Xəbər haqqında
04 Dekabr 2017 - Bazar ertəsi 15:56 302 nəfər oxuyub
 
Ombudsman bu dəfə də seçilmədi
GÜNDƏM Xəbəri
Ombudsman bu dəfə də seçilmədi

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin seçilməsi ilə bağlı məsələ bu sessiyada da müzakirəyə çıxarılmayacaq.

 

Xeber365.com bildirir ki, Ombudsman postuna yeni namizədlərlə bağlı qərar layihəsinin müzakirəsi Milli Məclisin 2018-ci il yaz sessiyasına qədər təxirə salınıb.
 

Qərar layihəsinin gələn il müzakirəyə çıxarılacağı gözlənilir.
 

Qeyd edək ki, Azərbaycanda hazırda insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsmanın seçilməsi ilə bağlı layihənin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilirdi. Yeni Ombudsman seçilməsi ilə bağlı məsələ təxirə düşdüyündən Elmira Süleymanova fəaliyyətini davam etdirir. O, iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib. 

Mənbə: Müəllif:
Ombudsman, bu, dəfə, də, seçilmədi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı