Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 22:47 52 nəfər oxuyub
 
Pentaqon Rusiyanın İŞİD-lə bağlı ittihamlarını rədd etdi
DÜNYA Xəbəri
Pentaqon Rusiyanın İŞİD-lə bağlı ittihamlarını rədd etdi

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın başçısı Rayan Dillon Rusiya Müdafiə Nazirliyinin koalisiya qüvvələrinin İŞİD-ə yardım etməklə bağlı iddialarını sübutsuz adlandırıb. 


Xeber365.com "Report"a istinadən məlumat verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.


“Bunlar sübutsuz, qeyri-dəqiq və tamamilə yanlışdır", - deyə R.Dillon bildirib.


Onun fikrincə, Rusiya bu cür bəyanatları yaymaqla, diqqəti Suriyada üzləşdiyi çağırışlardan yayındırmağa çalışır. 
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Müdafiə Nazirliyi ABŞ-ın İŞİD döyüşçülərinə dəstək verməsi barədə danılmaz sübutların olduğunu iddia edib.

Mənbə: Müəllif: XƏBƏR365
Pentaqon, Rusiyanın, İŞİD-lə, bağlı, ittihamlarını, rədd, etdi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı