The document has moved here.
|
||
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi? | ||
Amerika tarixi ənənələrə malikdir. Buna özünü qorumaq hüququnu da əlavə edirlər. Ancaq mən bir dəfə eşitmədim ki, kimsə silahıyla silahlı manyaka qarşı müqavimət göstərib onu neytrallaşdırsın. Amerikada qatili, adətən, qətliamdan sonra polis öldürür. Başqa sual odur ki, psixi problemləri olduğu deyilən əfqan dükandan müxtəlif silahları necə alıb? Odur ki, Hillari Klintonun da bu qətliamla bağlı Trampa deyəcəyi sözü – ittihamı var”. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Əfqan əsilli müəlman Ömər Matin Orlandoda gecə klubunda 50 nəfərin ölümü ilə nəticələnən terror aktı törədib. Silahlı qətli törədən şəxsin, özünü "İslam Dövləti" (İŞİD) adlandıran terror qruplaşmasının üzvü olduğu müəyyən edilib. Sözügedən qanlı hadisədən sonra müsəlmanlara qarşı sərt bəyanatları ilə seçilən, ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan Donald Tramp yenidən hökuməti müsəlmanları ölkəyə buraxmamağa çağırıb. Terror hadisəsinin Trampa seçkilərdə üstünlük qazandıracağı ehtimalı artıb. Hər halda Trampın sözügedən hadisədən öz mənafeyi üçün istifadə etmək niyyətində olduğu görünür.
“Bu hadisə Trampa və dəstəkçilərinə divident qazandırdı” Politoloq Sülhəddin Əkbərin sözlərinə görə, Trampın apardığı siyasət ondan ibarətdir ki, müsəlmanlar və onların terroru Amerika üçün təhdiddir: “Trampa görə radikal önləmlər alınmasa, bu təhdid getdikcə böyüyəcək. Son başverənlər isə formal da olsa, Trampın dediklərini təsdiq edir, ona, onun dəstəkçilərinə əlavə divident qazandırır. Bu, hər ölkədə belədir: terror hadisəsi terror başverən ölkədə millətçiliyi, anti-müsəlman ovqatını gücləndirir, irqçiliyə rəvac verir. Bu hadisənin hansı məqsədlə törədildiyini deyə bilmərəm, amma baş verənlərin istər-istəməz Amerika cəmiyyətinin ümumi əhval-ruhiyyəsinə təsir etdiyini əminliklə demək olar. Bunu biz 11 sentyabrda da gördük. Belə olduğu halda Trampın rəqibi Hillari Klinton mövqeyini gücləndirmək üçün hansı addımlar atmalıdır? Sülhəddin Əkbər deyir ki, hazırda Hillari Klintonun qarşısında duran əsas vəzifə seçiciləri, radikallarla müsəlmanların tamamilə fərqli qanadı təmsil etdiyinə inandırmaqdır: “Cəmiyyəti inandırmaq lazımdır ki, Tramp və onun dəstəkçiləri öz siyasətləri ilə radikallara daha böyük meydan vermiş olur”.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə teraktın prezidentliyə namizəd, islama və müsəlman miqrantlara qarşı olan Donald Trampın reytinqini yüksəldəcəyi fikri ilə tam razı deyil: “Qarşı tərəf - Hillari Klintonun də deyəcək sözü var. Trampı silah istehsalçıları dəstəkləyir. Həmin silah istehsalçıları həmin əfqana rahat şəkildə silah satılmasına şərait yaratmasaydılar, Amerikada bu və digər qətliamlar baş verməzdi. Demokrat prezident Barak Obamanın illərdir, deməkdən dili qabar olub ki, hər bir şəxsin silah almaq hüququ olmamalıdır. Ancaq Obama, o cümlədən, keçmiş və gələcək prezidentlər heç nə edə bilmirlər. Çünki silah istehsalçılarının Konqresdə güclü lobbisi var. Söhbət yüz milyardlarla dollar gəlirdən gedir. Digər tərəfdən, silaha malik olmaq Amerika tarixi ənənələrə malikdir. Buna özünü qorumaq hüququnu da əlavə edirlər. Ancaq mən bir dəfə eşitmədim ki, kimsə silahıyla silahlı manyaka qarşı müqavimət göstərib onu neytrallaşdırsın. Amerikada qatili, adətən, qətliamdan sonra polis öldürür. Başqa sual odur ki, psixi problemləri olduğu deyilən əfqan dükandan müxtəlif silahları necə alıb? Odur ki, Hillari Klintonun da bu qətliamla bağlı Trampa deyəcəyi sözü – ittihamı var”.
“Qərar verməyə tələsmək olmaz” Politoloq Araz Aslanlı tək Amerikada yox, demək olar ki, bütün dünyada daxili və ya xarici siyasətlə bağlı önəmli qərarlar ərəfəsində bu cür hadisələrin baş verdiyini qeyd edir: “Baş verənlər həm ümumi ictimai rəyə təsir edir, həm də radikallığın yüksəlməsinə səbəb olur, gərginliyi, dini radikalizmi, şovinizmi körükləyir. Bunu biz Avropa ölkələrində də görmüşük. |
||
|
||
Orlando, qətliamı, seçkilərin, taleyini, dəyişəcəkmi?, |
|