301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
24 May 2016 - Çərşənbə axşamı 00:34 3578 nəfər oxuyub
 
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Bu gün yeniyetmələrin intiharında, yaşanan faciələrin kökündə duran bir səbəb də övladla valideyn arasında olan uçurumdur. Bir ana kimi siz bu barədə nə düşünürsünüz, valideynlərə nə məsləhət görərdiniz, bu uçurumu neçə məhv etməli, övlada necə yaxın olmalı?
MÜSAHİBƏ Xəbəri
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”

Teleaparıcı İlhamiyyə Rzanı 10 il fasilədən sonra efirdə görə bildik. ANS kanalında “Nəzər nöqtəsi” verilişi ilə yenidən tamaşaçıları ilə görüşdü. Bu görüş isə cəmi 4 ay davam etdi.Onunla söhbətimiz məhz ANS-dən getməsi ərəfəsinə düşdü. Aparıcı söhbətimizdə bu və digər məqamlara özü aydınlıq gətirdi…

 

“Telekanallar özəl marketlərə bənzəyir”


– İlhamiyyə xanım, uzun müddətdən sonra yenidən televiziyaya qayıtmısınız. Adətən televiziyadan uzaq düşən aparıcılar efirləri, həmkarlarını tənqid atəşinə tutur, yenidən aparıcılıq təklifi gələn kimi isə bu tənqdiləri unudurlar. Siz də televiziyada işləmədiyiniz vaxtda tənqidlər səsləndirirdiniz. Bəs indi necə fikirləşirsiniz, Azərbaycan efir məkanının vəziyyəti İlhamiyyə Rzanı qane edirmi?
– Efirə dönəndən sonra məndən mediada bu barədə soruşan olmayıb. Amma özüm zaman-zaman sosial şəbəkədə münasibət bildirmişəm. Yəni hələ ki, efir siyasətində elə bir köklü dəyişiklik görmürəm. Vaxt vardı ki, müsahibələrimdə keyfiyyətin aşağı olmasından, məzmunun bəsit və bayağılığından şikayət edirdim. Amma zaman keçdikcə anladım ki, bunlar işin sonrakı tərəfidir. Əsas məsələ yanaşmada və efir siyasətindədir.  Kanallar özəl  marketlərə bənzəyir, çalışırlar ki, malın çeşidi çox olsun, tez və baha satılsın. Keyfiyyət arxa plandadır və çox zaman ümumiyyətlə yoxdur. 
– Dönüşünüz niyə məhz ANS-ə oldu?
– Televiziyaya qayıdandan ta  gedənə kimi elə bu suala cavab verməli oldum. Düzünü deyim ki, çoxları bu sualı qınaqla verirlər.  Heç kim demir ki, axı niyə döndün? Məsələnin belə qoyuluşu əslində məni sevindirir. Əksəriyyət mənim dönüşümü çox təbii hal kimi qarşılayır, demək. Seçim məsələsinə gəlincə, icazə verin indi də mən sizdən soruşum. Siz mənim dönüşümü arzulayanlardan birisiniz. Məni hansı kanalda görmək istərdiniz? Mövcud  kanallar arasında bu qədərmi prinsipial fərq var? Sualım ritorikdir. Hamısı aşağı-yuxarı eyni işi görür, əsas məqsədsə reytinq, yəni pul qazanmaqdır. Onu da qeyd edim ki, seçim etməyimdə əsas rolu ANS-dəki format dəyişikliyi oynadı. Bir tamaşaçı kimi ANS-ə baxmağa başladım, sonra ordan dəvət alanda, qərar qəbul etməzdən əvvəl söhbətlərdən də anladım ki, bu kanal keyfiyyət dəyişikliyinə qərar verib. Bu isə o deməkdir ki, reytinq sistemindən imtina edib. Eynilə insan həyatında olduğu kimi, əgər sən dürüst yaşamağı, heç kimi aldatmamağı, halal zəhmətlə çörək pulu qazanmağı seçirsənsə, acından ölmək təhlükəsiylə üz-üzə qalacağın çox asanlıqla proqnozlaşdırıla bilər.
Bu seçimi edən özəl kanaldırsa o uzun müddət  ayaqda qala bilməz. Ancaq xəbərdə, itimai siyasi mövzularda profilini və simasını formalaşdırdığımız bir çox dünyada tanınmış kanallar BBC, CNN  mahiyyət və formaca ictimai kanallardır. Yəni gündəlik pul qazanmaq, reytinq qopartmaq barədə düşünmürlər, ya dövlətin dotasiyasındadırlar, ya da əhalinin vergiləri hesabına fəaliyyət göstərirlər. Əslində, ikisi də eyni şeydir.


“ANS-lə başqa cür razılaşmışdıq”


– Yaxşı, söhbətlərdən ANS-in reytinq sistemindən imtina etdiyinizi anladınız. Bəs televiziyanın özündə olanda nəylə qarşılaşdınız, həqiqətənmi reytinq arxasınca getmirlər? Məsələn, sizin “Nəzər nöqtəsi” proqramınızdan reytinq tələb edilmir?
– Əlbəttə, edilir və buna görə də mən ANS-i tərk edirəm. Verilişin reytinqi heç də aşağı deyildi. Bütövlükdə kanalın reytinqi düşəndə avtomatik bütün verilişlərin reytinqi düşür. 
Mən düşünmüşdüm ki, reytinq bəhanə və meyarları ilə yanaşılmayacaqsa, mən burda işləyə bilərəm. Və bu barədə mənə zəmanət verildi. Əslində özüm də bilirdim ki, ictimai-siyasi məzmunlu verilişin taleyini reytinqlə həll etmək düzgün deyil. Amma zamanla məlum oldu ki, ANS bu formatda çox davam edə bilməyəcək. Reklamlar azalır, şirkətin pul qazanmaq imkanları azalır və sairə. Ümumiyyətlə, reytinq və kommersiya fəaliyyətini yalnız o zaman “iqnor” etmək olar ki, sən bütün hallarda dövlət dotasiyasındasan maliyyələşirsən. Belə deyilsə, kommersiya qaydalarına tabe olmalısan. Bütün hallarda bu, ANS-in özünün həll etməli olduğu məsələdir. Mənə ancaq dolayısı ilə aid ola bilər. Belə ki, burda məndən reytinq tələb etməsi ANS-dən getməyimə səbəb oldu. Düzü, mənə “get” deyən olmadı, sadəcə mənə reytinqin aşağı olmasını deyəndə, mən də onların başqa aparıcılar aramaqda sərbəst olmalarını bildirdim, özüm də namizəd kimi Tofiq Abbasovun da adını çəkdim. Onun peşəkarlığına şübhəm yoxdur. Amma bilmirəm, reytinq gətirəcək ya yox. Çünki nə o, nə də mən reytinq naminə şpaqat açmayan jurnalistlərdənik. Bütün hallarda mən layihəyə də, ANS-ə də uğurlar arzu edirəm. Necə deyərlər yola davam. Başqa televiziya layihələrində yenidən çalışmağım istisna deyil. 


“Bunu deyənlərin özləri uça-uça televiziyaya gedirlər”


– Jurnalistikaya gələndən tez-tez belə bir fikir eşitmişəm ki, KİV içində televiziya mənəvi mühit baxımından ən çox çirkaba batanıdır, orda baş çıxarmaq çətindir. Sizcə, niyə cəmiyyətdə, media əhli arasında belə bir fikir formalaşıb?
– Yanlış fikirdir. Bunu deyənlərin özlərinə televiziyadan iş təklif olunanda uça-uça gedirlər. Dəfələrlə şahidi olmuşam. Sadəcə televiziyada işə düzəlmək çətin, məşhurlaşmaq asandır. “Pişiyin əli ətə çatmayanda deyər ki, iylənib” deyimi burda yerinə düşür.


 “Sinfi ayrılıqlar mediaya da sirayət edib”


– Fikir verirsinizsə, mətbuat qalmaqallarının, mətbaut üzərindən atışmaların sayı gündən-günə artır. Əvvəlki həmrəylikdən əsər-əlamət qalmayıb. Bu, həmişə beləydi, yoxsa son dövrlərdəki mənəvi aşınmadan sonra olub?
– Həmişə belə deyildi, əlbəttə. Birmənalı cavab vermək çətin olsa da deyim ki, daha vahid media cameəsi yoxdur. Bunun səbəbləri də çoxdur. Sadalasam, uzun olar. Bir kəlməylə deyim ki, media müstəqil deyil. Cəmiyyətdə baş vermiş sinfi ayrılıqlar mediaya da sirayət edib və media indi daha çox biznes strukturdur. Supermarket prinsipi ilə işlədilir.


“Artıq mən siyasətlə yox, siyasət mənimlə məşğul olur”


– İlhamiyyə xanım, sizcə, dövlət televiziyasının formatı necə olmalıdır? Dövlət televiziyası quru, rəsmi olmağa borcludurmu? 
– Dövlət televiziyası dövlətin özünə oxşamalıdır və əslində, oxşayır da...
– Bəlkə də, bu barədə danışmaq xoş olmayacaq. Amma yenə də soruşum. Bir ara siyasətlə yaxından məşğul olurdunuz? İndi necədir vəziyyət, “siyasətə qarışırsınız”, yoxsa yox? 
– Siyasətlə məşqul olmayanda özü səninlə məşğul olur. Mən indi  o mərhələdəyəm. Bir ara mən məşğul oldum, indi o mənimlə məşğuldur. Mən özümü siyasətlə mövqeləndirmirəm. Əlbəttə, mümkün olduğu qədər. Seçkilərdə iştirak etmək normalda aktiv siyasi fəaliyyət deməkdir. Amma gördüyünüz kimi, siyasətdə heç vaxt olmayanlar parlamentə düşdülər. Bu, mənimçün keçilmiş bir mərhələdir. Həm keçilmiş, həm də özümə, mənə səs vermiş, dəstək olmuş insanlara  “keçmiş olsun” dediyim bir mərhələ.

 

“Parlamentdə 1 üzvü də təmsil olunmursa, bu qurum ləğv olunmalıydı”

 

– Mən “İlhamiyyə Rza 125-lərdən niyə getdi?”dən əvvəl ora niyə gəldiyini bilmək istərdim. Niyə gəlmişdiniz, niyə getdiniz?
– Əslində, siyasətçi kimi özümü mövqeləndirsəydim, güman ki, hər hansı bir partiyaya daxil olar, onun sıralarından namizədliyimi təklif edib parlament seçkilərinə gedərdim. Amma bunu istəmədiyimdən və ətrafda mənim kimi ictimai fəaliyyətə önəm verən, amma partiya mənsubluğunu istəməyən insanlar xeyli vardı. Buna görə də partiya deyil, siyasi klub formatında təşkilatlandıq. Bir təşkilatın ki hədəfi parlament olsun, tərkibində olan 60-dan çox üzvünün biri də parlamentdə təmsil olunmasın, zənnimcə daha bu qurumun fəaliyyəti dayanmalı, yaxud  forma və məzmunca dəyişməldir. Uzun sözün qısası, daha orda nə başqanam, nə də ki sıravi üzv. 
– Parlamentə düşmədiniz. Jurnalist İlhamiyyə Rza siyasətçi İlhamiyyə Rzanın millət vəkili ola bilməməsinin səbəbini nədə görür?
 – Görünür, bunu çox istəməmişəm. Deyilənə görə, insna bir şeyi çox istəyəndə bütün məqbul və qeyri-məqbul yollardan istifadə edir. Mən ancaq məqbul olanı seçdim. Və qətiyyən təəssüf etmirəm. 
– Məncə, televiziya, gördüyünüz mühitdən kitab yazsanız, böyük rezenans doğurar. Belə bir fikriniz yoxdur ki?
– Vallah kitaba gələcək qədər həyat materialı varmı, bilmirəm. Nəzərə alsaq ki, mən pisləri unudub, yaxşıları xatırlayanam, o zaman yazmağa heç nə tapmamaq təhlükəsiylə üz-üzə də qala bilərəm.

 

“Televiziyanın nə qızıl, nə də gümüş dövrü olub”

 

– Bəs ən yaxşı verilişinizi hansı hesab edirsiniz? Ümumiyyətlə, televiziyamızın qızıl dövrü hansı dövrdür?
– Televiziyamızın qızıl dövrü olmayıb. Gümüş dövrü də olmayıb. Space TV-nin əvvəlki dönəmləri olub ki, müəllif verilişlərinə ütünlük verilib nisbətən, vəssalam. “Gecə kanalı” verilişini hazırladığım dövtrü çox sevirəm. Hərçənd ki, ABA-dakı “Alo, eşidirik” də maraqlı idi, tam intellekt və ekspromta döykənən bir veriliş idi. Adrenalin idi başdan-ayağa. AzTV-nin “Səhər”i də yaxşı dövr idi. Ümumiyyətlə, televiziya menecmenti və proqram siyasəti nöqteyi nəzərindən vaxtilə ABA 20 il sonra belə indiki tvlərə örnək ola bilər.


 

“Həmid mənim üçün lakmus kağızı kimidir”

 

– İllər əvvəl həyat yoldaşınız, yazıçı Həmid Herisçi Azərbaycan ədəbi mühitinə postmodernizm ifadəsini gətirmişdi. Bu ifadə əvvəl daş-qalaqla qarşılansa da, sonralar postmodernizmin tərəfdarları çoxaldı. Sizcə, Həmid bəy indi ortaya atdığı post insan ideyasını zamanın sınağından keçirə biləcəkmi, ümumiyyətlə, onun bu fikirlərinə necə yanaşırsınız?
– Onun bütün fikirlərinə çox yaxşı yanaşıram və dəyər verirəm. Həmid mənimçün lakmus kağızı kimidir. Ona baxıb insanların dəyərini və ayarını elə gözəl müəyyən etmək olur ki... Özü də həm insani baxımdan, həm də peşəkarlıq baxımından.
– İlhamiyyə xanım, bu gün Azərbaycan efirində nə çatışmır, kim çatışmır, hansı mövzular çatışmır və niyə çatışmır?
– Azərbaycan efirində tamaşaçının maraqlarını, mənafeyini, istəyini, rifahını  düşünmək çatışmır.  Tamaşaçının qayğısına qalmır, ona xidmət göstərmir.

 

“Kütlənin istəyi çörək və tamaşadır”

 

– Telekanalların əksər verilişlərinin formatı ağlamaq, ağlatmaq, oynamaq və oynatmaq üzərində qurulub? Səbəbini soruşanda deyirlər, tələbat bunadır, buna baxırlar. Yəni Azərbaycan tamaşasına ağlamaq və oynamaqdan başqa heç nə lazım deyil?
– Siz deyən, yaxud onların dedikləri – kütlədir. Kütlənin istəyi isə ancaq çörək və tamaşadır. Tamaşaçı mənafeyi yoxdur. Bazar iqtisadiyyatıdır da, hər şeyi bazar təyin edir.
– İlhamiyyə xanım, ağıllı, bacarıqlı, hər kəsin diqqəti üzərində olan bir xanım, teleaaparıcısınız, sosial layihələriniz olub, millət vəkilliyinə namizəd olanda çiyninizə böyük yük götürmüşdünüz. Qısası, aktiv həyatınız var. Bu, sizi yormur ki? Hərdən heç deyirmisinizmi ki, kaş bir kənd evində mən də səsdən-küydən uzaq, böyük, ictimai qayğılardan uzaq bir həyat yaşayaydım...
– Əzizim, bunu mən düşünə bilərəm, amma cəmiyyət, məni tanıyanlar, dostlar, həmfikirlərin məndən gözləntiləri çoxdur. Hərdən fikirləşirəm ki, bir mənim də kimdənsə umub-küsəcəyim olsun da. Dediyim odur ki, böyük addımlarım, layihələrim daha çox sosial sifarişən qaynaqlanır, nəinki öz şəxsi təşəbbüsümdən.

 

“Kişi tərbiyə etdiyimin fərqindəyəm”

 

– Bu gün övlad böyütmək daha da çətinləşib, səbəbsə mühitdir. Bu çətinliyi xüsusilə oğlan uşağını böyütməyə aid edirlər. Sizin payınıza düşən hansı çətinliklərdir? Oğlunuzu cəmiyyətin naqisliklərindən, mənfi vərdişlərdən necə qoruyursunuz? Ümumiyyətlə, övlad tərbiyəsində öncəlikləriniz nədən ibarətdir?
– Mən, ilk növbədə,  kişi tərbiyə etdiyimin fərqindəyəm və hər mənada buna uyğun tərbiyə verməyə çalışıram. Bir də əsas özünə sayğı hissini aşılamaq istəyirəm ona. Belə adamları heç kim əzə bilmir. Nə avtoritar valideyn, nə despotik rəhbərlik, nə də hikkəli həyat yoldaşı. İstəyirəm dəyərli olsun və özünə dəyər verməyi bacarsın. Yalnız belə adamlar ətrafdakı insanlara dəyər verə bilərlər. 
Bəzən görürsən ki, dəb düşür, hansısa bir sevgi filmi, ya sevgi mahnısı yayılır. Hamı onu dinləyir, onu oxuyur. Məsələn, bu günlərdə “Bayaz Şou” verilişində oxunan bir sevgi  dueti yaman dəbdədir, baxsanız nə qədər baxış sayı var. Paylaşılır. Mən bütün bunları müşahidə edəndə öz özümə fikirləşirəm ki, lənət şeytana, bu qədər adam ki, sevginin nə olduğunu anlayır, o hisslərə dəyər verir, nə bilim dinləyib təsirlənirsə, o zaman nədən bu qədər sevgisiz bir dünyada yaşayırıq? Niyə hamı bir birini aldadır, incidir, riyakarlıq edir. Axı bunlar bir arada ola bilməz, mümkün deyil.  


 

“Etiraf edirəm ki, oğlum, gücüm çatmır”

 

– Bu gün yeniyetmələrin intiharında, yaşanan faciələrin kökündə duran bir səbəb də övladla valideyn arasında olan uçurumdur. Bir ana kimi siz bu barədə nə düşünürsünüz, valideynlərə nə məsləhət görərdiniz, bu uçurumu neçə məhv etməli, övlada necə yaxın olmalı?
– Övladla dost olmaq lazımdır. Bilmirəm, bunu bacarıram, ya yox. Çünki yaş fərqimiz çox böyükdür. Amma buna can atıram çalışıram.  Bəzən bir şeyin məntiqini ona başa sala bilməyəndə sadəcə etiraf edirəm ki, oğlum, gücüm çatmır, bunu edə bilmirəm. Belə hallarda o dərhal məni anlayır, özü də məntiqlə deyil, ürəklə.  Qucaqlayır məni, “bunu dərd eləmə, gülümsə” deyərək könlümü alır. 
Bir sözlə, mən görmək istədiyim insan obrazına çox yaxındır oğlum. Özü də təbiətən, mahiyyəti etibarilə.. Bİzə, validyenlərə qalan isə, sadəcə korrektələr etməkdir. 

Mənbə: Müəllif: Sevinc Fədai
“Nə, o,, nə, də, mən, reytinq, xatirinə, şpaqat, açan, jurnalistlərdən, deyilik”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı