Xəbər haqqında
13 Yanvar 2018 - Şənbə 20:44 108 nəfər oxuyub
 
Parisdə azərbaycanlı pianoçunun konserti keçirilib
ART-ŞOU Xəbəri
Parisdə azərbaycanlı pianoçunun konserti keçirilib

Parisdə azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın konserti keçirilib.


Xeber365.com “Report”a istinadən məlumat verir ki, “Zamanlar” adlanan konsert proqramına Azərbaycan və dünya klassiklərinin musiqilərindən ibarət olub.


Parisin Lüksemburq məbədində keçirilən konsertdə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Preludia”, Ravelin “Sonatin”, Debussinin “Suite pour le piano” əsərini və digər dünya şöhrətli bəstələri ifa edib.


Musiqi təhsilinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında başlayan, daha sonra isə Fransanın məşhur Sarbonna Universitetində musiqişünaslıq ixtisasına yiyələnən pianoçu Səidə Zülfüqarova Azərbaycan musiqisini fransalılara yaxından tanıtdıran və öz peşəkar ifası ilə onlara sevdirən musiqiçilərimizdəndir.

Mənbə: Müəllif: XƏBƏR365
Parisdə, azərbaycanlı, pianoçunun, konserti, keçirilib,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı