The document has moved here.
|
||
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu | ||
“Əvvəlcə bir məsələni aydınlaşdırmaq lazımdır ki, Fransadakı məlum terrora sevinənlərlə, müsəlmanların qətlinə haqq qazandıranlar eyni düşüncənin sahibləridirlər. Şübhəsiz ki, bu irqçilikdir. Son dövrlər Azərbaycanda yalançı liberalizm dəyərləri yaranıb. Bilirik ki, liberalizm irqlərə, dinlərə, fərqli fikrə, eynicinsli münasibətlərə və s. dözümlü yanaşmaq anlamına gəlir. Amma təəssüf ki, bizim cəmiyyətdəki liberallar İslam dininə qarşı mənfi münasibət sərgiləməkdədirlər. | ||
MÜSAHİBƏ Xəbəri | ||
|
||
|
||
Noyabrın 13-də Fransanın paytaxtı Parisdə İŞİD-in təşkil etdiyi dəhşətli terror aktı baş verdi. Terrordan dərhal sonra Azərbaycan mediası və sosial şəbəkələrdə geniş müzakirələr başladı. Bu müzakirələri izlərkən Azərbaycan cəmiyyətində əvvəl o qədər də çox hiss olunmayan Qərbə və müsəlman dünyasına doğru qütbləşmənin getdiyi, hər iki tərəfdə radikal-irqçi fikirlərin dominantlığı ortaya çıxdı. Bir yandan jurnalsitlər, yazarlar, siyasətçilər tərəfindən Fransaya dəstək bəyanatları verildi, dini radikalizm pislənildi, digər yandan da Qərb dünyasının Azərbaycan və həm də İslam dünyasına qarşı etinasızlığı pislənildi. Bəs görəsən, son dövr Azərbaycan cəmiyyətində yaranmış bu qütbləşmənin səbəbləri nələrdir.
Artıq Şərqdən gələn terror xəbərləri adiləşib Respublikaçı Alternativ Hərəkatının icraçı direktoru Natiq Cəfərli saytımıza deyib ki, Parisdə baş verən terror aktına münasibət əslində cəmiyyətimizdəki Qərb aləminə qarşı aqressiyanı ortaya qoydu: “Tək terrorla bağlı deyil, istənilən mübahisəli mövzuda müzakirələr cəmiyyətimiz tərəfindən aqressiya ilə müşaiyət olunur. Son hadisələrə qarşı aqressiyanın isə obyektiv səbəbləri var. Cəmiyyətimizin ATƏT-in Minsk qrupu ilə bağlı, Qarabağ məsələsi ilə bağlı Qərbdən gözləntilər vardı. Bir yandan da ölkədəki dini cərəyanların son dövr daha da dominant olması öz təsirini göstərdi. Beləliklə anormal bir vəziyyət yaranıb. Fransada terrorun günahsız qurbanlarının xatirəsini yad edənlərə aqressiv münasibət göstərildi. Bu futbolda terror qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsini fitə basmağa qədər gedib çıxdı. İndiki vəziyyət gələcəkdə ölkənin Avropa dəyərlərinə yiyələnməsini, avrointeqrasiyasını çətinləşdirəcək, ciddi problemlərə aparıb çıxaracaq. Təbii ki, burda həm Qərbin günahı var, həm də cəmiyyətin informasiya aldığı Azəraycan, Türkiyə, Rusiya televiziyalarında antiqərb ritorikası güclənib. Bu da cəmiyyətdə müəyyən fikirlərin formalaşmasına gətirib çıxarır”. Natiq Cəfərli Fransadakı terrorun qurbanlarının müsəlman ölkələrindəki terrorun qurbanlarından qat-qat böyük ehtiramla yad edilməsinin səbəbini izah edərkən, bunun irqçiliklə qarışıq salınmaması gərəkdiyini bildirib: “Bunu irqçilik hesab etmək səhv təqdimatdır. Bu, ilkin olaraq demokratiyanın qalib gəldiyi ölkələrlə bağlı məsələdir. Hansı ölkələrdə hökümətlər öz vətəndaşlarına dəyər verirsə, bütün dünya həmin ölkələrin vətəndaşlarına daha böyük ehtiram göstərir. Hansı ölkələrdə daim diktaturalar olub, mənsəb savaşları, terror olub, o ölkələrdə də günahsız insanların qətlə yetirilməsi get-gedə daha tez-tez baş verir və dünya ictiamiyyəti tədricən oralardan gələn dəhşətli xəbərlərə bir növ öyrəşir. Məsələn, İraq və Suriyada hər gün terror aktları baş verir, ancaq demokratik qərb dünyasında belə hadisələr nadirən baş verdiyindən böyük rezonans doğurur”.
İrqçilik edərək irqçiliyin kökünü kəsmək istəyirlər İlahiyyatçı Fərid Abdullah isə terrora münasibətdə ayrıseçkilikdən danışırkən deyir: “Fransadakı terror hamı kimi məni də sarsıdıb, amma etiraf edək ki, Azərbaycan cəmiyyətinin, ziyalılarının buna münasibəti bir qədər Qərb aləminin etdiklərinin təqlidi kimi göründü. Çünki, Qərb ziyalıları da müsəlman aləmindəki, yaxud üçüncü dünya ölkələrindəki qətllərə, terrorlara bir qayda olaraq səslərini çıxarmırlar, amma Qərb aləmində baş verən kütləvi bədbəxtliklər zamanı həmrəylik göstərirlər. Xüsusilə jurnalist Zamin Hacının fikirləri məni narahat etdi. Onun sözündən elə çıxdı ki, bir fransız bəşəriyyət üçün daha faydalıdır, nəinki azərbaycanlı. Məgər Azərbaycanda Fransadakı kimi faydalı insanlar yoxdurmu ki, min bir hədələmə, qorxu, aşağılama içində yaşayıb cəmiyyətə xeyir verməyə çalışırlar”. Həmçinin Fərid Abdullah son dövr Azərbaycan cəmiyyətində dindarlara qarşı yaranmış mənfi münasibəti belə təsvir edir: “Düşünürəm ki, Fransadakı məlum terror aktına görə ziyalılarımızın müsəlman aləmini günahkar bilib, müsəlmanlara hədyanlar yağdırması bir növ, irqçiliklə mübarizə aparmaq üçün elə irqçiliyin özünü alət seçmək deməkdir. İnsan dünyanın hər yerində insandır, insan qətli hər yerdə çirkin bir şey kimi qəbul olunmalıdır. Ancaq bu qətillərin qarşısını irqçilik vasitəsilə almaq mümkün deyil. Hər halda biz indiyə kimi Qərbdə hansısa futbol oyununda Xocalı soyqırımının ildönümünün sükutla yad edildiyinə şahid olmamışıq. Bu da elə bizim özümüzə qarşı yönəlmiş irqçilikdir”.
Terror Fransa üçün yad idi
Fransada yaşayan jurnalist Natiq Adilov isə Şərq ölkələrindən fərqli olaraq Fransa üçün terrorun gözlənilməz bir şey olduğunu deyir: “Bəli, həqiqətən də yaxın-uzaq Şərqdə, Afrikada da hər il, hər ay belə faciələr baş verir. Amma onlar o qədər ajiotaj doğurmur. Fransa terroru ictimai rəydə ona görə "partlayış" doğurdu ki, bu ölkə üçün belə hadisələr yad idi. Bir qədər qəribə görünsə də, Fransa terroruna ümümdünya diqqətinə qarşı qıcıq olanların arasında mən paxıllıq edənləri də gördüm. Sanki bu cür adamlar, fransızların ölümünə də paxıllıq edirdilər”. Bununla belə Natiq Adilov fransızların yas saxlamaq, terroru pisləmək məsələsində azərbaycanlılardan daha soyuqqanlı davrandığını deyir: “Fransızların ərəblər və ya başqaları üçün yas saxlamağına gəlincə, bizim başa düşdüyümüz formada yasdan söz gedə bilməz. Çünki onu heç özləri üçün də saxlamırlar. Məsələn, terror olan gün mənim yaşadığım şəhərdə kafelər öz adi iş rejimində işlədilər, yemək-içmək, şadyanalıq da öz yerində. Fransanın qabaqcıl adamları, ziyalıları isə nəinki dünyanın başqa coğrafiyalarında vaxtsız və qəddarlıqla öldürülən insanlar üçün yas saxlayır, onlar bu vəziyyətin müsbətə doğru dəyişməsi üçün konkret işlər görürlər”.
Terroru pisləyənlərlə, müsəlmanları hədəfə alanlar bənzər adamlardılar Fransadakı məlum hadisələr zamanı İslam dininin hədəfə alınmasına etiraz etmiş jurnalist Seymur Kazımov isə əslində hər iki qütbdə dayanan adamların düşüncələrinə görə oxşar olduqlarını deyir: “Əvvəlcə bir məsələni aydınlaşdırmaq lazımdır ki, Fransadakı məlum terrora sevinənlərlə, müsəlmanların qətlinə haqq qazandıranlar eyni düşüncənin sahibləridirlər. Şübhəsiz ki, bu irqçilikdir. Son dövrlər Azərbaycanda yalançı liberalizm dəyərləri yaranıb. Bilirik ki, liberalizm irqlərə, dinlərə, fərqli fikrə, eynicinsli münasibətlərə və s. dözümlü yanaşmaq anlamına gəlir. Amma təəssüf ki, bizim cəmiyyətdəki liberallar İslam dininə qarşı mənfi münasibət sərgiləməkdədirlər. Bu gün İslam ölkələrində baş verən mənfi hadisələr, hansısa müsəlmanın dinin adından istifadə edərək terrorla məşğul olması həmin insanlara mübahisə üçün zəmin yaradır. Məsələn, bizim liberallar tez-tez Gürcüstanı nümunə kimi göstərirlər, ancaq keçən il Gürcüstanda baş tutmuş LGBT mitinqini, məhz, gürcü dindarları dağıtdılar. Biz buna görə xristianlığı qeyri-tolerant adlandırmırıq. Deməli, bir ölkənin daxilindəki problemi o ölkə xalqının inandığı dinlə eyniləşdirmirik”. Seymur Kazımov müsəlmanlara qarşı aşırı diskriminasiyanın gələcəkdə müəyyən narazılıqlara gətirib çıxara biləcəyini deyir: “Fikir verirsinizsə, Azərbaycan müsəlman ölkəsi olsa da, burda xristian, yəhudi, buddistlərə deyil, məhz, müsəlmanlara qarşı böyük təzyiqlər var. Hökümətin bu təzyiqləri istər-istəməz ayrı-ayrı fərdlərin də dindarlara diskriminasiyasına gətirib çıxarır. Sözsüz ki, belə diskriminasiya əvvəl-axır dini dünya görüşünə sahib şəxslərin etirazlarına gətirib çıxaracaq. Hökümət belə şeylərə yol verməmək üçün arabir dindarlarla görüşüb onların problemləri ilə maraqlanmalıdır”. |
||
|
||
Paris, terrorunun, ikiyə, böldüyü, Azərbaycan, toplumu, |
|