Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 15:21 89 nəfər oxuyub
 
Ötən il İpoteka Fondu 15 mln. manat mənfəət əldə edib
İŞ DÜNYASI Xəbəri
Ötən il İpoteka Fondu 15 mln. manat mənfəət əldə edib

2017-ci il “İpoteka və Kredit Zəmanət Fondu” ASC üçün uğurlu maliyyə nəticələri ili kimi də xarakterik olub.
 

Xeber365.com-un məlumatına görə,  ötən ilin sonuna 2016-cı illə müqayisədə  Cəmiyyətin aktivləri (692,1 mln. manat) 1,4 dəfə artaraq 958,2 mln. manat, illik bölüşdürülməmiş mənfəəti isə (7,1 mln. manat) 2,1 dəfə artaraq 15 mln. manat təşkil edib.
 
2018-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətə başlaması, ipoteka kreditləri ilə yanaşı ölkədə sahibkarlığa verilən kreditlərə zəmanətlərin və subsidiyaların verilməsi təmin ediləcək. Yeni mexanizmin tətbiqi  potensial daxili maliyyə imkanlarının bazar şərtləri ilə iqtisadi artıma yönləndirilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsinə, bank sisteminin risklərinin azaldılmasına, maliyyə vəsaitlərinin dəyərinin aşağı salınmasına xidmət göstərəcək.

 

Mənbə: Müəllif: XƏBƏR365
Ötən, il, İpoteka, Fondu, 15, mln., manat, mənfəət, əldə, edib,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı