The document has moved here.
|
||
Prezident: "Düşmənçiliyə son qoymaq üçün bütün siyasi partiyalara açıq müraciət etdik" | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
– Mən bildiyimə görə, oktyabrın 1-də Azərbaycanda bir nəfər sülh tələb etdiyinə görə həbs olunub. Bəzi insan haqları ekspertləri, müdafiəçiləri deyirlər ki, Siz bu müharibəyə həm də xalqı ətrafınızda birləşdirmək, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başlamısınız. – Bu, tamamilə yanlış qiymətləndirmədir. Birincisi, mənim həbs olunan hər hansı şəxs barəsində məlumatım yoxdur. Əgər, adını deyə bilərsinizsə, əgər, sizdə adı varsa, mənə deyin. Sizdə adı var? – Hazırda məndə adı yoxdur, öyrənərəm. – Öyrənəndə mənə deyərsiniz. Beləliklə, biz bu sualı etibarsız hesab edə bilərik, çünki sizdə ad yoxdur və məndə də bu məlumat yoxdur. Diqqətin yayındırılmasına gəlincə, diqqəti yayındırmağa ehtiyac yoxdur. Bizim siyasi sistemimiz səmərəlidir. Bu toqquşmadan əvvəl, hətta bizdə parlament seçkiləri keçirilməzdən əvvəl, mən siyasi əməkdaşlığın bir növ yeni prosesinə start verdim. Biz praktiki əməkdaşlığa başlamaq, düşmənçiliyə son qoymaq və ən azı bir-birimizlə danışmağa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət etdik və iki partiyadan başqa bütün digər partiyalar, onların 50-si bunu dəstəklədi. Biz müasir, yeni siyasi prosesə başladıq. Hazırda parlamentimizdə çox sayda müxalifət üzvü var. Siyasi proses çox səmərəlidir. – Azərbaycanda bir çox müxalifət üzvləri də həbsdə deyilmi? – Xeyr, həbsdə olanlar törətdikləri cinayətlərə görə həbs ediliblər. Burada siyasi ittiham irəli sürülmüş heç kim yoxdur və müxalifət... – Nə cür cinayətlər? Öz fikirlərini ifadə etməklə bağlı? – Xeyr, müxtəlif cinayətlər. Hər hansı digər cinayət kimi. Mən dəqiq hansı olduğunu bilmirəm, amma bu, sadəcə olaraq, adi cinayətlərdir. Beləliklə, bizim bu cür səbəbimiz yoxdur. İkincisi, pandemiya dövründə bizim iqtisadi göstəricilərimiz ən yaxşılardan biridir. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Bu, bəzi Avropa ölkələrində olduğundan xeyli aşağıdır. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir, xeyli aşağı. İşsizlik səviyyəsi 7 faizdir, xeyli aşağı. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan 6 dəfə çoxdur. Bizdə daxili problemlər yoxdur, niyə mən buna başlamalıyam. – Siz Azərbaycanı demokratiya nümunəsi adlandırardınız? – Xeyr, heç vaxt. Siz öz ölkənizi demokratiya nümunəsi adlandırarsınız? – Müəyyən mənada, bəli. – Lakin siz müxalifətin nümayişlərinə qadağa qoyursunuz. – Xeyr, belə deyil. – Bəli, bəli. Nümayiş keçirmək istəyən ekstremist - adını unutmuşam. Siz onlara qadağa qoydunuz. – Mən bu barədə bilmirəm. Demək istəyirəm ki, hətta koronavirus dövründə də etirazlar keçirirdilər. – Xeyr, koronavirus dövründən əvvəl idi. Biz nümunə deyilik və özümüzü bu cür göstərmirik. Lakin özlərini sanki belə göstərən ölkələr var, amma onlar etirazçıları qətlə yetirirlər. Siz “sarı jiletlilərin” etirazlarında neçə nəfərin qətlə yetirildiyini bilirsinizmi? Bilirsiniz, 10-dan çox adam qətlə yetirilib. |
||
|
||
Prezident:, "Düşmənçiliyə, son, qoymaq, , üçün, bütün, siyasi, partiyalara, açıq, müraciət, etdik", |
|