Xəbər haqqında
06 Dekabr 2017 - Çərşənbə 17:35 41 nəfər oxuyub
 
Növbədənkənar prezident seçkilərinin keçirilmə müddəti dəyişir
GÜNDƏM Xəbəri
Növbədənkənar prezident seçkilərinin keçirilmə müddəti dəyişir

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir.

 

Xeber365.com APA-ya istinadən bildirir ki, bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.

 

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: Müəllif:
Növbədənkənar, prezident, seçkilərinin, keçirilmə, müddəti, dəyişir,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı