Xəbər haqqında
06 Yanvar 2018 - Şənbə 18:38 620 nəfər oxuyub
 
Prezident yeni yolun tikintisinə 10,1 milyon manat ayırdı
GÜNDƏM Xəbəri
Prezident yeni yolun tikintisinə 10,1 milyon manat ayırdı

Prezident İlham Əliyev Xaçmazda yol tikintisi ilə bağlı sərəncam imzalayıb.

 

Azərbaycan Prezidenti yanvarın 6-da “Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

 

Xeber365.com məlumat verir ki, səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

Mənbə: Müəllif:
Prezident, yeni, yolun, tikintisinə, 10,1, milyon, manat, ayırdı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı