The document has moved here.
|
||
Ötən il Azərbaycanda 34,5 mln ton neft hasil edilib | ||
İŞ DÜNYASI Xəbəri | ||
![]() |
||
|
||
2020-ci il ərzində Azərbaycanda 34,5 mln ton neft (kondensatla birlikdə) hasil edilib.
Bu barədə Energetika Nazirliyi tərəfindən 2020-ci ildə görülmüş işlərə dair hazırladığı hesabatda deyilir.
Məlumata görə, neft (kondensatla birlikdə) hasilatı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 3 mln ton və ya 7,9 az olub.
Respublika üzrə neft hasilatının 23,5 mln tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 mln tonu (kondensat) “Şahdəniz”in payına düşüb. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə müvafiq olaraq 10,4 az və 1,2 çoxdur.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 7,2 milyon ton təşkil edib. Bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə 3,6 azdır. |
||
|
||
Ötən, il, Azərbaycanda, 34,5, mln, ton, neft, hasil, edilib, |
|