Xəbər haqqında
09 Noyabr 2017 - Cümə axşamı 09:44 27 nəfər oxuyub
 
Neymar komandasını aldadıb
İDMAN Xəbəri
Neymar komandasını aldadıb

“Paris Sen Jermen”in braziliyalı hücumçusu Fransa çempionatında çıxış etmək istəmir, həvəsdən düşən futbolçu komandasını “Anje” ilə oyunda tək qoyub.

 

Xeber365.com rus mətbuatına istinadən bildirir ki, Neymar birinci liqadakı rəqabət səviyyəsinin aşağı olmasından şikayətçidir. Noyabrın 4-də “Anje” ilə oyun zamanı Neymar Parisdə qalıb, baş məşqçi Unai Emeri hücumçunun əzələlərini zədələdiyini açıqlayıb. Parislilər 5:0 hesabı ilə qələbə qazansa da azarkeşlər Neymarın meydançaya çıxmamasından narazı qalıb.

 

Noyabrın 5-də isə Neymar Braziliya yığmasının təlim-məşq toplantısına qatılıb. Buna görə də Fransa mətbuatı hücumçunun simulyasiya etdiyini, heç bir ciddi zədəsi olmadığını yazıb. Brazilya yığması noyabrın 10-da Yaponiya, 14-də isə İngiltərə heyəti ilə görüşəcək.

 

Hələ oktyabrın sonlarında “Mundo Deportivo” 25 yaşlı Neymarın “PSJ”yə keçiyi üçün təəssüfləndiyini yazırdı. Braziliyalı oyunçunun komanda yoldaşları və Emeri ilə də dil tapmadığı, Parisdəki həyata uyğunlaşa bilmədiyi də qeyd olunur.

Mənbə: Müəllif:
Neymar, komandasını, aldadıb,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı