Xəbər haqqında
05 Dekabr 2017 - Çərşənbə axşamı 19:55 80 nəfər oxuyub
 
Pakistanda törədilən partlayış nəticəsində azı 6 nəfər həlak olub
DÜNYA Xəbəri
Pakistanda törədilən partlayış nəticəsində azı 6 nəfər həlak olub

Dekabrın 5-də Pakistanın şimalında yerləşən Mir-Əli şəhərində motosikletə qoyulmuş partladıcı qurğunun işə salınması nəticəsində 6 nəfər həlak olub, 8 nəfər yaralanıb. Yaralıların hamısı yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

 

Xeber365.com Azərtac-a istinadən məlumat verir ki, Geo TV telekanalının yaydığı məlumata görə, insident ölkənin Əfqanıstanla sərhədində yerləşən Vəziristan əyalətində baş verib.

 

Xatırladaq ki, Pakistanda sonuncu böyük terror aktı dekabrın 1-də qeydə alınıb. Həmin vaxt dörd nəfər silahlı şəxs Pişəvar şəhərindəki universitet ərazisinə daxil olaraq ətrafdakı insanlara atəş açıb. Hücum nəticəsində 9 nəfər həlak olub, 40 nəfərədək insan müxtəlif dərəcəli xəsarətlər alıb, hücum edənlər isə öldürülüb. Hadisənin məsuliyyətini regionda fəaliyyət göstərən “Təhrik-i-Taliban Pakistan” hərəkatı üzərinə götürüb.

Mənbə: Müəllif: XƏBƏR365
Pakistanda, törədilən, partlayış, nəticəsində, azı, 6, nəfər, həlak, olub,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı