The document has moved here.
|
||
Prezident: "Mən demişəm ki, biz birlikdə yaşamalıyıq. Bu, asan olmayacaq. Lakin biz öyrənməliyik" | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
– Buna baxmayaraq, bu insanlar Sizin hərbi əməliyyatlara, dedikləri kimi etnik təmizləməyə məruz qalırlar? – Xeyr, əsla. Biz etnik təmizləməyə məruz qalmışıq. Onlar Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə, bu 7 rayonda, o cümlədən Dağlıq Qarabağın bir hissəsi olan Şuşada 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Etnik təmizləməyə məruz qalan biz olmuşuq. Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq və bunu indi də etməyi planlaşdırmırıq. Çünki mən demişəm ki, biz birlikdə yaşamalıyıq. Bu, asan olmayacaq. Lakin biz öyrənməliyik. – Lakin indi orada, son bir neçə həftədə mülki şəxslər qətlə yetirilib? – Azərbaycanın da mülki şəxsləri qətlə yetirilib – 69 nəfər. – Orada da. – Bəli. Çünki bu, müharibədir. Lakin 69 mülki şəxs münaqişə zonasından uzaqda olan Gəncədə və digər ərazilərdə qətlə yetirilib, 300-dən çox mülki şəxs yaralanıb. Bu, müharibədir. Əfsuslar olsun ki, bu, olur.
"Xəbər365"in xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib. |
||
|
||
Prezident:, "Mən, demişəm, ki,, biz, birlikdə, yaşamalıyıq., Bu,, asan, olmayacaq., Lakin, biz, öyrənməliyik", |
|