301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
27 Yanvar 2017 - Cümə 20:11 574 nəfər oxuyub
 
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
BAXIŞ Xəbəri
Nazarbayev yolun sonuna gəlib, yoxsa?

Həftənin ən mühüm hadisələrindən biri Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mətbuat vasitəsilə xalqa müraciəti oldu. O, müraciətində konstitutsiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcəyini, səlahiyyətlərinin bir hissəsini hökumət və parlament arasında bölüşdürmək istədiyini bildirdi. Nazarbayev bundan sonra prezidentin daha çox milli təhlükəsizlik, xarici siyasət kimi məsələlərlə məşğul olacağını qeyd etdi. Ölkə prezidenti , həmçinin, Qazaxıstanın inkişafının ilkin mərhələsində prezident idarə üsulunun vacib olduğunu, lakin indi ölkənin yeni mərhələyə qədəm qoyduğunu və belə olan halda yeni və daha müasir idarəçilik üsulunun tətbiqinə ehtiyac yarandığını söylədi. Başqa sözlə desək, o, könüllü sürətdə səlahiyyətlərinin bir hissəsindən hökumət və parlamentin xeyrinə əl çəkməyə hazır olduğunu bəyan edib.

 

22 yaşından kommunist

Təbii ki, ilk baxışda yuxarıda deyilənlər normal görünsə də, əslində, məsələ o qədər də sadə deyil. Bunun üçün Nazarbayevin siyasi karyerasına və ötən illər ərzində Qazaxıstanda baş vermiş hadisələrə nəzər salmaq kifayətdir. 1940-cı ildə Almatı şəhəri yaxınlığında yerləşən Kazkalenski bölgəsinin Çemolqan kəndində anadan olan Nazarbayev1962-ci ildə Kommunist partiyasına üzv olub və 1976-cı ildən 1984-cü ilə qədər Karaqanda bölgəsi Kommunist partiyasının ikinci katibi vəzifəsini yerinə yetirib. Həmin il Qazaxıstanın SSRİ Nazirlər Sovetinin sədri seçilən Nazarbayev 1989-cu ilə qədər bu vəzifəni daşıyıb. 1989-cu ildə isə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSRİ Ali sovetinin sədri seçilib.

 

 

İlk və tək prezident

1991-ci ildə Qazaxıstan müstəqillik əldə etdikdən sonra ölkənin ilk prezidenti seçilən Nazarbayev 1999 və 2005-ci illərdə də yenidən dövlət başçısı seçildi. Üstəlik, 2007-ci ildə Qazaxıstan konstitutsiyasına dəyişiklik edildi və  bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağa aradan götürüldü. Maraqlısı burasındadır ki, bu, yalnız bir nəfərə – Nazarbayevə şamil edilə bilərdi. Belə ki, edilən dəyişikliyə görə  yalnız hazırda vəzifədə olan prezidentə bir neçə dəfə prezident seçilmək hüququ verilirdi. Bundan başqa, prezidentlik müddəti yeddi ildən beş ilə endirilmişdi. Beləliklə, hakimiyyət iddiasını davam etdirən Nazarbayev 2011 və 2015-ci illərdə də Qazaxıstan prezidenti seçilmişdi. Təbii ki, seçkilər bir çox hallarda kütləvi qanun pozuntuları ilə yadda qalmış, müxalifət nümayəndələrinə qarşı təzyiqlərlə müşayiət olunmuşdu. Ölkənin ilk və tək prezidenti olan Nazarbayev həm də SSRİ-nin dağılmasından sonra öz postunu qoruyub saxlaya bilən yeganə liderdir. Təbii ki, uzun illər boyunca hakimiyyəti qoruyub saxlamaq ona elə də asan başa gəlməyib və Nazarbayev bir sıra problemlər yaşamalı olub. Bu sıraya dəfərlərlə ölkədə baş vermiş iğtişaşlar, kütləvi narazılıqlar, radikal dini qrupların fəaliyyəti və hakimiyyətdaxili mübarizələr daxildir. Təkcə onu demək kifayətdir ki, ötən illər ərzində bir neçə baş nazir, polis və təhlükəsizlik orqanları rəhbərləri, nazirlər və müavinləri, ayrı-ayrı bölgələrin rəhbərləri müxtəlif ittihamlarla həbs ediliblər. Sonuncu belə həbslər 2016-cı ilin əvvəllərinə baş vermişdi. Belə ki, həmin vaxt prezident administrasiyası başçısının müavini Baqlan Maylıbekov, iqtisadiyyat naziri Kuandık Bişimbekov və pensiya fondunun rəhbəri Ruslan Yerdenayev öncə vəzifədən azad edilmiş, daha sonra isə həbs olunmuşdular.

Göründüyü kimi, Nazarbayev uzun illər boyunca müxtəlif üsullarla hakimiyyəti əlində saxlayıb, bu yolda təzyiq və təqiblərdən, seçki saxtakarlıqlarında belə çəkinməyib. Belə olan halda haqlı olaraq bir sual ortaya  çıxır? Sərt xarakterə və idarəçilik üsuluna sahib olan Nazarbayevin birdən-birə islahatlar aparmasını, illərdir heç kimlə bölüşmədiyi və əl çəkmədiyi səlahiyyətlərindən könüllü şəkildə imtina etmək istəməsi nə mənaya gəlir? Təbii ki, burada müxtəlif versiyalar irəli sürülür və bunlardan hər biri kifayət qədər inandırıcıdır.

 

Həqiqi islahatlar, yoxsa kosmetik dəyişikliklər?

Bir qrup siyasi analitik prezidentin islahat istəyində səmimi olmadığını düşünür. Onların fikrincə, əgər Nazarbayev, doğrudan da, islahatlara maraqlıdırsa, o zaman siyasi rəqabətin olmasına şərait yaratmalıdır. Məlumdur ki, ölkənin əsas siyasi partiyası dövlət başçısının rəhbəri olduğu “Nur Otan” partiyasıdır və qanunverici orqanda əsas söz sahibi də məhz bu partiyadır. Nazarbayevin söz verdiyi islahatlar baş tutsa və səlahiyyətlərinin bir hissəsi hökumət və parlamentə verilsə belə, yenə də o, hakimiyyətdə əsas söz sahibi olaraq qalacaq ki, bu da islahatların əhəmiyyətini itirəcək. Məlumdur ki, hökuməti formalaşdırmaq vəzifəsi parlamentdə üstünlük qazanmış partiyaya verilir və bu da yenə Nazarbayevin hökumət üzərində də nəzarətinin qalacağını göstərir. Analitiklər bunun baş verməməsi üçün siyasi rəqabətin və şəffaf seçkilərin keçirilməsini vacib sayırlar. Təbii ki, bu, sadəcə bir iddiadır və növbəti seçkilərə qədər gözləmək lazım gələcək. 

 

 

Nazarbayev qorxur?

Nazarbayevin siyasi islahatlar haqqında gözlənilməz çıxışından sonra onun hakimiyyəti itirmək qorxusu içində olduğuyla bağlı xəbərlər də yayılmağa başladı. Belə ki, bir çoxlarına görə prezident istər xarici, istərsə də daxili qüvvələrin çevriliş hazırlığında olduğu badərə məlumatlıdır və bunun qarşısını almaq üçün islahatlara getmək barədə qərar qəbul edib. Son dövrlərdə baş vermiş hakimiyyətdaxili həbslər də bunun əsas əlamətlərindən biri kimi götürülə bilər. Onu da unutmamaq lazımdır ki, ötənilki çıxışlarının birində prezident ölkədə baş verənlərin “rəngli inqilabın əlamətləri” olduğunu bildirmişdi. Siyasi məsələlərlə yanaşı, iqtisadi problemləri də unutmamaq lazımdır. Belə ki, son dövlər təbii resurslardan asılı olan ölkələrin iqtisadiyyatında baş verənlər ölkələr üçün bir sıra çətinliklər yaradıb ki, bu, həmçinin Qazaxıstan üçün də keçərlidir. Bəlkə də, Sovet hakimiyyəti dağıldıqdan bu yana hakimiyyətdə qalan tək lider olan Nazarbayev artıq yolun sonuna gəldiyini anlayır, kim bilir?

 

 

Hakimiyyətin ötürülməsinin özbək variantı?

Qərb mətbuatı Nazarbayevin son çıxışıyla bağlı daha bir versiya irəli sürüb. Belə ki, yazılanlara inanası olsaq, Nazarbayev hakimiyyətin ötürülməsinə hazırlaşır. Görünən odur ki, onu buna vadar edən səbəblərdən biri də Özbəkistanda baş vermiş hadisələrdir. Belə ki, Özbəkistanın ilk prezidenti olan İslam Kərimovun ölümündən sonra ölkədə elə də ciddi problemlər yaşanmadı və hakimiyyətin ötürülməsi prosesi rahat şəkildə həyata keçirildi. Ölkə dinc şəkildə yeni prezidentini – İslam Kərimovun “tələbəsi” hesab edilən Şavkat Mirziyoyevi seçdi. Görünən odur ki, Mirziyoyev də sələfinin siyasi kursunu həyata keçirməkdə maraqlıdır. Bu, Orta Asiya üçün xüsusi əhəmiyyət kəsb edən Özbəkistan üçün olduqca vacibdir. Nəzərə alsaq ki, burada həmişə radikal İslam təhlükəsi olub, onda bu fakt başadüşüləndir. Ola bilsin ki, Özbəkistanla eyni xarakterə və tarixi keçmişə malik Qazaxıstanda da prezident ölümündən sonra baş verə biləcək neqativ hadisələri görməkdədir və bunun üçün də qabaqlayıcı tədbirlər görmək fikrinə düşüb. Nəzərə alsaq ki, Nazarbayevin 76 yaşı var və Kərimovun aqibəti onu da gözləyə bilər, onda bu versiya da ağlabatandır. İddialar doğrudursa, Nazarbayevin özünə kimi varis seçdiyi də maraqlıdır. Məlumdur ki, çıxışları zamanıo,  dəfələrlə  ailə üzvlərinin ondan sonra hakimiyyətə yiyələnməyəcəyini bildirib. Belə olan halda mümkün namizədin onun komandasından birinin olacağını gözləmək olar.

 

Qazaxıstan üçün qeyri-müəyyən yol

Nursultan Nazarbayevin hansı məqsədlə islahatlara getdiyi, ümumiyyətlə, islahatların nə dərəcədə və hansı formada həyata keçiriləcəyini zaman göstərəcək. Görünən odur ki, səhhəti imkan verəcəyi təqdirdə Nazarbayev hələ 2020-ci ilə qədər hakimiyyətdə qalmaq fikrindədir. Ondan sonra və ya prezidentin qəfildən vəfat edəcəyi təqdirdə Qazaxıstanda nələrin baş verəcəyini isə gözləmək lazım gələcək.

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif:
Nazarbayev, yolun, sonuna, gəlib,, yoxsa?,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
“Qərb mediası Azərbaycan daxilində adam axtarır ki, hakimiyyəti söysün"
Anar Əsədli: “Danışıqlardan ciddi heç nə gözləmirəm”
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı