301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
07 Yanvar 2018 - Bazar 22:12 3162 nəfər oxuyub
 
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
MÜSAHİBƏ Xəbəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə

Özbəkistana – Daşkəndə çatar-çatmaz onu görmək nəsib oldu: Uşaqlıqdan bəri Azərbaycan mahnılarını dilindən eşitdiyimiz, elə özümüzdən bildiyimiz sənətçi, Özbəkistanın xalq artisti Nəsibə Abdullayevanı. Qarşımda zərif, sadə, gülərüz bir xanım vardı. Onda bildim ki, onu bizə bu qədər doğmalaşdıran təkcə ana dilimizdə oxuduğu mahnılar olmayıb.

 

 

“Bəri gəl”, “Səndən nigaranam”, “Sevirəm de”, “Ayrılığın üzü dönsün”, “Tello”, “Bağışlaram səni” kimi mahnılarımızı oxuyan, ölkəmizdə də sevilən Nəsibə xanımla elə Azərbaycan dilində söhbətləşdik...

 

 

– Nəsibə xanım, pərəstişkarınız olan, amma sizin haqqınızda çox da məlumatlı olmayan hər hansı bir dinləyici dəqiq olaraq bilmir ki, siz azərbaycanlısınız, özbək, yoxsa iranlı? Gəlin oxucularımızı əvvəlcə bundan agah edək...

 

– Bu sualı mənə çox tez-tez verirlər. Mən isə heç bilmirəm, necə cavab verim... Çünki atam iranlıdır, amma Səmərqənddə anadan olub. Atamın atası, anası, babası İrandan çoxdan gəliblərmiş. Səmərqənddə çoxlu iranlılar yaşayan məhəllələr var. İranlı var, farsca danışır, iranlı var ki, özbək və Azərbaycan dili qarışıq, ləhcə ilə danışır. Tarixçilər deyirlər ki, onlar İran azərbaycanlılarıdır. Amma lap çoxdan gəliblər deyə Azərbaycan dilini unudublar. Mənim öz ailəmdə də Azərbaycan dilini bilən olmayıb, özünəməxsus özbəkcə danışıblar. Anam isə tacik olub. Bilirsiniz, bizim Səmərqənddə Registan meydanı var, türk memarlığının nadir nümunələrindən biridir. Tarixdə yazılanlara əsasən, oradakı binaları o vaxt Əmir Teymur İrandun İrandan, Azərbaycandan gətirdiyi ustalar, memarlar tikib. İndiyədək də Səmərqəndə məşhurluq gətirən həm də 3 ayrı mədrəsənin əhatə etdiyi o meydandır. Bəlkə də, Səmərqənddə yaşayan iranlıların kökü oradan gəlir.

 

– Bəs siz necə oldu ki, Azərbaycana gəldiniz və bu qədər populyarlıq qazandınız?
 

- Azərbaycan ailəsinə gəlin getmişdim, amma Səmərqənddə yaşayırdıq. Uşaqlarımın atası azərbaycanlıdır. Ümumiyyətlə, əvvəllər Azərbaycana qonaq kimi gedib-gəlirdik. 1980-ci illərin axırından isə Azırbaycana yaradıcılıq səfərləri etməyə, konsertlər verməyə başladım. Ondan qabaq da mahnılarımın lent yazıları necəsə Azərbaycana gedib çatmışdı. Mahnılarıma qulaq asıblar, amma kiməm, necə bir insanam, bilməyiblər.
 

Bizim çox gözəl bir rəqqasəmiz var – Məlikə Ahmedova. O xanım mənim mahnılarıma rəqs edirdi. Onun videoyazıları Azərbaycanda göstəriləndə camaat elə bilirmiş ki, özü oxuyub, özü də rəqs edir.
 

Mən Azərbaycan tamaşaçalarına minnətdaram. Onlar məni unutmurlar, dinləyirlər, dəyər verirlər. Mən onların sevgisini duyanda bununla fəxr edirəm.

 


 

 – Amma Azərbaycanda elə təəssürat yaranıb ki, bizə qarşı bir küskünlüyünüz var...
 

– Yox, niyə elə olsun ki?! Azərbaycan məni küsdürməyib, incitməyib. Bəlkə, Azərbaycanın məndən küskünlüyü var, bilmirəm. (gülür) Mənim Azərbaycana çox böyük məhəbbətim var. Dostlar, tanışlar məni toy məclislərinə dəvət edirlər. Hər dəfə Azərbaycana getmək, oraları görmək, dənizə yaxınlaşmaq mənim üçün bayram olur. Bizim musiqi dəstəmizin üzvlərinin hamısı özbək uşaqlardır, amma onlar da Azərbaycanı çox sevirlər, ora gələndə necə sevinirlər. Heç Amerikaya, İngiltərəyə gedirik desən, elə sevinməzlər.
 

 

– Bildiyim qədəriylə ailə qurduğunuz hər iki insan azərbaycanlı olub. Onları sizə bağlayan, sevdirən xüsusi nə isə var, yoxsa təsadüfən belə alınmışdı?
 

- Təsadüfən olub. Çünki hər iki həyat yoldaşımla biz eyni ansamblda işləmişik.

 

 

–  “Səndən nigaranam” və digər belə mahnılar var ki, məhz sizin ifanızda daha çox sevilib, populyarlıq tapıb. İndi də Azərbaycan mahnılarına müraciət edirsinizmi?
 

- Həmişə edirəm. Özü də o mahnıları tək Azərbaycan tamaşaçısı üçün oxumuram. Özbəkistanda da, ümumiyyətlə, harada oluramsa, oxuyuramsa, repertuarımda həmişə Azərbaycan mahnıları olur.

 

– Bəs sizi toy məclislərinə dəvət etməsələr belə, Azərbaycanda darıxıb gələcəyiniz adamlar, yerlər varmı?
 

- Azərbaycanda illərlə yanımda olan, işləyən musiqiçilər var. Onlarla hələ də dostluğumuz davam edir. Onlar üçün darıxıram və həmişə gedəndə görüşürük. Alim Qasımovla bu günlərdə görüşüb, tanış oldum, mənim üçün fəxr oldu. Aygün Bəyləri çox sevirəm, həmişə zəngləşirik, gedəndə qonağı oluram. Azərbaycan mənim ikinci evimdir.




– İstərdim ki, mahnıları doğma olan sənətçini Azərbaycan tamaşaçısı daha yaxından tanısın: Nəsibə xanım necə insandır, necə ailədə doğulub, necə yetişdirilib, hansı dəyərlərlə yaşayır?

– Fəhlə ailəsində anadan olmuşam. Ailədə 7 uşaq olmuşuq, sonbeşikləri mənəm. Musiqiyə olan məhəbbətimi də elə ailəmizdən almışam. Atam fəhlə olsa da, çox gözəl səsi olub. Evimizdə həmişə özbək  musiqi alətləri olub. Atam işdən gələndə çalıb-oxuyardı, biz də bunu görə-görə böyümüşük. Bir qardaşım da tar çalardı. Atamın dostları arasında da Səmərqənddə yaşayan azərbaycanlı musiqiçilər olub. Hətta ata-anamın toyunu Azərbaycan musiqiçiləri idarə ediblər, anamı Azərbaycan musiqisi ilə gəlin gətiriblər. Həmişə yeni plastinka çıxan kimi atam necə olsa tapıb gətirərdi. Evimizdə həmişə Özbək musiqisi ilə Azərbaycan musiqisi qoşa səslənib, bir-birindən ayrılmayıb.

 

Dəyərlərə gəldikdə isə, Nəsibə üçün ən böyük dəyər insandır, insanlıqdır. İnsanın əldə edə biləcəyi var-dövlət həqiqi dostlarının olmasıdır. Mənim övladlarım, nəvələrim, dostlarım mənim dəyərlərimdir.

 

– Nəsibə xanım, sizi həyatda nələr üzüb, incidə bilir?
 

– Həyatdır, insanı incidən hər şey ola bilər. Adamı həyatda incidən də, sevindirən də elə insan olur. Mənə görə, gərək, insanı sözlə incidən olanda bunu ürəyinə saxlamayasan, tez barışasan və unudasan.

 

– Yaradıcı adamlar daha həssas olurlar. Siz bu incikliyi necə yaşayırsınız? Həmin anlarda mahnı oxumaq istəyirsiniz, yoxsa necə?
 

- Mənim incikliyim bir gün, iki gün çəkir, ondan artıq olmur. Həmin günlərdə mənə yalnızlıq və sükunət lazım olur. Şikayət etməyi xoşlamıram. Elə olanda , gərək, məni rahat buraxsınlar ki, mən özümə gələ, fikirlərimi sahmana sala bilim. Ondan sonra ehtiyac duyduğum yenə musiqi olur. Dəstəni başıma yığıram və məşq etməyə başlayırıq. Səni bu dünyada incidən, incitməyən nə varsa, hamısını atıb, elə bil başqa bir dünyaya gedirsən. Mən elə bilirəm ki, yaradıcı insanların, sənət adamlarının hamısı belədir. Hamısı darıxırlar: mahnı üçün, sənət üçün, yaratmaq üçün...

 

– Nəsibə xanım, məsələn, biz darıxanda, sıxılanda mahnı dinləyirik, bir sakitlik tapırıq. Maraqlıdır, daim musiqinin içində olan adamlar ondan baş götürüb qaçmaq istəyirlərmi heç? Belə desək, musiqinin sizi yoran vaxtı olurmu?
 

– Yorulan vaxtlarım olur, amma məni yoran musiqi olmur.  Mən yorulanda da rahatlığı musiqidə tapıram. Amma həmin mahnı gərək mənim ifa etdiyim janra olmasın. Operanı, teatrı, səyahət etməyi çox sevirəm. Elə vaxtlarda sevdiyim şəhərləri görməyə, gəzməyə gedirəm.

 

– Səyahətə tək çıxmağı xoşlayırsınız? Ümumiyyətlə, təkliyi sevənsiniz, yoxsa adam içində olmağı?


- Hə, təkliyi sevirəm. Amma ətrafımda kimlərinsə olmağını istəyirəmsə, həmin adamlar ya ailə üzvlərim, ya da yaxın dostlarım olur, kənar adamlar yox.

 

– Deyirsiniz, başqa musiqilərlə rahatlıq tapıram. Maraqlıdır, kimləri dinləyirsiniz, kimləri oxuyursunuz?

 

- Şeiriyyat Şərqə məxsusdur. Klassik şeirləri çox sevirəm. Özbəkistanın şairləri Nəvai, Babur, digərləri ilə yanaşı, Nəsimi, Füzuli də mənim çox sevdiyim şairlərdir. Bizim çox gözəl xanım şairlərimiz olub, onların şeirlərinini sevərək oxuyuram.

 

Musiqiyə gəldikdə isə, Rəşid Behbudov, Müslüm Moqamayev, Akif İslamzadə, Flora Kərimova, Zeynəb Xanlarovanı sevirəm, dinləyirəm. Onları nəinki mən, Özbəkistanda qulaq asmayan ailə yoxdur. Zeynəb xanım evimdə qonaq olub, bu, mənim üçün böyük fəxrdir.


– Nəsibə xanım, bizim sənətçilərlə söhbətləşəndə onlar uğuru, adı, məşhurluğu asan qazanmadıqlarını, bu yolun çox çətin olduğunu dilə gətirirlər.  Sizin ölkədə sənətlə məşğul olmaq, bu sahədə uğur qazanmaq necə, çətindirmi?
 

- Mənim fikrimcə, təkcə sənətdə yox, heç bir sahədə uğur qazanmaq asan başa gəlmir.  Həqiqi uğuru qazanmaq həmişə və hər yerdə çətindir. Çünki o uğurun arxasında zəhmət var, maneələr var. Mən inanmıram ki, kiməsə uğur göydən düşür. Axşam yatıb, səhər oyanır ki, hər şey onun istədiyi kimidir.

 

– Ancaq bir də var bütün çətinliklərə rəğmən, səhnədə, xalqın gözü qarşısında olmaq... Yəni bu sənət əhval-ruhiyyəyə, ovqata baxmır.


- Haqlısınız, amma bu sənəti biz özümüz seçmişik. Seçəndə də hər şeyi gözə almışıq. Uğuruna necə seviniriksə, çətinliyinə də dözməliyik.


– Nəsibə xanım,  neçə gündür sizi müşahidə edirəm, çox sakit, mülayim insan təsiri bağışlayırsınız. Bu mülayim görünüşün arxasında necə bir xarakter var? Sizi özünüzdən nə çıxara bilər?


- İnsanın özü haqqında, xüsusilə də xarakteri barədə danışmağı çox çətin məsələdir. Demək olar ki, sakit insanam. Amma kimsə mənim yaxınlarıma zərər verər, incidərsə, o sakitlikdən əsər-əlamət qalmaz. Onlara görə canımı da verərəm.

 

Özümə inanan insanam, çünki hamımız yaradanın əlindəyik. Sabah nə olacağı bizə bağlı olan bir şey deyil. Bütün çətinliklərdən özüm çıxmağa, hər maneəni özüm aşmağa çalışıram. Hər şeyi başqalarından yox, özümdən gözləyirəm. Dostlarım, yaxınlarım, uşaqlarım məni güclü qadın hesab edirlər.

 



­– Siz həm də anasınız, nənəsiniz. Həm analığı, həm sənəti bir ömrə necə sığışdıra bilmisiniz, əksiklik yaşamısınızmı?


- Sənətə görə əksikliyi mənim uşaqlarım yaşayıblar. Analarını istədikləri vaxt yanlarında görə bilməyiblər. Kim deyirsə, ailəni də sənəti də bir ömrə sığışdırmaq, hamısını eyni keyfiyyətdə yürütmək olar, buna mən inanmıram. Öz həyatımdan deyə bilərəm ki, bu, mümkün deyil. Sənətdə ona görə uğur qazanmışam ki, vaxtımın çoxunu ona həsr eləmişəm. Buna görə uşaqlarımın içində qırıqlıq olub, özləri bunu deməsə də, mən hiss edirəm. İndi fikirləşirəm ki, kaş uşaqlar körpə olanda onların yanında olaydım. Sənət çox böyük qurbanlar tələb edir...

 

– Az da olsa peşman olduğunuz vaxt olub?
 

- Yox, peşman deyiləm. Mən sənətə görə uşaqlarımı itirmiş olsaydım, onların məhəbbətini qazana bilməsəydim, hə, onda çox peşman olardım. Sənət və uşaqlar arasında seçim etmək lazım olsa, əlbəttə, mən övladlarımı seçərdim. Amma bu gün peşman deyiləm. Sənətimlə də məşğul oldum, uşaqlarımla da. Onlar da gözəl övlad oldular. Xoşbəxtəm.

 

Nəvələr isə tamam başqa dünyadır. Atam-anam deyəndə ki, nəvəni övladdan da çox istəyirsən, inanmırdım. Fikirləşirdim ki, insan övladından çox kimi istəyə bilər ki?! Nənə olanda başa düşdüm ki, valideynlərim düz deyiblər. Nəvələr olandan sonra övlada olan məhəbbət qalır bir kənarda. Həmişə fikirləşirdim ki, bu, niyə belə olur? Özüm üçün belə bir cavab tapdım: övlad böyüdəndə gənc olursan. Analığın, atalığın məktəbi yoxdur. Uşağı böyüdərkən özün də böyüyürsən. Bütün çətinlikləri ilə bərabər, onların böyüməyindən həm də həzz alırsan. Nəvənin qiyməti isə daha yüksəkdir. Ona çatmaq üçün, gərək, çox zəhmət çəkəsən. Belə ki, bir övlad böyüdüb, şəxsiyyət yetişdirirsən, bir ata, ana yaradırsan. Ondan sonra  bütün bunların mükafatı olaraq Allah sənə nəvə verir.
 

İki oğlum var. Evə gələn gəlinlərim də elə bil mənim qızlarımdır. Elə gəlinlərdir ki, mənim öz qızım olsaydı, onlardan çox istəməzdim.

 

- Nənəlik sizi yaşlı hiss elətdirmir ki?
 

- Yox, nənəliklə daha da uşaq olmuşam. Onların dalınca qaçmaq, maraqlanmaq, hər şeyə onların gözüylə baxmaq, istədiklərini öyrənmək adamı daha da uşaqlaşdırır.

 

– Məişətlə – ev işi, bişirib-düşürməklə aranız necədir?
 

- Vaxt olsa, aram yaxşıdır. Həmişə hər işi özüm görməyə vaxtım olmur. Gəlinlərim də işləyir. Köməkçilərimiz var, ev işlərini onlara həvalə etmişik. Amma ailənin ən çox sevdiyi yeməkləri ancaq özüm hazırlayıram. Mən evdə olanda ailəmiz üçün bayram olur. Nəvələr bağçadan, məktəbdən gələndə artıq qapıdaca hiss edirlər ki, bu gün yeməyi nənə bişirib. Soruşanda deyirlər ki, bunu yeməyin ətrindən duyuruq. Azərbaycan plovu, dolma, qutab, düşbərə, paxlavanı sevə-sevə özüm bişirirəm.

 


 

- Nəsibə xanım, dini baxışınız necədir?
 

- İnsanlarla və ya müsahibədə dini baxışım haqda danışmağı sevmirəm. İnsanın yaradanla şəxsi münasibəti, ünsiyyəti var. Bu, mənim üçün intimdir, məhrəmdir. İnsanın dini görüşlərini, hisslərini başqalarının yanında ifadə etməyini düzgün hesab etmirəm.

 

– Bəs elə bir şey varmı ki, o, sizin üçün ibadət etmək kimidir?

 

- Əlbəttə, musiqi ilə məşğul olmaq məni başqa bir aləmə aparır, ibadət etmiş kimi oluram. Bizi düzgün başa düşsünlər, yaradana ibadət başqadır, amma musiqiçilər üçün də musiqi başqa bir dünyadır. Musiqi yaratmaq, ümumiyyətlə, musiqiyə yaxın olmaq ibadət kimi bir şeydir.

 

– Yaradıcı insan kimi sevgi işinizin harasında dayanır? Sevgisiz yaratmaq, oxumaq mümkündürmü?


- Bəzən yaradıcı insana dərd də lazımdır. Ürəyin ağrıyanda bir əsəri elə gözəl oxuyursan... Sonra fərqinə varırsan ki, həmin vaxt o halətdə olmasaydım, ifa bu cür gözəl alınmazdı. Yəni yaradıcı insana hiss lazımdı, bu sevgi də ola bilər, ağrı da, dərd də...

 

- Elə bir mahnınız varmı ki, dediyiniz kimi, məhz ağrılar onu gözəl edib?

­

- Belə bir mahnı var... Bir sənətkar dostumuz vardı, gənc yaşında rəhmətə getmişdi. Hər il onun xatirə gecəsi gecəsi keçirilirdi. Həmin gecədə onunla dostluq edənlər, onu ustad bilənlər mahnılarını oxuyurdular. Mənə də 7 mahnı gətirdilər. Gördüm ki, 7 mahnının içində qadın oxuya biləcək mahnı yoxdur. Amma yenə də birini seçdim, bəzi sözləri dəyişdirdim ki, qadının adından oxuna bilsin. Həmin vaxt anam xəstələndi. Mən hər şeyi atıb, getdim Səmərqəndə. İki ay onun yanında oldum. Sonra anam rəhmətə getdi. Daşkəndə qayıdanda yoldaşlarım qorxa- qorxa soruşdular ki, xatirə gecəsində çıxış edəcəksən? Əgər xatirə gecəsi olmasaydı, təbii ki, iştirak edə, oxuya bilməyəcəkdim. Dedim, əgər mahnını yazdırmağa vaxtımız çatacaqsa, iştirak edəcəm. Özümdə güc tapıb studiyaya getdim. Mahnını oxuduqca məni qəhər boğur, ağlayırdım. Xatirə gecəsi yetişdi, səhnəyə çıxıb oxuyanda fikirləşdim ki, dünyanın işinə bax, iki-üç həftə əvvəl elə bilirdim ki, dünya dağıldı, mən yaşaya bilmərəm. Anam əlimdə can verdi, amma həyat necə davam edir... O yoxdu, amma mən yaşayıram, səhnədəyəm. Beləcə, birtəhər mahnını oxuyub bitirdim, ağlaya-ağlaya getdim səhnədən. Ondan sonra bir neçə ay heç bir mahnıya qulaq asa bilmədim. Oxumadı da. Sonralar özümə gələndə başa düşdüm ki, o ağrıdan bu mahnı məhz belə gözəl alındı. O mahnıda ağrım, məhəbbətim, həyatın fəlsəfəsi var. 

 

 



– Nəsibə xanım, insan kimi, ana kimi, nənə kimi, dost kimi, sənətçi kimi xoşbəxt olmaq başqadır, amma qadın kimi xoşbəxt olmaq başqa... Siz qadın kimi də xoşbəxtsinizmi?
 

- İnsan kimi, sənətçi kimi o qədər xoşbəxtəm ki, qadın xoşbəxtliyi nədir, heç bilmirəm. Bunu düşünmək, fikir vermək istəmirəm. Bəlkə, kiməsə elə gəlir ki, bu qadının əksikliyidir. Ancaq mənə görə məslək sahibi kimi, ana kimi xoşbəxtlik ən böyük xoşbəxtlikdir.


 

- Son olaraq, azərbaycanlı pərəstişkarlarınıza deyəcək sözünüz varmı?

 

- Azərbaycana və Azərbaycan insanlarına çox-çox minnətdaram ki, illər boyu bu məhəbbəti, bu istiliyi saxlayıblar. Mənim də onlara olan məhəbbətim çox böyükdür. Həmişə də belə olacaq.


 

- Ürəyinizdə qalan, oxumaq istədiyiniz Azərbaycan mahnısı varmı?
 

 

- Hə, belə mahnılar çoxdur, əlbəttə, onları oxuyacam.

 

Sevinc Fədai, Daşkənd-Bakı

http://Xeber365.com

 

 

 

 

 

 

 

 

 

 

Mənbə: Müəllif: Sevinc Fədai
Onda, elə, bilirdim, dünya, dağılıb,, yaşaya, bilmərəm, –, Nəsibə, Abdullayevayla, müsahibə,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı