Xəbər haqqında
13 Yanvar 2018 - Şənbə 14:19 148 nəfər oxuyub
 
Porşe-dən tarixi rekord
İŞ DÜNYASI Xəbəri
Porşe-dən tarixi rekord

2017-ci ildə satışlarını əvvəlki illə müqayisədə 4 faiz artıran “Porşe” 246 minlik satışla tarixi nəticəyə imza atıb.

 

Xeber365.com türk mətbuatına istinadla yazır ki, ötən il “Porşe” dünya üzrə müştərilərinə 246 min avtomobil satıb. Porşe alıcılarının sayına görə ötən il siyahıya Almaniya başçılıq edib.

 

Satışlarını 4 faiz artıran avtomobil nəhənginin ən böyük qazancı yeni “Panamera” modeli sayəsində əldə edib. Yeni “Panamera”nın alıcıları ötən illə müqayisədə 83 faiz artaraq 28 minə çatıb.

 

“Panamera”dan başqa əvvəlki illərlə müqayisədə satış göstəricilərini əhəmiyyətli dərəcədə artıran digər “Porşe” modeli də “Macan” olub. 2017-ci ildə 97 mindən çox satılan “Macan” ən çox satılan “Porşe” modeli statusunu qazanıb.

 

Mənbə: Müəllif:
Porşe-dən, tarixi, rekord,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı