Xəbər haqqında
11 Noyabr 2017 - Şənbə 12:53 596 nəfər oxuyub
 
“Oskar”a namizəd Bakı ermənisi – FOTOLAR
ART-ŞOU Xəbəri
“Oskar”a namizəd Bakı ermənisi – FOTOLAR

“Sən hər gün qarşılaşdığın hadisələri ya da insanları ekranda görəndə təəccüblənməlisən. Bax, əsl kino da budur”.

 

Ötən ay “Sevgi haqda. Yalnız böyüklər üçün” filmi ilə “Kinoatvr”da müzakirələrə səbəb olan silsilə mükafatlar qazanan Melikyan yeni kinoalmanaxın çəkilişlərinə artıq start verib. 2015-ci ildə ilk dəfə belə bir-birindən fərqli beş novelladan ibarət “Sevgi haqda” filmi rejissora “Kinotavr” kinofestivalının “qran pri”sini və “Qızıl qartal”I qazandırmışdı.

Filmlərində internet erasında sevgi, Moskva həyatı və mürəkkəb insani münasibətləri anlamağa çalışan və hazırda Rusiyanın öndə gedən qadın rejissorlarından olan Anna Melikyan az yaşına və təcrübəsinə baxmayaraq, özünü rejissor, ssenarist və prodüsser kimi sınaya bilib. Anna dördü tam, dördü qısametrajlı olmaqla səkkiz film çəkib. Filmləri dünyanın müxtəlif nüfuzlu kinofestivallarında qalib olub, 2008-ci ildə Rusiyadan “Oskar” mükafatına namizəd kimi göstərilib.

Amerikanın nüfuzlu “Variety” jurnalı onun adını “dünyanın 10 ən perspektivli rejissoru” siyahısına daxil edib. Kamera qarşısında – kadrda olmağı sevməyən Melikyan Rusiya kinosuna xeyli yeni sima və obraz qazandırıb.

 

Bakıdan Moskvaya

 

Anna Melikyan 1976-cı il fevralın 8-də Bakıda anadan olub. Bir neçə il sonra ailəsi ilə birlikdə paytaxt Yerevana köçüb, uşaqlıq illəri də burada keçib. Melikyan yaradıcılığında müəyyən qədər iz buraxdığını desə də Bakı və Azərbaycan haqda danışmağı sevmir. Maraqlıdır ki, Melikyan Ermənistan vətəndaşı olsa da bəzən ingilisdilli portallarda və saytlarda azərbaycanlı rejissor kimi təqdim olunur.

 

 

Müəllif kinosu çəkən, amma geniş tamaşaçı kütləsi tərəfindən də qəbul olunan Annanın növbəti işi “Su pərisi” əsl kino hadisəsinə çevrilib. Rusiyada tənqidçilərin müsbət rəyini qazanan və “Rusiyanın Amelisi” adlandırılan film 2008-ci ildə “Oskar”a namizəd göstərilib. Rejissor bu bənzətmə il qətiyyən razılaşmır.

 

Melikyanın fikrincə, yaxşı kino yeni insanların danışdığı səmimi hekayədir. Yeni insan mütləqdir, çünki hər şey milyon dəfə təkrarlanıb və təkrarlanacaq. Yeni olan, təkrarlanmayan tək şey insandır.

 

 

 




 

Mənbə: Müəllif: XƏBƏR365
“Oskar”a, namizəd, Bakı, ermənisi, –, FOTOLAR,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı