Xəbər haqqında
13 Sentyabr 2017 - Çərşənbə 20:14 126 nəfər oxuyub
 
Myanma sərhədini keçərkən 102 müsəlman öldü
GÜNDƏM Xəbəri
Myanma sərhədini keçərkən 102 müsəlman öldü

Avqust ayının sonundan bu günə qədər Myanmanın Rohingya əyalətindən olan ən azı 102 müsəlman qaçqın Banqladeş sərhədini keçmək istəyərkən ölüb.

 

Xeber365.com "bdnews.24"ə istinadən xəbər verir ki, onların hamısı Myanma-Banqladeş sərhədindəki Naf çayında boğulublar. Qeyd edək ki, qaçqınlar nasaz vəziyyətdə olan və həddən artıq yükləndiyi üçün tab gətirməyib batan qayıqlarla sərhədi keçməyə çalışırlar.

 

Banqladeş bölgəsinin polis əməkdaşı bildirib ki, cəsədlərdən 7-si tapılıb.

 

Bildirilir ki, Myanma hadisələrinə görə, avqustun 25-dən indiyədək ümumilikdə 400 nəfər ölüb, 370 min nəfər isə Banqladeşə qaçmağa müvəffəq olub.  

 

Qeyd edək ki, Myanma ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində son bir həftədə çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.

 

Mənbə: Müəllif: XƏBƏR365
Myanma, sərhədini, keçərkən, 102, müsəlman, öldü,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı