Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 19:13 82 nəfər oxuyub
 
Pərviz Şahbazov Səudiyyə Ərəbistanına səfər edəcək
İŞ DÜNYASI Xəbəri
Pərviz Şahbazov Səudiyyə Ərəbistanına səfər edəcək

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin dəvəti ilə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 13-16-da bu ölkədə səfərdə olacaq.

 

Energetika Nazirliyindən Xeber365.com-a verilən məlumata görə, səfər zamanı keçiriləcək görüşlərdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, “Saudi Aramco” şirkəti ilə əməkdaşlıq perspektivləri, eləcə də dünya neft bazarının tənzimlənməsi istiqamətində Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) çərçivəsində Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud əlaqələrin inkişafına dair bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

 

Nümayəndə heyətinin Səudiyyə Ərəbistanında bir sıra istehsalat komplekslərinə baş çəkməsi də nəzərdə tutulub.

Mənbə: Müəllif: XƏBƏR365
Pərviz, Şahbazov, Səudiyyə, Ərəbistanına, səfər, edəcək,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı