Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 16:50 61 nəfər oxuyub
 
Ötən il təbiəti zibilləyən, tullantıları yandıran 859 nəfər cərimələnib
GÜNDƏM Xəbəri
Ötən il təbiəti zibilləyən, tullantıları yandıran 859 nəfər cərimələnib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütamadi tədbirlər həyata keçirir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xeber365.com-a verilən məlumata görə, ötən il ərzində paytaxtın Səbail, Nizami, Yasamal, Binəqədi, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Qaradağ, eləcə də Abşeron rayonlarında və Sumqayıt şəhəri ərazilərində keçirilən belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266-cı (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 244-cü (Torpaqların (meşəfondu torpaqların) zibillənməsi və korlanması) maddələrinin tələblərini pozmuş 52 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 81.500 manat təşkil edib.


Ümumilikdə, ötən il ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 859 nəfər inzibati məsuliyyətə cəlb edilib, onlara, ümumilikdə, 117.500 manat cərimə tətbiq olunub.


Bu istiqamətlərdə tədbirlər davam etdirilir.

 

Mənbə: Müəllif: XƏBƏR365
Ötən, il, təbiəti, zibilləyən,, tullantıları, yandıran, 859, nəfər, cərimələnib,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı