The document has moved here.
|
||
Prezident: "Ermənilər bizi günahlandırmaq üçün bunu özləri ediblər" | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
– Mən 5 il İsraildə yaşamışam. Yaxşı bilirəm ki, İsrail dronları çox dəqiqdir. Demək istəyirəm, mənim anladığım qədəri ilə bu, dron vasitəsilə edilməyib? – Xeyr. - Necə olub ki, Dağlıq Qarabağda kilsəyə zərbə endirilib. – Artıq qeyd etdiyim kimi, bu, ehtimal ki, bizim artilleriyanın səhvi olub və ya, ikinci variant o ola bilər ki, ermənilər bizi günahlandırmaq üçün bunu özləri ediblər. - Xristianlar öz kilsələrinə atəş açıblar? – Lakin bu, kiçik ziyan idi. Dağılmayıb. Siz oranın şəkillərini görmüsünüz? Kiçik ziyandır. Kilsə dağılmayıb. O, maksimum iki həftəyə təmir edilə bilər. Ona görə də, bizdə şübhə var ki, bu, bizi günahlandırmaq üçün onların özləri tərəfindən törədilmiş ola bilər. Bakıdakı erməni kilsəsinə baxın. Biz onu qoruyub saxlayırıq. Biz onu bərpa etmişik. - Belə bir şeyi uydurmaq üçün müsəlmanların məscidi dağıtmasını təsəvvürünüzə gətirə bilərsiniz? – Mən bilmirəm. Ola bilsin. Ola bilsin ki, bu, baş versin, niyə də yox. Burada, Bakıdakı erməni kilsəsi bizim tərəfimizdən qorunub saxlanıb. Biz onu dağıtmamışıq. Biz onu qoruyuruq. Biz orada minlərlə erməni kitabı saxlayırıq. Onlar isə işğaldan azad edilmiş Zəngilanda məsciddə donuz saxlayırdılar. Fərq bundadır. |
||
|
||
Prezident:, "Ermənilər, bizi, günahlandırmaq, üçün, bunu, özləri, ediblər", |
|