The document has moved here.
|
||
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm” | ||
Hər il 24 apreldə erməni diasporu dünyada uydurma soyqırım qənaətini yaratmağa çalışır. Amma nədənsə tarixi sənədləri müzakirə etmək təklifimizi rədd edirlər. Və müxtəlif ölkələrin parlamentlərindən bununla bağlı qərar çıxarmalarını istəyirlər. Ancaq Türkiyə 1915-ci il olayları ilə bağlı hadisələri əks etdirən arxivləri açmağı təklif edir. Nədənsə Türkiyə və Azərbaycandan kənarda kimsə bu təklifə yaxınlaşmır. Halbuki tarixi sənədlərə baxılsa, Türkiyədə erməni soyqırımının olmadığı görünəcək | ||
MÜSAHİBƏ Xəbəri | ||
|
||
|
||
“Parlamentləri soyqırım qərarı qəbul edən ölkələrin xalqları da Türkiyədə belə bir hadisənin olmadığını bilirlər” Türkiyə Böyük Millət Məclisinin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Nejdət Ün Bakıdadır. Xeber365.com-un əməkdaşı millət vəkili Nejdət Ünlə görüşüb, ona suallarını ünvanladı. - Türkiyə-Azərbaycan münasibətlərində daha çox müzakirə olanan məsələ 24 apreldə uydurma eməni soyqırımı ilə bağlı olacaq tədbir və təzyiqlərə hazırlıqlardır. Bu mənada hazırlıqlar hansı səviyyədədir? - Türkiyə və Azərbaycan arasındakı qardaşlıq və dostluq münasibətlərinin hər ötən gün daha da irəlilədiyini görürük. Təbii ki, iki ölkə münasibətləri iqtisadi çərçivələrdə deyil. Bu gün nazirlərin toplantısında 45 milyard dollarlıq TANAP layihəsi müzakirə edildi. Belə önəmli layihədə hər iki ölkənin iştirakından məmnunam. Hər il 24 apreldə erməni diasporu dünyada uydurma soyqırım qənaətini yaratmağa çalışır. Amma nədənsə tarixi sənədləri müzakirə etmək təklifimizi rədd edirlər. Və müxtəlif ölkələrin parlamentlərindən bununla bağlı qərar çıxarmalarını istəyirlər. Ancaq Türkiyə 1915-ci il olayları ilə bağlı hadisələri əks etdirən arxivləri açmağı təklif edir. Nədənsə Türkiyə və Azərbaycandan kənarda kimsə bu təklifə yaxınlaşmır. Halbuki tarixi sənədlərə baxılsa, Türkiyədə erməni soyqırımının olmadığı görünəcək. Bu, bizim tezisimizdir və bunun da güclü olduğuna inanırıq. Türkiyə bu yöndə çox önəmli işlər görür. Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm. - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Ermənistana əl uzatdıq, əlimiz havada qaldı. Belə olduğu halda nə düşünürsünüz, nə etmək istəyirsiniz? - Türklərin özəl xüsusiyyətidir, biz yenə də əlimizi uzatmaqda davam edəcəyik. Türkiyə əlini uzatmağa davam edəcək. Amma əlimizin boşluqda qalması düşüncələrimizi dəyişdirməyəcək. - 24 apreldə Amerika və Avropadan hansı gözləntiləriniz var? - Önəmli bir şey olacağı qənaətində deyiləm. Parlamentləri soyqırım qərarı qəbul edən ölkələrin xalqları da Türkiyədə belə bir hadisənin olmadığını bilirlər. Amerikada da elə bir şey olacağına inanmıram. - Ancaq Fransa prezidenti Olland 24 apreldə İrəvanda olacağını deyib... - Mümkündür. Onların da elə bir əlaqəsi var. Amma 1915-ci il olaylarının bu dərəcədə qabardılması Ermənistana fayda verməyəcəyini, bu ölkəni yalqız vəziyyətə saldığını erməni vətəndaşları da, diasporu da görür. Onların bu girdabdan çıxması üçün həmin düşüncədən vaz keçmələri lazımdır. |
||
|
||
Nejdət, Ün:, “Zaman, və, tarixin, Türkiyəni, haqlı, çıxaracağını, düşünürəm”, |
|