Xəbər haqqında
11 Yanvar 2018 - Cümə axşamı 15:19 80 nəfər oxuyub
 
Nazirlərin Bakı toplantısının vaxtı müəyyənləşdi
- Xəbəri
Nazirlərin Bakı toplantısının vaxtı müəyyənləşdi

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının tarixi müəyyənləşib.

 

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilmə vaxtı fevralın 15-nə təyin edilib.

 

Xeber365.com yazır ki, Energetika Nazirliyindən verilən məlumatda Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının təşkili ilə əlaqədar nazirlikdə bir sıra görüşlər keçirildiyi və müzakirələr aparıldığı bildirilib. Məşvərət Şurasında iştirak etmək üçün müvafiq ölkələrə və bir sıra beynəlxalq maliyyə təşkilatlarına dəvət məktubları göndərilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının proqram və gündəliyinin hazırlanması ilə bağlı tədbirlər davam etdirilir.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.

 

Mənbə: Müəllif:
Nazirlərin, Bakı, toplantısının, vaxtı, müəyyənləşdi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı