydın cavab verdim ki, hər bir partiyanın aydın kursu var və bu xəttə uyğun olaraq öz münasibətini qurur. Mən bu gün iqtidar-müxalifət dialoqunu çox vacib hesab edirəm: danışıqlar baş tutsun, bir çox məsələlər barədə razılığa gəlinsin. Diqqətinizi son günlərin dəyirmi masalarına yönəltmək istəyirəm. Hakimiyyət bu yöndə partiyalarla dəyirmi masa keçirib Avropa Oyunlarına dəstək kampaniyası qurmaq istəyir. Əvvəla, mən dəstək kampaniyasının nəyə lazım olduğunu başa düşmürəm. Artıq oyunların keçirilməsi qərarlaşıb. Ola bilər, bu yanaşma narahatlıqdan xəbər verir, çünki olduqca şişirdilmiş kampaniya gedir, guya, oyunlar baş tutmayacaq və s. Ona görə də keçmişdə müxalifətdə olmuş Fəzail Ağamalı və digərləri çox ciddi şəkildə oyunları kimlərdənsə müdafiə etmək kampaniyası aparırlar. Düzdür, cəmiyyətdə oyunlara tənqidi yanaşanlar var, məsələn, indiki dövrdə bu qədər maliyyənin sərf olunmasını səmərəli saymırlar. Bəziləri isə siyasi məhbusların, siyasi repressiyaların davam etdiyi şəraitdə Avropa Oyunlarının keçirilməsini doğru saymır. Düzdür, boykot çağırışları yoxdur, amma bunun anonsunu verirlər. “Azadlıq 2015” blokunda olan partiyalar məsələ haqda mövqeyini əvvəlcədən müəyyənləşdirib. Blok daxilində də indiki böhran şəraitində bu qədər vəsaitin xərclənməsinə fərqli yanaşanlar vardı. Amma boykot, yaxud “oyunların heç bir faydası  yoxdur” deyənlər olmayıb. Bu mənada dəyirmi masa toplayıb partiyaları söyüb skandal yaratmağın mənası nədir, anlamıram. Hesab edirəm ki, dialoq, ya da partiyalarla görüşün bu cür konyuktur məsələlərdə istifadəsi anlaşılmaz görünür. Əgər elə bir görüş olsa, “Azadlıq 2015” Avropa Oyunlarına özünün münasibətini bir daha bildirəcək və bu, boykot mövqeyindən neqativ olmayacaq. Ona görə iqtidar-müxalifət dialoqunun Avropa Oyunlarına həsr olunmasını başa düşmürük. Məncə, bu cür tənqidi münasibətlərə dözümlü  yanaşıb onları vətən xaini çıxartmaq da doğru deyil. Çünki bir çoxları səmimi şəkildə o cür düşünür və xarici fondlardan buna görə maliyyə də almır. Bir məqama da toxunmaq istəyirəm. İdman oyunlarından istifadə olunaraq Azərbaycan əleyhinə xaricdə bu barədə tənqidi fikirlər səslənir.

Kerri planını nəzərdə tutursunuz. Sizcə, belə bir plan varmı?

- Söhbət təkcə Kerridən də getmir.  Açığı, bu oyunlar kontekstində anti-Azərbaycan kampaniyası da görünür. Hamısının ermənilərin pulu  hesabına edildiyini, yaxud paxıllıqdan irəli gəldiyini də demək doğru deyil. Gəlin, baxaq. İstər ermənilərin, istər paxıllıqdan deyənlərin sözlərində həqiqət var, ya yoxdur? Əslində, bu problemləri bir gündə həll etmək mükündür. Siyasi məhbus problemini nəzərdə tuturam. Milyardlarla pul xərcləyib iş aparmaqdansa, bu öz effektini daha tez verər. Bu mənada hökumət təbliğatçılarının məntiqi mənə qaranlıqdır.

Bəs niyə etmirlər?

- Sual iqtidara yönəlməlidir. Bəli, bu işin içində Azərbaycanın düşmənləri də var, erməni lobbisi belə bir iş aparır, ümumiyyətlə, bizi sevməyənlər var, bu da faktdır. Amma hər şeyi bir-birinə qatıb üstəlik də bunu daxili siyasətə yönəltmək olduqca təhlükəli və yanlışdır.  

Pənah bəy, bu minvalla İlham Əliyev ölkəni hara aparır?

- “Ölkə hara gedir”dən az əhəmiyyətli olmayan “biz hansı situasiyadayıq” sualıdır. Bunu dəyərləndirmək lazımdır, sonra siz dediyiniz suala cavab vermək olar. Heç kəsə sirr deyil ki, ölkə müəyyən bir eyforik dövrdən sonra çox ciddi maliyyə, iqtisadi və geosiyasi gərginliyə daxil olub. Bu böhranın sosial-iqtisadi nəticələri artıq göz önündədir. Məntiqi olaraq bunun siyasi böhrana keçməsi də olduqca gözləniləndir. Məncə, İlham Əliyev iqtidarının əsas vəzifəsi bunun qarşısını almaqdır. Real tədbirlər görülmürsə, deməli, İlham Əliyev Azərbaycanı həmin sarsıntılara aparacaq, özünün istəyib-istəməməsindən asılı olmayaraq.

24 apreldən sonra çox qəribə durum yarandı. Rusiya prezidenti İrəvana getdi, ABŞ prezidenti isə soyqırım kəlməsini işlətməti. Buna rəğmən ABŞ dövlət katibi Kerrinin anti-Azərbaycan planı hazırladığı bildirildi. Hakimiyyətin bu mövqeyini necə izah edərdiniz?

- Hər kəsə anti-Qərb təbliğatının daxili auditoriyaya hesablandığı bəllidir. Amma Rusiya ilə münasibətə gəldikdə, şimal ölkə yaxındadır. Ümumiyyətlə, Azərbaycan üçün təhlükənin harda olduğu hamıya məlumdur, bunu iqtidar da bilir. Anti-Qərb, yaxud anti-ABŞ kampaniyası həm də Rusiya auditoriyası üçün hesablanıb, xeyli dərəcədə Moskva qarşısındakı qorxudan irəli gəlir. Bir qədər də diqqəti yayındırırlar.

Nəticəsi olacaqmı?

- Bilirsiniz, biz tez-tez imitasiya, görüntü ifadələrini təkrarlayırıq, real həyatda bunlar heç də təsirsiz getmir. Az, ya çox dərəcədə onun konkret nəticələri olur. İndi baxaq, görək, Azərbaycan Riqa Sammitinə gedəcəkmi? Kreml həmin Sammitin anti-Rusiya  tədbiri olduğunu bəyan etmişdi.

Ola bilərmi ki, Əliyev həm 9 may Qələbə Bayramının 70 illiyinə, həm də Riqa Sammitinə getməklə balans yaratsın?

- 9 may tədbirinə getmək məsələsi artıq dəqiqdir, dediyiniz də mümkündür. Çünki Azərbaycan böyük güclər arasında “rəqs etmək” məcburiyyətindədir.

Belə çıxır ki, balans siyasət bitməyib?

- Bu məsələdə manevr imkanlarının tükənməsindən danışmaq olar. Elə bir mərhələyə qədəm qoymuşuq ki, artıq Rusiya və Qərb tərəfdən seçim tələbi qoyulur. Həm də elə addımlar atırsan ki, bu, seçimi bildirir. Ola bilsin ki, hakimiyyət son ana qədər vəziyyəti uzatsın, bu da strategiyanın olmamasından irəli gəlir. Bəlkə də əndrabadi ifadə də işlətmək olar: strategiyasız strategiya seçilib, baxaq görək, nə olur. Bu baxımdan anti-Qərb kampaniyasına o şəkildə baxmaq lazımdır. Ancaq çox xatalı bir oyun da gedir. Doğrusu, mən ABŞ və Qərbin Azərbaycanda rejim dəyişdirmək planının mövcudluğuna inanmıram. Bunun əlamətləri olsa, özünü dərhal göstərər. İqtidarın hay-küyünə baxmayın, müxalifətə və QHT-lərə elə bir maliyyə yardımı yoxdur. Qərb Azərbaycanda işləmək istəsə, güclü rıçaqları hərəkətə gətirər, amma bu, qətiyyən hiss olunmur. Ancaq Qərb Azərbaycanda müəyyən inkişafın və müəyyən dövr üçün islahatların aparılmasında maraqlıdır. Digər tərəfdən isə geosiyasi proqramlar var, məsələn, qaz kəməri, Avrasiya İttifaqına daxil olub-olmamaq və s. Bir məsələ aydındır ki, Azəbaycan enerji məsələlərində rusiyapərəst mövqe tutmur, real layihələrdə Bakı avroatlantik istiqaməti saxlayır.

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
“Müxalifət, parlamentdə, cəmiyyətdə, malik, olduğu, çəkiyə, uyğun, nisbətdə, təmsil, olunmur”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı