Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 17:01 70 nəfər oxuyub
 
Ötən il Türkiyədə FETÖ ilə əlaqədar 5399 hərbçi həbs olunub
DÜNYA Xəbəri
Ötən il Türkiyədə FETÖ ilə əlaqədar 5399 hərbçi həbs olunub

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı 2017-ci ildə zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb.
 

Xeber365.com-un “APA”ya istinadən verdiyi məlumata görə, keçən il 3239-u PKK, 3777-i İŞİD terrorçusu olmaqla, 7016 terrorçu zərərsizləşdirilib.
 
Zərərsizləşdirilən PKK terrorçularından 46-sı terror təşkilatının lider kadrıdır. 
 
FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində 9238 hərbçi Türkiyə Silahlı Qüvvələrindən xaric edilib, 5399 hərbçi həbs olunub.
 
Baş Qərargah Türkiyədə keçən il sərhəd nəzarəti zamanı 439 min insanın saxlanıldığını da açıqlayıb.

 

Mənbə: Müəllif: XƏBƏR365
Ötən, il, Türkiyədə, FETÖ, ilə, əlaqədar, 5399, hərbçi, həbs, olunub,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı