Xəbər haqqında
06 Dekabr 2017 - Çərşənbə 14:46 647 nəfər oxuyub
 
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
BAXIŞ Xəbəri
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə

Son günlər Ukraynada baş verən proseslər ətrafında ciddi müzakirələr gedir. Saakaşvilinin tərəfdarlarının aylardır davam edən etirazları, siyasətçinin Poroşenko əleyhinə çıxışları və dünən evində axtarış aparan polislərə etiraz olaraq dama çıxması Saakaşvilinin həbsi ilə nəticələndi. 

 

 

Ancaq bu həbs hadisələrin sonu olmadı. Çünki Saakaşvili bir neçə saat sonra polis nəzarətindən xilas oldu və onu dəstəkləyən izdihamın müşayiəti ilə yenidən parlament binası önünə çıxdı. Bu gün onun etirazçılar önündə geniş çıxışı gözlənilir.

 

 

Keçmiş Gürcüstan prezidentinin atdığı bu addımlar olayları izləyən insanlar tərəfindən birmənalı qarşılanmır. Bəziləri sabiq Odessa qubernatorunun addımlarını qəhrəmanlıq kimi digər bir qism isə bu çıxışları qeyri-adekvat, düzgün olmayan siyasi gediş kimi qiymətləndirir. 

 
Maraqlıdır,  Gürcüstanda siyasi missiyasını tamamlayan Saakaşvilinin Ukraynadakı fəaliyyətinin arxasında nə dayanır?

 

Xeber365.com-un suallarını politoloq Hikmət Hacızadə cavablandırıb. Siyasi şərhçi Saakaşvilinin bu kampaniyasını qəhrəmanlıq kimi analiz edib:

 

 

“Bu mübarizə demokratiya uğrunda savaşdır. Onun ideyası Ukraynada normal dövlət qurmaq, korrupsiya ilə mübarizə aparmaq, qayda-qanun yaratmaqdır. Necə ki, bunu Gürcüstanda yaratdı. Saakaşvili Ukraynada konkret demokratik addımlar atmağa başlayanda korrupsionerlər narahat olmağa və təzyiq etməyə başladı. Daha sonra onlara prezident Poroşenko da qoşuldu. Bu qüvvələr istədilər ki, Saakaşvilini Ukraynadan çıxarsınlar. Xımır-xımır xalqı talamağa davam etsinlər”.

 

Hikmət Hacızadə bildirib ki, Saakaşvili sadəcə mübarizə aparır: “Bəs onda nə üçün bu mübarizə bəzilərinə qəribə gəlir? Çünki onlar inkişaf etmiş ölkələrdə gedən siyasi çıxışlara baxır. Parlamentdə həmin siyasətçilərin fikirlərini izləyirlər.  Orda hamı şablon, nəzakətli çıxışlar edir. Amma Ukraynada belə deyil. Orda korrupsionerlərlə vətəndaşlar arasında müharibə gedir.  Biz indi bu müharibənin kinosuna baxırıq. Burda hər şey ola bilər. Dama çıxmaq da, ordan özünü atmaq da olar. Hətta özünü yandırmaq da olar. Nə üçün bəziləri bunu başa düşmür. Mübarizə əslində belə olur. Hətta bundan artıq olur. Məsələn, Mahatma Qandi neçə gün aclıq elan etmişdi. Mandela vuruşmuşdu”.

 

Hadisələrin inkişafı Saakaşvilini, ümumilikdə Ukraynanı hara aparır?

 

 

“Fikrimcə Saakaşvili axıradək gedəcək. Amma Ukrayna xalqı liderini axıra qədər dəstəkləyəcək ya yox, bunu gələcək göstərəcək. Saakaşvili prezident olmaq istəmir. O istəyir ki, müəllifi olduğu proqram həyata keçsin. Bax o proqram çox böyük ehtimalla həyata keçəcək".

 

Politoloq Qərbin Gürcüstanın sabiq prezidentini dəstəkləməsi ilə bağlı fikirləri mənasız hesab edib. Onun fikrincə Qərb məsələyə qarışmır. 
 

Hikmət Hacızadə Ukraynadakı proseslərə Azərbaycandakı münasibəti də şərh edib: “Azərbaycandakı korrupsionerlər Saakaşvilinin əleyhinədir. Çünki o, haqsızlığın yanında yer almır.  O, məktəblərdə pul yığılmasını istəmir. O təklif edir ki, bizim tibbi sığortamız olsun, oğurluq qurtarsın, polis camaatı incitməsin. Əlbəttə ki, buna görə bütün pul yığan adamlar onun əleyhinə olacaq”. 
 

 

Mənbə: Müəllif:
Özünü, damdan, atmaq, da, olar,, yandırmaq, da..., Hikmət, Hacızadə, ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı