301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
14 Dekabr 2017 - Cümə axşamı 20:19 23007 nəfər oxuyub
 
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
MÜSAHİBƏ Xəbəri
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə

Özbəkistan müstəqil olandan bəri ölkənin Ermənistanla  rəsmi əlaqələri, ən əsası, Ermənistanın Özbəkistanda səfirliyi yoxdur. Həmçinin, Özbəkistandan Ermənistana təyyarə uçmur. Elə həm də dövlətin bu əsaslı mövqeyindən irəli gəlir ki, ölkənin vətəndaşları üçün azərbaycanlılar doğma qardaş, erməni daşnakları isə isə birmənalı şəkildə düşməndir.

 

Açığı, Özbəkistana – Daşkəndə gedənə qədər özbək xalqının Azərbaycanı, azərbaycanlıları bu qədər sevdiyini bilmirdim. Bilmirdim ki, azərbaycanlı adı gələndə özbək vətəndaşının üzü gülür. Toylarında hər 10 mahnının yarıdan çoxu Azərbaycan mahnısıdır, mütəmadi olaraq televiziya kanallarında filmlərimiz nümayiş olunur. Uzun sözün qısası, özbək xalqı Azərbaycanı və azərbaycanlını çox sevir. Bu sevgi təkcə dildə deyil. Bu sevgi həm də əməldə, Azərbaycanın haqq mübarizəsinə qoşulan, əmək sərf edən, əzm göstərən özbək xalqının nüfuzlu tarixçi-alimi, publisisti Şuhrat Salamovun (Barlas) kitablarında görünür. Bu davanı öz davası bilən tarixçinin Azərbaycanın səngərlərindəki əsgərdən fərqi yoxdur, o da öz qələmiylə döyüşür.

 

Özbəkistandakı Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin dəstəyi ilə Şuhrat Salamovun erməni daşnaklarının Türküstanda həyata keçirdiyi soyqırıma, habelə onların Qafqazda azərbaycanlılara qarşı həyata keçirdiyi qətliamlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi barədə tarixi faktlar və arxiv materialları əsasında hazırladığı "Туркестан и Южный Кафказ: Дашнаки от Ферганы до Карабаха" (“Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək”) və “Карабах война идей” (“Qarabağ: ideyalar müharibəsi”) adlı kitabları nəşr olunub, bu mövuzları özündə əks etdirən sənədli film hazırlanıb. Sözügedən nəşrlər və sənədli film Özbəkistanda, Azərbaycanda, Orta Asiyada böyük rezonans yaradıb.

 

İlk dəfə olaraq tarixi mənbələr və faktlarla sübut edilir ki, boşleviklər "Daşnaksütun" partiyası ilə birlikdə Türküstanda insanlığa qarşı dəhşətli cinayətləri nəticəsində ümumilikdə 1 milyon 700 mindən artıq özbək və digər türk, müsəlman əhali  məhv edilib. Şuhrat Salamov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini təhlil edərək, ölkəmizə qarşı ermənilərin ərazi iddialarını əsaslandırılaraq ifşa edib, tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının, Göyçə, Zəngəzur mahalı və s. torpaqlarımızın  əsasında Ermənistan adlı dövlətin yaradıldığını yazıb. Ümumilikdə türk xalqlarına qarşı törədilmiş cinayətlər, soyqırımı siyasəti barədə dəyərli bir əsər ortaya qoymuş müəllifin bu tədqiqatı Orta Asiyada sözügedən mövzuda yazılan ilk araşdırma işidir.

 

Bu böyük işə imzasını atan, Azərbaycan haqqında böyük sevgi və həyəcanla danışan Şuhrat Salamov Xeber365.com-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

 

 

- Şuhrat bəy, cavabınız maraqlıdır: bir tarixçi olaraq niyə məhz erməni soyqırımını ifşa edən kitablar yazmısınız?

 

– Bu sualın əsaslı olaraq bir cavabı var: milli kimliyimə görə. Baxın, biz insanıq. Amma məsələ təkcə insan olmaqda deyil, hər kəsə “sən kimsən?” sualı verilə bilər. Dünyada 6-7 milyard insan var. Biz kimik və necə insanıq?  Məsələ bu sualın cavabındadır: Biz türkük. Fərqli ölkələrin vətəndaşı ola bilərik, amma türk kimliyi bizi birləşdirir. Onlarla bir araya gələndə danışacağımız, bizi birləşdirən, riqqətə gətirən dəyərlər, məqamlar var. Bu, bizim özlüyümüzdür. Biz  öz kimliyimizi  itirən zaman hər şeyimizi itirərik. Bunu biz tarixdə  yaşadıq. Tarixdə olan yanlışları yenidən yaşamamaq üçün nə etmək lazımdır? Gərək bu xalq – istər Türkmənistan, istər Özbəkistan, Qazaxıstan, istərsə də Azərbaycan mənim üçün fərqi yoxdur – kimliyini bilsin. Məsələn, azərbaycanılar kimliyini araşdıra-araşdıra gedib özbək olur. Atabəyli özbək varmı? Var. Tariximizdə var, ən son atabəyli məhz özbək olub. Əmir Teymur Beyləqana qədər gedib-çıxmışdı. Şirvanşahlar  tarixində Türkmənistanın izi var. Bu izlər Əlişir Nəvainin, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin  şeirlərində də var. Bunlar bizim varlığımızdır. Tarixin, gerçəyin dərinliyinə gedəndə milli kimliyimizdən heç yerə qaça bilmərik.

 

Baxın, Nizami Gəncəvinin “Xəmsə”sin dünyada türk dillərindən ilk dəfə özbəkcəyə tərcümə edilib. Birinci türk “Divani-lüğət”i Azərbaycan dilinə Seyid Osman Qocayev tərcümə edib. Yəni belə dəyişməyəcək faktlar var.  Bilirsinizmi, bu faktlar bizdə necə böyük məsuliyyət yaradır?! Artıq Hüseyn Cavid, Əlişir Nəvaidə birləşən münasibətləri, dəyərləri bizim qorumağımız lazımdır. 100 il bundan öncə Azərbaycanda Müsavat və Hümmət partiyası Özbəkistana gəlib Turan  Cəmiyyəti qurdu. Burada məktəblər açdı, mərkəzlər qurdu. Mən bir özbək vətəndaşı olaraq bunu inkar edə bilmərəm. Fundamental şəkildə özbək tarixi üzərində çalışmağa, millilik  məsələsinə gəlincə  ilk olaraq Azərbaycan önümüzə çıxacaq. Çünki azərbaycanlıların burada xidmətləri çox olub. Maqsud Şeyxzadə özbək ədəbiyyatı və ədəbiyyatşünaslığının inkişafında böyük xidmətləri olub, Nizami Gəncəvi adına Daşkənd Dövlət PedaqojiUniversiteti açıb, bütün bunlar bizim  çiynimizə məsuliyyət yükləyir. Əgər mən özbəyəmsə və bu vətənion övladıyamsa,  mənim xalqıma xidmət  edən insanları tanımaq məcburiyyətindəyəm. Eynilə, torpağımı, qardaşlarımın torpağını işğal edənləri, insanlarını qırınlarını tanımalı və tanıtdırmalıyam. 1918-ci ildə ermənilərin Türküstanda, Cənubi Qafqazda törətdiyi soyqırımının eynisi Azərbaycanda və Özbəkistanda da olmuşdu. Ermənilər  bu cür soyqırımını niyə gedib başqa yerlərdə  deyil, məhz türk torpaqlarında etmişdilər? Axı bizim torpaqlarımızda daşnakın, erməninin nə işi var? Ya da bizim onlarla nə işimiz var? Bütün bunları araşdırmağı, yazmağı özümə borc bildim və yazdım.

 

 

– Yəqin ki, Azərbaycanın haqqını müdafiə etmək sizə asan başa gəlmir, ermənilərin hədəfinə çevrilmisiniz. Buna görə təzyiqlə qarşılaşmısınızmı?

 

– Hə, əlbəttə. Bununla bağlı mənə 10 maddəylə iş açılmışdı, qısamüddətli olsa da nəzarət altına alınmışdım. Tarixi təhrif etməkdə ittiham olunurdum.

 

Danışanda deyirik  ki, erməni vəhşiliyini dünyaya çatdırmalıyıq. Bunun öz üsulu var. Baxın, Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi-alim Oleq Kuznetsovu həbs etmək istəyirlər. Amma Azərbaycanın səsi çıxmır, heç bir addım atmır. Çox istərdim ki, bu məsələni qeyri-hökumət təşkilatları ictimailəşdirsin. Ümumiyyətlə, Azərbaycanın yanında olan insanların təhlükəsizliyi nəzarətdə saxlanılsın.  Erməni vəhşiliyi ilə bağlı kimin nəyə gücü çatırsa, onu etməli, təbliğatını aparmalıdır. Bizim qardaş dediyimiz millətin balalarını öldürüblər, analarına təcavüz ediblər, torpaqlarını işğal etdi. Və bu, tarixdə  bir dəfə deyil, 5 dəfə yaşanıb. O zamanlar 12 Azərbyacan xanlığı olub. Bir dənə də erməni xanlığı olmayıb. İrəvan xanlığın onlara aid olduğunu iddia edirlər, ancaq elə deyil. İrəvanla Qarabağın heç bir əlaqəsi yoxdur. Qarabağ Azərbaycan torpağıdır və buranın boşaldılması lazım. Bu tarixi gənclərə olduğu kimi çatdırmağımız lazımdır. Biz balalarımızı oxutmadıq. Ziyalılarımız zamanında araşdırma apara bilmədi. Çünki biz beyni işğal edilmiş millətin balalarıyıq. Bizə kimliyimizi, milli düşüncəmizi unutdurmağa çalışdılar, bizi sürüyə çevirdilər. Bir insan öz milli kimliyini unudarsa, heç kimə o kimliyi sübut edə bilməz. Öz dəyərlərimizi kənara atıb, başqasının dəyərlərinə sahib olmaq istəyirik. Bu, bizim ən böyük səhvimizdir.

 

Bir məsələ var: "Dağlıq Qarabağ  Respublikası"nı  Ermənistanın özü niyə tanımır? Tanımadığı halda niyə zəbt edib? Kiminsə balası da burada şəhid olur. Niyə?

 

SSRİ-nin daxilində birinci müharibə Qarabağ savaşıdır. Mən kitabımda Dağlıq Qarabağ məsələsində yazdım. Bunun əziyyətini də çəkdim, buna görə mənə qarşı böyük təzyiqlər oldu. Bir erməni öldürülsə və ya işgəncə görsə, məni içəri salardılar. Ancaq bütün bunlar məni yolumdan döndərmir və döndərməyəcək. Bu, həm də bizim tariximizdir.

 

– Bu, sevindiricidir. Bir var ki, Azərbaycanın tarixini, haqqını məhz azərbaycanlı tarixçi yazır, müdafiə edir, bir də var siz. Həmişə deyilir ki, türkün başına gətirilən bütün bəlalar həm də türk xalqlarının güclərini  birləşə bilməməsindən irəli gəlir. Bu mənada, türk dünyasının ayrı-ayrı xalqlarının araşdırmaçıları türkün tarixini  araşdırıb dünyaya car çəkmək gücündədirlərmi? Ümumiyyətlə, bunu arzulayan, bu mübarizənin mahiyyətini dərk edən çox tarixçi varmı?

 

– Türk dünyasını araşdıranların sayı çox deyil, kifayət etmir. Bir türk dünyanı dəyişmək qüdrətinə, gücünə malikdir. Amma biz biz azıq.

Dünyada 300 milyona yaxın türk var. Amma coğrafi baxımdan bizə daha yaxın olan Qazaxıstan bizə Azərbaycan qədər doğma deyil. Küçədə gedəndə kimdən soruşsan ki, azərbaycanlı sənin nəyindir? Gözzləri parlayacaq, deyəcək ki, qardaşım. Azəbaycanla Özbəkistanın ortaq nöqtələri çoxdur. Gərək bu ortaq dəyərlərə, ortaq mədəniyyətə sahib çıxaq.

 

Ermənilərdən o vaxt əl çəkəcəyik ki, bizim olanı bizə qaytarsın. Azərbaycana aid olan torpaqlarını özünə qaytarsın. Ermənilər mənim qardaşıma, onun anasına, bacısına,  təcavüz etmiş millətdir. Bir türk olaraq necə susa bilərik? Qardaşımızın dostu dostumuz, düşməni isə düşmənimizdir. Bizim istəyimiz Azərbaycan haqqında bilgiləri necə çatdırmağın yollarını tapmaqdır. Biz istəyirik ki, Özbəkistan Azərbaycanı sevdiyi, doğma qəbul etdiyi kimi, Azərbaycan da Özbəkistanı o cür qəbul etsin. 

 

 

– Şuhrat bəy, Özbəkistan, onun mətbuatı son illərdə Azərbaycan cəbhədə gərginlik yaşadığı, şəhid verdiyi günlərdə nə hiss etdi, nə yazdı?

 

– Təbii ki, narahat olduq, həyəcan keçirdik, araşdırmalar apararaq böyük yazılar dərc etdik. Statistika göstərir ki, Qarabağ mövzusundan ən çox yazan Özbəkistan mətbuatıdır. Türkiyə mediası belə bu barədə bizim qədər yazmır.

 

– Bax bizə qardaş deyirsiniz, düşmənimizi düşməniniz bilirsiniz. Bəs Qarabağ müharibəsi olarsa, özbək xalqı Azərbaycanın yanında necə olar, əlinə silah alıb ermənilərə qarşı vuruşarmı?

 

– .Mən 1992-ci ildə könüllü şəkildə müharibəyə getmək üçün 18 dəfə məktub yazdım. O vaxt atam  həbsxanada idi. Dedilər ki, bu, sənin  müharibən deyil, bu müharibəni sənin ölkən etmir. Otur yerində. Amma mən yenə də getmək istəyirdim. Amma atam həbsxanada olduğu üçün gedə bilmədim.

 

Qarabağda döyüş başlayarsa, xalq olaraq Azərbaycanın yanında olarıq.  Çünki o torpaqlar bizim torpağımızdır, türkün torpağıdır. Niyə öz torpağımız uğrunda döyüşməyək ki?!

 

 

– Şuhrat bəy, bir müddət əvvəl Özbəkistan və Türkiyə arasındakı münasibətlərdə bir az soyuqluq var idi. Bu vəziyyətin bu yerə gəlib çıxmasına səbəb nə idi, sizcə, bu problem həll olundumu?

 

 

– Özbəkistan və Türkiyə arasında diplomatik münasibətlərin gərgin vəziyyətdə olduğunu və iki dövlət arasındakı bu vəziyyətin düzəlmədiyi haqqındakı söz-söhbətin 20 ildən bəri davam etdiyini hər kəs bilir. Türkiyə Cümhuriyyətinin daxili siyasətindəki “Ergenekon təşkilatı”, “Taksim Gezi parkı hadisələri”, “Kürd məsələsi”, “FETÖ təşkilatı”, xarici siyasətinin “Ərəb baharı”, “Fələstin”, “İraq”, və “Suriya” kimi, son illərdə Özbəkistanla olan əlaqənin zəifləməsi haqqında iddialar da müzakirə mövzusudur. Aradakı qardaşlıq və dostluq heç bir zaman rədd edilməyib. Ortada bəzi anlaşılmazlıqlar vardı. Qardaşlar ortasında olan yanlışlıqlar ortadan qaldırıldı və münasibətlər çox gözəl durumda davam etməkdədir.

 

Özbəkistan və Türkiyə əbədi dostluğu min illərdir davam edən ortaq milli mentaliteti, dövlətçilik ənənələrini, soydaşlarının tarixini, mədəniyyətini və ədəbiyyatını öz dəyəri olaraq qəbul etməyi bacarmayan türkiyəli və özbəkistanlı siyasətçilər ucbatından, iki qardaş ölkə arasında imzalanan, hüquqi baxımdan heç bir mənası qalmayan sənədlər halına gətirilə bilməz. Buna görə də FETÖ təşkilatı dünyada ilk dəfə Özbəkistanda qadağan edildi. Özbəkistanda fəaliyyət göstərən fətullahçı terror təşkilatı iştirakçıları ölkədən qovuldu.


İslam məsələsi və mədəniyyəti kimi mövzularda Özbəkistan xalqı son dərəcə mühafizəkardır. Buna görə “Nurçu” məktəblərində Səid Nursinin deyimlərinin və baxışının özbək uşaqları arasında təbliğ edilməsi məsələsi Özbəkistanda mənfi reaksiya görməyi haqq etmişdi.

 

 

 

– Türkiyədə Türkçülük anlayışına baxış və müdafiə məsələsi haqqında hansı qənaətdəsiniz?

 

 

– Əvvəlcə tarixə baxaq. İslam dövləti olan Osmanlı İmperiyası özünü müasirləşdirmək üçün Qərbə meyil etməsi 1839-cu ildə elan edilən Tənzimat Fərmanı ilə başladılmış və sonrakı digər reformlarda da Avropadakı inkişafları təqlid edərək rəsmən qəbul edilmişdi. Osmanlı ziyalılarının, dövləti müasirləşdirmək üçün, etnik azlıqlar və qeyri-müsəlmanları razı salacaq şəkildə sosial strukturu dəyişdirmək cəhdləri, imperiyanın əsas tərkibi olan müsəlmanların etirazı ilə qarşılanmışdı.

 

Avropanın intellektual və mədəni hərəkatı olaraq Qərbin sosial inanc və şüur səviyyəsində təşkil olunan romantizm nəzəriyyələrinin inkişaf modeli olaraq Anadoluya köçürülməsi ilə bərabər, Qərbin milli dövlət formu da müxtəlif ziyalılar, dövlət məmurları və idarəçilər tərəfindən mənimsənmişdi. Qərbin milli dövlət formu, özünəxas olmasına baxmayaraq, Osmanlı dövlətindəki mərkəziyyətçi elitanın arzu və istəyinə uyğun olaraq, Anadoluda yaşamaqda olan etnik müxtəlifliyi birləşdirəcək yeni milli dövlət qurmaq, köhnə dövlət sistemini müasirləşdirmək vasitəsi olaraq qəbul edilən qərbliləşmənin tətbiqi Anadoluda qarşıdurmalara səbəb oldu.

 

Zehniyyət bölünməsi avropaçı tərəqqiçilər (qərbçilər), islamçı mühafizəkar (şərqçilər) deyə müəyyən edilən kütlələrin qütbləşməsini ortaya çıxardaraq Osmanlı xalqı içində “şəxsiyyət böhranı”na yol açmışdı.

 

 

1878-ci ildən 1908-ci ilə qədər Jön Türklər, yəni gənc osmanlılar arasında məşhurlaşmağa başlayan türkçülük 1908-ci ildə II Məşrutiyətdən sonra Osmanlı dövlətinin siyasi baxışında ideoloji düşüncə olaraq ilk addımlarını atdı. 1911-ci ildəki “İttihat və Tərəqqi” Cəmiyyətinin konqresində edilən dəyişikliklərdən sonra Osmanlı Dövlətinin ideoloji xətti müəyyənləşdi və Türkçülüyün siyasi ideologiya olaraq təşkilatlanması ilə yanaşı, dünya miqyasında yayılması təmin edildi.

 

 

1912-ci ildə qurulan “Türk ocağı”, Osmanlı dövlətindəki ziyalılar arasında türkçülük fikir hərəkatının başladılmasında çox önəmli rol alıb. Birinci Dünya Müharibəsində baş vermiş məğlubiyyət nəticəsində Türkçülük fikir hərəkatının yerini tam anlamıyla ideoloji doktrinalara söykənmiş siyasi hərəkat olaraq formalaşan Türk milliyyətçiliyi aldı.

 

 

Dağılmaqda olan imperiyanı bir arada tuta bilmək üçün türkçülüyün müasir bir fikir hərəkatı olaraq özünü ifadə etməsi və yeni bir siyasi düşüncə olaraq cəmiyyətə çıxmasının başlanğıcında Avropada başladılan Türkologiya araşdırmaları var. Orhon abidələrindəki Köhnə türk yazıları Tompson tərəfindən deşifre edilməsilə Avropada başladılan müxtəlif araşdırma çalışmaları akademik maraq və siyasi məqsəd gözləntiləri üzərinə qurulmuş olsa da, Köhnə Türklərin milli bir birlik olduğunu və dünyanın geniş ərazilərinə dağılmış olduğunu ortaya çıxarıb.

 

 

Türkçülüyün sosial fikir hərəkatına çevrilməsinə xidmər edən ilk nəzəriyyəçilər arasında bir dənə belə olsa, Türk etnik kökündən gələn yerli aydın və ya fikir adamı yoxdur. İlk Türkçü olaraq qəbul edilən Mahmut Cəlaləddin Paşa, Leh əsilzadəsi olan Kont Konstanti Polkoziç Borzeskidir. Əhməd Vefik Paşa dinini dəyişib müsəlman olan bir yəhudinin nəvəsidir. Ömər Seyfəddin, Çərkəz Ziya Gökalp Kürt, Şəmsəddin Sami isə Fraşeri adındakı bir albandır.

 

 

Osmanlı Dövlətinin son illərində Türkçülük fikir hərəkatının genişlənməsi və düşüncələrin aydınlanması ilə Vələt Çələbi, Nəcib Asım və Mehmet Emin kimi yazar, tarixçi və fikir adamları Türk mədəniyyətinin xüsusi quruluşu və zənginliyini isbat etmək böyük səylər göstərib. Selanikdəki “Gənc Qələmlər” jurnalı ətrafında Ziya Gökalp, Ömər Seyfəddin və Əli Canip kimi ziyalıların liderliyi ilə Türk Dili Milliyyətçisi qruplarır təşkilatlandılar. İsmayıl Qaspıralı, Yusif Akçura, Əhməd Ağaoğlu, Məmməd Əmin Rəsulzadə,  Abdureşit İbrahimov, Əli Hüseynzadə, Ayaz İshakı və Halim Sabit kimi Rusiya əsarətindən qurtulan ziyalılar Osmanlı dövlətində inkişaf etməkdə olan türkçülüyü dünya türkləri arasında aktuallaşmasına xidmət edərək geniş əraziyə yayılmasını təşkil etdilər.

 

 

Balkanlar Osmanlı dövlətinin idarəsindən çıxandan sonra slav şovinistləri yaradan xristian idarələri müsəlmanlarla birlikdə yəhudilərə də zülm edib. Hətta Girit adasının Hellence danışan müsəlman xalqı türkdür deyə qətliama məruz qalıb. Pomak kəndləri türk deyə slav şovinistləri olan bolqar idarəsinin zülmünə düçar olub. Balkanların Qafqazların türkcə danışmayan kəsimləri belə dinlərinə görə əziyyət çəkib, min illərdən bəri yaşadığı torpaqlardan ayrılmaq məcburiyyətində qalıblar. Buna görə də bədəli ağır ödənilən Türk milli şəxsiyyətini yaradan dil və dindir. Amma bu ikisindən daha önəmli nüans varsa, o da ortaq tarixi müqəddəratdır.

 

 

Bəs özbəklərin Türkçülük idealogiyası haqqında düşüncələri hansı səviyyədədir? 

 

– Özbəkistanın gənc nəsli keçmişdə öz ata-babaları üçün darıxan və bu gün onların qurduğu dövlətdə yaşadığı üçün şərəf hissi keçirən nəsildir. Hürr olduğu üçün islam dinini, Türküstan və Turan tarixini öyrənməyi Özbəkistan dövləti qadağan etmir. Öz tarixini və mənəviyyatını öyrənməyi şərəfim və namusum deyə qəbul edən insan çəkinmədən və qorxmadan bu istəyini rahat şəkildə reallaşdıra bilir.

 

Özbək milli mədəniyyəti və mentaliteti bir neçə imperiya ilə dövlətlərin mədəniyyəti və tarixi xatirəsi ilə atalarının övladlarına buraxdığı böyük mirası üzərində inkişaf etmiş olan köklü və zəngin mənəvi dəyərlər sayəsində yaranıb. Bu dəyərlər özbək kimliyini daşıyan cəmiyyətə öz milli mədəni şüurunu, mədəniyyətin güclü bir təmələ əsaslandığı hissini, özgüvən və çevrəsindəki xalqlara sayğı və tolerantlıqla baxmaq yetkinliyini qazandırıb. Özbəklərin bu milli xüsusiyyəti dünən və ya azadlıq əldə edəndən sonra ortaya çıxmayıb.

 

 

Ceyhun və Seyhun çayları arasında yaşayan xalq, hətta bir neçə yüz il başqa millətin əsarəti və zülmü altında qalsa da, tarixdə öz mənliyini, milli şüurunu, dövlətçilik düşüncələrini itirməyən və milli mənəvi dəyərlərini mühafizə etməyi bacaran cəmiyyət olaraq qalmaqdadır.

 

 

Cəmiyyət olaraq torpaqlarını itirərsə, milli mədəniyyətini, qanunvericiliyini itirərsə, azadlığını və istiqlalını da itirəcəyi fikrini beşikdə yatan özbək uşağı belə ana südü ilə qəbul edir. Dünyanın harasında yaşasa da, özbəklər milli xüsusiyyətini itirməyən tərbiyəni ailədən almaqdadırlar. Bu anlayış və şüuru qəbul edtməyən insan isə özbək ola bilməz. Müasir özbək xalqının milli düşüncəsi isə Əli Şir Nəvai fəlsəfəsindən mənəvi qida alır:

 

 

Türk nazmida çu men tartib alam,

Ayladim ul mamlakatni yak qalam.

Nizami olsa Barda birla Ganca,

Qadam Rum ahliğa ham kilsa ranca,

Chekib Xusrav daği tig‘i zabanni,

Yurub fath aylasa Hindustanni,

Yana Jami Ajamda ursa navbat,

Arabda daği çölse kösi şavkat

Agar bir qavm, gar yuz, yöksa mingdur,

Muayyan türk ulusi xud meningdur.

Olibmen taxti farmonimğa asan,

Çerik çekmay Hitadin to Horasan.

Horasan demakim, Şirazu Tabrez

Ki kilmishdur nayi kilkim shakarrez…

 

 

 

 

– Şuhrat bəy, necə düşünürsünüz, böyük Turan Biriliyinin qurulması üçün hansı siyasi, iqtisadi, mədəni-mənəvi əsaslar var? Bu böyük ideyaya çatmağın yolunu nədə görürsünüz? Bəs əksinə, bu ideyanın qarşısını kəsən nələr və kimlərdir?

 

 

Bir zamanlar dünyada türk adını daşıyan bir azad dövlət və ya millət qalmamışdı. O zamanlar Anadolu xalqı dünyada ilk dəfə türkçülük məsələsini Türkiyə Cümhuriyyəti olaraq gündəmə daşıya bildi. Anadoluda yaşayan xalq Türk milliyyətçiliyinin tələblərinə əsasən hərəkətə keçən siyasi doktrinaların gücü ilə inşa etdikləri Türkiyə Cümhuriyyətini qorumağı, dövlət düşmənlərindən xilas etməyi və türkçülük üzərində öz dövlətini qurmağı bacara bildi. Türkçülük anlayışı Anadolu içərisinə qapanmış bir halda inkişaf etməyə başlamışdı. Buna görə də türkçülük və türk milliyyətçiliyi Türkiyə torpaqlarına və Anadolu tarixinə xas bir məziyyət olaraq həyatını davam etdirməkdə idi.

 

Bu gün isə vəziyyət fərqlidir. Türk dünyasının min illərdən bər hədəflədiyi qardaşlıq, soydaşlıq, iqtisadi, sosial və siyasi birliyin uca məqsədini həyata keçirməyi Türkiyə Cümhuriyyəti tək başına necə bacara bilər? Artıq bu, bizim hamımızın vəzifəsidir. SSRİ-nin daxilində yaşayan milyonlarla adamlar azadlığına qovuşduqdan sonra Türkçülük təkcə Türkiyə Cümhuriyyətinin ideologiyası olaraq qalmadı. Artıq dünya xəritəsində Türkiyədən başqa da müstəqil Türk dövlətləri var. Bu dövlətlərin arasındakı münasibətlər əvvəlki kimi deyil. Yəni türkçülük əvvəlki kimi bir dövlətin, bir siyasi partiyanın doktrinasını və mövqeyi olmaqdançıxıb, düşüncə, fikir və yaşayış tərzi olaraq geniş sahədə yüksəlməyə başlayıb. Bizi birləşdirəcək çox səbəblər və əsaslar var. Əlbəttə, siyasi, iqtisadi, mədəni-mənəvi əsaslar çox önəmlidir. İşdə, sözdə və fikirdə birliyin əsası ortaq tariximizi bilməkdən başlayır. Hüseyn Cavid əfəndinin fikrini ən uyğun yol olaraq qəbul edə bilərik: Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

 

 

Sevinc Fədai, Daşkənd

 

 

 

Mənbə: Müəllif:
Özbəkistanda, bir, erməni, öldürülsə,, mən, günahkar, bilinərdim..., -, Özbək, tarixçiylə, müsahibə,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı