Xəbər haqqında
11 Yanvar 2018 - Cümə axşamı 20:10 66 nəfər oxuyub
 
Palata ADİF-də yoxlamaları gələn ay yekunlaşdıracaq
İŞ DÜNYASI Xəbəri
Palata ADİF-də yoxlamaları gələn ay yekunlaşdıracaq

Əmanətlərin Sığortalanması Fonduna (ADİF) ayrılan vəsaitlərin Hesablama Palatası tərəfindən həyata keçirilən auditinin fevral ayında başa çatdırılması nəzərdə tutulub. 


Xeber365.com-un məlumatına görə, hazırda lisenziyası geri alınmış ləğv prosesində olan və müflis elan edilmiş 5 bank üzrə (”Bank Standart”, “Kredo Bank”, “Zamin Bank”, Bank of Azerbaijan” və “Qafqaz İnkişaf Bankı”) ödənilən kompensasiyaların araşdırılması tam başa çatdırılıb. 4 bank (“Dekabank”, United Credit Bank”, AtraBank” və "Parabank”) üzrə isə tamamlanmaq üzrədir. 


Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq nəzarət tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra verilə bilər. Yekun nəticələr Hesablama Palatasının fəaliyyətinə dair hesabata daxil ediləcək.

 

Mənbə: Müəllif: XƏBƏR365
Palata, ADİF-də, yoxlamaları, gələn, ay, yekunlaşdıracaq,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı