The document has moved here.
|
||
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin gələnilki abituriyentlərin axırıncı dəfə test formasında imtahan verəcəkləri ilə bağlı açıqlaması ölkə mediasının gündəminə çevrilib. Bəziləri yeni dəyişikliklərlə test üsulunun tamamilə ləğv ediləcəyini, bəziləri isə ali məktəbə qəbul formasının genişləndiriləcəyini və test üsulunun da bu forma daxilində bir metod kimi tətbiq olunacağını deyir.
Tanınmış türkoloq alim, keçmiş təhsil naziri Firudin Cəlilov isə Xeber365.com-a açıqlamasında bildirib ki, mexanizm tam açıqlanmadığı üçün məsələni tam şərh etmək çətindir:
“Qəbul imtahanlarının 5-6 variantda mexanizmi var. İndi test tamamilə ləğv olunacaq yoxsa yeni qaydalarla daha da təkmilləşdiriləcək, bu, bəlli deyil. Ümumi şəkildə deyə bilərəm ki, o vaxt biz test üsulunu ədalət bərpa olunsun deyə gətirdik. Çalışdıq ki, bilikli uşaqlar ali məktəbə qəbul olsun. O birilər onsuz da özlərinə peşə tapacaqlar. Buna da nail olduq. Keçən müddətdə bu prinsip işlədi. Savadlı uşaqlar atasının varlı yaxud da kasıb olmasından asılı olmayaraq, kənarda qalmadılar. Yeni sistemdə isə necə olacaq, bilinmir”.
|
||
|
||
O, vaxt, testlə, qəbulu, ədalətin, bərpası, üçün, tətbiq, etmişdik, –, Firudin, Cəlilov, |
|