Xəbər haqqında
10 Noyabr 2017 - Cümə 16:18 900 nəfər oxuyub
 
Polislərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı
GÜNDƏM Xəbəri
Polislərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı

Buzovna-Bilgəh yolunda iki polis əməkdaşının həlak olması, bir nəfərinin isə ağır yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı cinayət işi açıldı. 

 

Xeber365.com bildirir ki, faktla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, cinayət işi Xəzər Rayon Polis İdarəsinin İstintaq bölməsində açılıb. Yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda maddəsi ilə başlanan cinayət işinin istintaqı gedir. 

 

Xatırladaq ki, sözügedən qəza bu gün səhər saatlarında Buzovna qəsəbəsi ərazisində baş verib.  DİN Əlahiddə Çevik Polis Alayına məxsus xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb.

 


Qəza zamanı sükan arxasında olan polis əməkdaşı Qoşqar Kərimov hadisə yerində ölüb. Digər polis əməkdaşı Elnur Məmmədov isə xəstəxanaya aparılarkən yolda keçinib.

 


Qəza nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış polis əməkdaşı Kamal Vəliyev xəstəxanaya yerləşdirilib.

 

Mənbə: Müəllif:
Polislərin, öldüyü, qəza, ilə, bağlı, cinayət, işi, açıldı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa