301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
18 Yanvar 2022 - Çərşənbə axşamı 14:53 2006 nəfər oxuyub
 
Putin dedi ya xalqa atəş açacaqsan, ya hakimiyyəti itirəcəksən...
MÜSAHİBƏ Xəbəri
Putin dedi ya xalqa atəş açacaqsan, ya hakimiyyəti itirəcəksən...

Qazaxıstanda yanvarın əvvəlində qəfil başlayan və sürətlə bütün ölkəni bürüyən etirazlar, 30 ildən çox ölkəni idarə etmiş Nursultan Nazarbayevin həmin etirazların başlaması ilə bir vaxtda “yoxa çıxması”, ölkəyə sürətlə KTMT qoşunlarının yeridilməsi və elə o cür sürətlə də geri çəkilməsi, etirazçıların ucdantutma “terrorçu” elan edilməsi və kütləvi şəkildə gülləbaran olunması, nəticədə yüzlərlə insanın öldürülməsi dünyanın gündəmində qalmaqdadır. virtualaz.org bu hadisələrlə bağlı  Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədri, hazırda mühacirətdə olan general-mayor Alnur Aljaparoviç Musayevlə söhbətləşib. A.Musayev - peşəkar çekistdir, uzun illər SSRİ DTK-da çalışıb, 1990-cı illərdə Qazaxıstan DTK-nın rəhbərlərindən biri kimi MKİ ilə “Sapfir” xüsusi əməliyyatında iştirak edib.

 

 

İki il Qazaxıstan prezidentinin köməkçisi olub, daha sonra prezidentin mühafizə Xidmətinə başçılıq edib. Qazaxıstan hakimiyyəti tərəfindən uzun illər təqib olunub və Avstriyaya qaçıb. Vyanada ona qarşı bir neçə dəfə sui-qəsd və silahlı hücum təşkil olunub.  Hazırda Avstriya hakimiyyətinin mühafizəsi altındadır.

 

 

Alnur Musaev Qazaxıstandakı etirazların görünən  və görünməyən tərəflərindən danışır.

 

 

- Necə fikirləşirsiz, Nursultan Nazarbayev hazırda haradadır?

 

 

- Nazarbayevin mətbuat katibi iddia edir ki, o, paytaxtda, Nur-Sultan şəhərindədir.  Hökumətdəki digər rəsmi şəxslər də bunu təkrarlayır.  Ancaq ölkə üçün böhranlı vəziyyət zamanı Nazarbayevin bir dəfə də olsun üzə çıxmaması faktını nəzərə alsaq,  ehtimal etmək olar ki, “Еlbası” ya ciddi xəstədir və koma halındadır, ya da Jirinovskinin bəyan etdiyi kimi, artıq ölüb.

 

 

Belarus prezidenti Aleksandr Lukaşenkonun guya Nazarbayevlə telefonla danışdığı barədə sözləri böyük şübhə doğurur. Görünür, Kasım-Jomart Tokayev prezident mövqeyində birdəfəlik möhkəmlənənə qədər Qazaxıstan rəhbərliyi Nazarbayevlə bağlı həqiqəti qəsdən gizlədəcək.

 

 

- Tokayev KTMT kontingentinin sülhməramlı missiyasının bitdiyini çox tez bəyan etdi və Moskva dərhal da bununla razılaşdı.  Vəziyyətin belə sürətlə dəyişməsinin arxasında nə dayanır?

 

 

- Çin və Türkiyənin Moskvaya göstərdiyi ciddi təzyiq. Qazaxıstan müstəqillik əldə etdiyi andan həm Qərblə, həm də Rusiya ilə çoxvektorlu əməkdaşlıq siyasəti yürüdüb.  Ancaq bizim ölkəmizin ən yaxın münasibətləri Çin ilə, son vaxtlar isə həm də Türkiyə ilə olub. Bu siyasəti düzgün olaraq Nazarbayevin xidməti sayırlar, ancaq unudurlar ki, Tokayev də prezident olandan sonra həmin siyasəti fəal şəkildə davam etdirir. 30 illik diplomat təcrübəsi olan Tokayev yanvar böhranı zamanı da həmin siyasətdən öz məqsədlərinə çatmaq üçün uğurla istifadə etdi. Əvvəlcə KTMT güclərini köməyə çağırdı, onların sayəsində daxili siyasətdəki böhranın zirvəsində prezident kürsüsünü qoruyub saxlaya bildi, sonra isə Rusiyanın aparıcı təsirindən azad olmaq üçün Çini və Türkiyəni köməyə çağırdı.

 

 

Xatırlatmaq istərdim ki, KTMT güclərinin yeridilməsindən dərhal sonra Türkiyə XİN-in rəhbəri Mövlud Çavuşoğlu və Çin rəhbərliyinin nümayəndələri Qazaxıstanın suverenliyini birmənalı müdafiə edərək Kremlə başa saldı: onlar Qazaxıstanın ərazisində başqa ölkənin ordusunun mövcudluğu ilə qətiyyən razılaşmayacaqlar. Bundan sonra KTMT qoşunlarının çıxarılması üçün göstəriş verildi. Hadisələrin bu ardıcıllığında sensasion heç nə yoxdur: Qazaxıstan iqtisadiyyatına nəhəng vəsaitlər qoyan Çin də, Mərkəzi Asiyanın türk dövlətləri ilə fəal şəkildə strateji münasibətlər quran Türkiyə də Qazaxıstanın hətta nəzəri olaraq Moskvanın sərt təsirinə düşməsinə razılaşa bilməz. Tokayev Çin, Rusiya və Türkiyənin sabit, daxili ziddiyyətlərdən uzaq Qazaxıstandakı maraqlarından məharətlə istifadə edərək öz hakimiyyətinin stabilliyinə və möhkəmlənməsinə nail oldu, üstəlik bölgədəki geosiyasi oyunçuların heç biri ilə münasibətləri korlamamağı da bacardı.

 

 

- KTMT hərbçiləri etirazların yatırılmasında birbaşa iştirak etdilərmi?

 

 

- Mənə dəqiqliyi ilə bəllidir ki, onların işi müxtəlif obyektlərin mühafizəsi, habelə Ust-Kamenoqorsk, Cambul, Almatı, Nur-Sultan və digər şəhərlərin küçələrində patrulluq etməklə məhdudlaşıb. Dəqiq məlumdur ki, KTMT bölmələri etirazçılara atəş açılmasında iştirak etməyib.

 

 

- Qazaxıstan hakimiyyəti Milli Təhlükəsizlik Komitəsinin (MTK) rəhbəri Kərim Məsimovu dövlət çevrilişinin təşkilində ittiham edir.  Guya ki, talançıları mağazaları dağıtmağa və maşınları yandırmağa məhz o göndərib. Sual yaranır, əgər Məsimov MTK-nın imkanlarından Tokayevi həbs etmək və hakimiyyəti ələ keçirmək üçün istifadə edə bilərdisə, onda çevriliş naminə talanlar təşkil etmək onun nəyinə lazımdı?

 

 

- Kərim Məsimov son ana qədər Nazarbayevə sadiq adam olaraq qaldı. Eyni zamanda isə o, MTK-nın rəhbəri kimi prezident Kasım-Jomart Tokayevə qeyd-şərtsiz tabe idi. Nəticədə böhran anında Məsimov sadəcə hadisələrdən kənarda qaldı və qayda-qanunun bərpası üçün heç nə etmədi.  Məsimovun passivliyi ona gətirib çıxardı ki, Alma-Atada  etirazlar böyüdü və talançılıqla müşayiət olunan xaosa keçdi.  Məsimov xəyanət etməyib, o, cinayətkar fəaliyyətsizliyə, vəzifə cinayətinə yol verib, indi də buna görə cavab verməlidir.

 

 

- Nazarbayevin onillərlə davam etmiş hakimiyyətində Qazaxıstanın bütün idarəçiliyi istisnasız olaraq onun kadrlarında təşkil olunub. Bu, "Elbası"nın klanının revanşı üçün potensial deyilmi? Bir qədər sabotaj yetərlidir ki, hər şey təkrarlansın…

 

 

- Fikrimcə, Nazarbayevin klanının revanş üçün imkanları artıq yoxdur. Onun yaxın əhatəsindəki bütün ən əhəmiyyətli şəxslər artıq ölkədən kənardadır. Yalnız Timur Kulibayev - Nazarbayevin qızı Dariqanın əri qalıb. Onun şəxsi kapitalı 2,6 milyard dollar həcmində dəyərləndirilir, ölkənin ən iri bankı olan Xalq Banka, sıxılmış qazın hasilatına, Kazenergy neft-qaz birliyinə və s. nəzarət edir. Məncə, o, ölkədə yalnız ona görə qalıb ki, Qazaxıstanın prezidenti vəzifəsinə Nazarbayevin böyük qızı Dariqa və Kasım-Jomart Tokayev iddia edən zaman Kulibayev ailə klanına qarşı çıxaraq Tokayevin namizədliyini müdafiə etmişdi. Nəzərə alınmalıdır ki, Kulibayevin Dariqanın klanı ilə toqquşması hələ 2017-ci ildə başlayıb. Məncə, “Elbası”nın ailə üzvləri arasında Kulibayev yeganə şəxsdir ki, Qazaxıstanda öz mövqelərini qoruyub saxlaya bilər. Bu məsələdə Tokayevdə hansısa şübhələr yaransa, ona xatırladacaqlar ki, Timur Kulibayev “Rosnefteqaz”ın direktorlar şurasının üzvüdür, İqor Seçinin rəhbərliyi altında çalışır və Vladimir Putinin şəxsi himayəsinə malikdir.

 

 

- Tokayev ölkənin çiçəklənəcəyini və Qazaxıstan vətəndaşlarının rifahının yaxşılaşacağını vəd edir. Bu, inandırıcı görünmür, belə ki, bunları etmək üçün pul lazımdır, kapital isə Nazarbayevin klanında cəmləşib. Tokayev Lenin sayağı ekspropriatorların ekspropriasiyasına gedəcəkmi?

 

 

- Nəzərə alın ki, Tokayev - Nazarbayevin birbaşa yetirməsidir. O, həmişə Nazarbayevə loyallığından danışıb, “Elbası”nın ətrafını qorumağa və müdafiə etməyə vəd verib. Beləliklə, Tokayev Nazarbayevin klanına sadiq qalacağına içdiyi andından imtina edə bilməz - ciddi siyasətçi elektoratın nəzərində andını pozmuş görünməməlidir. Deməli, Kulibayevi də təqib etməyəcək. Üstəlik, Tokayev Putinlə birgə Nazarbayevin şəxsi toxunulmazlığına, habelə “Elbası”nın yaxın əhatəsinin ölkədən maneəsiz çıxışına təminat verib. Artıq Kərim Məsimov əsas “günahkar” elan olunduğundan, Nazarbayevin əhatəsindən heç kəsi repressiya etməyəcək və xaricə daşıdığı kapitalın girovuna çevirməyəcəklər.  Həmin adamlara Qazaxıstanı sakitcə tərk etmək və xaricə daşıdıqları pullardan yararlanmaq imkanı veriləcək - həmin pullar Nazarbayevin ailə üzvləri üçün özünəməxsus “müavinət” olacaq. Ancaq ailənin Qazaxıstanın daxilindəki aktivləri xüsusi Fondun mülkiyyətinə keçməlidir, Tokayev həmin Fondun ehtiyatlarını  əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldəcəyini vəd edib.

 

O ki qaldı Nazarbayevin dövlət idarəçiliyinin müxtəlif qurumlarındakı kadrlarına, Tokayev hökuməti onlardan praktik olaraq təmizləyib.  Etirazçıların “Şal, ket!” («Qoca, get!») şüarı Tokayevin ürəyindən olub.  Və Tokayev hazırda xalqın iradəsini misal gətirərək asanlıqla vəzifəli şəxsləri kənarlaşdıra, Nazarbayevin portretlərini və heykəllərini yığışdıra, küçələrin adlarını dəyişdirə, hətta Qazaxıstanın paytaxtına əvvəlki adını - Astana - qaytara bilər.

Eyni zamanda, Mixail Saakaşvili kimi Tokayev də köhnə idarəetmə aparatını tamamilə dəyişməyəcək. O, öz adamlarını əsas vəzifələrə, o cümlədən güc strukturlarının rəhbərliyinə artıq təyin edib.  Yerdə qalan idarəçilər isə inzibati “təmizləmə” proseslərini müşahidə edərək qalib gələn tərəf üçün daha böyük səylə işləməyə başlayacaq. Və ona görə yox ki, Tokayev itaətsizliyə repressiyalarla cavab verə bilər. Sadəcə, hakimiyyət qarşısında heyranlıq qazaxların mentalitetinin cizgilərindən biridir.  Bu, xüsusən də yüksək eşelonun nümayəndələrinə aiddir.  Bu səbəbdən Tokayevin hamını ucdantutma dəyişdirməyinə  və özünün siyasi rəqiblərinin sayını artırmağına ehtiyac yoxdur.

 

- Necə oldu ki, Nazarbayevin yaxın qohumları Milli Təhlükəsizlik Komitəsini (MTK) vəhhabilərin  mənzil-qərargahını çevirdilər? Deyilənlərə görə, onun bacısı oğlu Kayrat Satıbaldı MTK-nin bütün əməkdaşlarını radikal islama cəlb edib və onların vəhhabilər kimi namaz qıldığına nəzarət etmək üçün iş otaqlarını dolaşır …

- 2000-ci illərin əvvəllərində Nazarbayev  Kayrat Satıbaldını MTK sədrinin kadrlar üzrə müavini təyin etdi.  Yeri gəlmişkən, Nazarbayevin digər yaxın qohumu  Samat Abiş də MTK-nin sədr müavini vəzifəsində çalışırdı. Kayrat sələfi idi və MTK-nın bütün operativ tərkibini islamın məhz bu qolunun adeptinə çevirmək üçün böyük səylər göstərirdi. Samat Abiş da sələfi idi və həmçinin MTK-nin islamlaşmasında iştirak edirdi, düzdür, tipik major olaraq qalırdı və zəngin həyat tərzi sürməkdə davam edirdi.

Onların hər ikisi çoxlu məscid  tikdirib, dini mühitdə böyük nüfuzları vardı, BƏƏ və Səudiyyə Ərəbistanında çoxlu vaxt keçirirdilər … Elə oralarda da böyük biznes qurmuşdular. BƏƏ və Səudiyyə Ərəbistanı Nazarbayevin qohumlarının dini fəallığını həvəsləndirirdi. Hər ikisi təbii ki, yanvar hadisələrində iştirak edib, ancaq birbaşa yox, dini icmalardakı tərəfdarları vasitəsilə. Onların adamları xüsusilə Cambulda və Alma-Atada fəal idi.

 

 

- Niyə bütün etirazlar bir qayda olaraq Qərbi Qazaxıstanda başlayır?  Sanki yüksək maaşlar olan neftlə zəngin bölgədir..

 

 

- Etirazlar ölkənin digər bölgələrində də baş verib.  Sadəcə Qərbi Qazaxıstanda sosial təbəqələşmə daha çox gözə çarpır, zəngin azlıqla yoxsul kütlə arasındakı ziddiyyət daha üzdədir. Əksər fəhlələrin aldığı cüzi maaşla dolanmaq çox çətindir. Üstəlik Qərbi Qazaxıstanın əhalisi xaraktercə daha çılğındır. Onlar özlərini qıpçaqlar sayır və istənilən ədalətsizliyə dözümsüzdürlər. Bu bölgədə ədalətsizlik isə yetərincədir - Qərbi Qazaxıstanda əldə edilən enerji ehtiyatlarının gətirdiyi böyük gəlirlər adi adamların cibindən kənara gedərək oliqarxların məhdud dairəsinin bank hesablarında toplanır. Bu da kütləvi etirazlara səbəb olur. 

 

 

- Bir çox ekspertlər qeyd edirlər ki, Tokayev Putinə borcludur. Belə ki Putin ona saray çevrilişi cəhdinin öhdəsindən gəlməkdə yardımçı olub və bununla da Qazaxıstan liderini öz sələfinin çoxvektorlu siyasətini davam etdirmək imkanından məhrum edib...  

 

 

- Putinin Rusiya qoşunlarının Qazaxıstanda lazım olduğu qədər qalacağını söyləməsinə baxmayaraq, Tokayevin Kremlə borclu olduğunu demək çətindir. O, müddəti kifayət qədər sərt şəkildə on iki gün ərzində qeyd edib ki, KTMT qoşunları həmin zaman kəsiyində Qazaxıstan ərazisini tərk etməlidir. Artıq söylədiyim kimi, Tokayev öz hakimiyyətini möhkəmləndirməyə nail olub, bununla yanaşı, Rusiya prezidenti qarşısında minnətçi düşməyib.  

Tokayev yanvarın 5-i KTMT-dan ona görə kömək istəyib ki, güc strukturlarının itaət etməyəcəyi ehtimalından qorxub. Qazaxıstanın “Elbası”dan komanda gözləyən hüquq-mühafizə orqanları öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırıb. Hərçənd onlar eləcə də həmin komandanı almayıblar ki, bu da Nursultan Nazarbayevin iş bacarığı olmaması və ya ölməsi versiyasını təsdiqləyir. O da maraqlıdır ki, Nazarbayev klanından bir nəfər də olsun etirazçıların qarşısına çıxmayıb və özünü üsyanın lideri elan etməyib. Onlar kütləni provokasiya ediblər, sələfiləri ayağa qaldırıblar, gənclərin məzlum kəsimini qızışdırıblar, lakin eləcə də etiraza rəhbərlik etməyə cürət etməyiblər. Başqa sözlə desək, Nazarbayevin klanı əl altından iş görüb və bu gözdən yayınmayıb. Tokayev isə KTMT qoşunlarını dəvət etməklə, bir tərəfdən, güc strukturlarına güclü beynəlxalq dəstəyə malik olduğunu göstərib, digər tərəfdən, hüquq-mühafizə orqanlarına atəş açmağı əmr edərkən qətiyyətli və hətta sərt olub. İradə özəlliyi ilə diplomatik çevikliyin uzlaşması Tokayevi, şübhəsiz ki, güclü siyasi lider-avtokrat kimi səciyyələndirir.   

 

  

Şəxsən mən əminəm ki, Qazaxıstan prezidenti müxtəlif geosiyasi oyunçularla sıx münasibətlərin mühüm əhəmiyyətini əla başa düşür və elə bu səbəbdən də çoxvektorlu siyasətə davam edəcək. Bu əsasən Türkiyəyə və türk dünyasına aiddir. Hər şey ona doğru gedir ki, Qazaxıstan-Türkiyə münasibətləri Azərbaycanla Türkiyə arasındakı münasibətlərədək qalxacaq. Burda, şübhəsiz ki, türk və qazax xalqlarının etnik yaxınlığını, həmçinin Türk Dövlətləri Təşkilatının perspektivlərini nəzərə almaq lazımdır.  

 

 

- Mühacirətdə yaşayan, müxalifət hərəkatın lideri Muxtar Ablyazov Qazaxıstandakı etirazları təşkil etdiyini deyir. Ablyazovun sözlərinə görə, Alma-Atada etiraz edənlər hər gün ondan necə hərəkət etməli olduqlarını soruşublar. O həmçinin müvəqqəti hökumətə başçılıq etmək üçün qazaxıstana qayıdacağını vəd edib...

 

 

- Muxtar Ablyazovun qazax müxalifətinə müəyyən təsiri var. Lakin xaricdə oturub Qazaxıstanda dövlət çevrilişi etmək reallıqdan tamamilə uzaqdır.  

 

 

O ki qaldı yanvar etirazlarının gerçək detonatoruna, bu, əhalinin inflyasiya, sosial ədalətsizlik, oliqarxiya, korrupsiya, yoxsulluq və s.-ə qarşı qəfil qiyamı olub. Düzdür, etirazların bir neçə nöqtəsində rəhbər əlin əlamətləri sezilib, amma yenə də onların hansısa hazır planın nəticəsi olduğuna heç bir sübut yoxdur.

 

    

- Yanvar hadisələrinin qızğın çağında Moskvada yetərincə nüfuzlu şəxslər bəyan ediblər ki, Şimali Qazaxıstan qədimdə Rusiya torpaqları olub. Qazaxıstanın öz Qarabağını əldə etmək perspektivi nə dərəcədə realdır?  

 

 

- Bu cür təhlükə var, üstəlik hər ötən il o daha da gerçək mənzərə alır. Rusiyanın ərazi iddiaları ilk növbədə Sibirlə sərhəd olan Şimali Qazaxıstana – Ust-Kamenoqorsk, Petropavlovsk və s-dir. Məsələn, prezident Putin RSFSR-in sovet dönəmində Qazaxıstan SSR-ə bəxş etdiyi hansısa torpaqlardan danışırdı. Jirinovski, Nikonov, Tolstoy kimi rusiyalı siyasətçilər və digərləri söhbətin Donbas və Krım kimi tarixi Rusiya torpaqlarından getdiyini israr edirlər. Qazaxıstanda, şübhəsiz ki, bu hədə-qorxuları qulaqardına vurmurlar. Həmin hədələrin zirvəsi isə Rusiya Hava desant qoşunlarının komandanı Andrey Serdyukovun Qazaxıstanda KTMT sülhməramlı qüvvələrinin rəhbəri təyin edilməsi oldu. Xatırlatmaq istəyirəm ki, Rusiya desant-hücum briqadası məhz Serdyukovun rəhbərliyi altında Ukrayna Krımına daxil olub. Qazaxıstanda bunu Moskvanın “xəbərdaredici atəşi” kimi qəbul etdilər.     

 

 

- Qazaxıstan hakimiyyəti rəsmi olaraq yanvar etirazlarının yatırılması zamanı 225 nəfərin həlak olması və dörd min adamın yaralanması barədə bəyan edib. Bununla bağlı Tokayevin morqlardan terrorçu cəsədlərinin oğurlanması barədə şok effekti yaradan bəyanatını qeyd etmək istəyirəm...

 

 

- Terrorçuların cəsədləri oğurlaması barədə bəyanatlar mitinq iştirakçılarına və nümayişçilərə açılan atəşə haqq qazandırmaq cəhdidir. Qazaxıstan prezidenti xəbərdar etmədən atəş açmaq komandasının məsuliyyətini öz üzərinə götürüb və bunu Tokayevə hələ uzun müddət xatırladacaqlar.

 

 

Şəxsən məni dünya ictimaiyyətinin etirazçılara atəş açılması faktına yumşaq reaksiyası son dərəcə heyrətləndirdi. Nəticədə Tokayev bu vəziyyətdən kiçik siyasi itkilərlə çıxa bildi. ABŞ və Aİ “Biz müşahidə edəcəyik”, “Narahatlıq bildiririk” və bu kimi digər bəhanələrlə başdan elədi. Qərbin sonuncu dəfə hər hansı bir dövlət xadiminin xəbərdarlıq etmədən insanlara atəş açmaq əmrinə bu cür reaksiya verdiyini xatırlamıram. Maraqlıdır ki, 2011-ci ildə Nazarbayevin əmri ilə Janaozendə etiraz nümayişlərinin dağıdılması və on iki nəfərin öldürülməsi faktına Qərbin reaksiyası çox qəddar olmuşdu. Görünür, Qərbin indiki “korluğ”una ABŞ, Niderland, Fransa şirkətlərinin Qazaxıstandakı maraqları səbəb olub.  

 

 

Tokayevsə ziyalı siyasətçi və peşəkar diplomat imicini kənara ataraq, Putin və Lukaşenkonun söylədiyi kimi hərəkət etdi: sən ya atəş açacaqsan, ya da hakimiyyəti itirəcəksən. Tokayev üçünsə hakimiyyəti itirmək həyatını itirməyə bərabərdir, onu Səddam Hüseynin aqibəti qorxudur. Nəticədə Tokayev Nazarbayevin rəhbərliyi altında çalışmış köməksiz, ikinci dərəcəli siyasətçi imicindən azad olaraq sərt, avtoritar və necə deyərlər, sivil diktatora çevrildi.

 

Mənbə: Müəllif:
Putin, dedi, ya, xalqa, atəş, açacaqsan,, ya, hakimiyyəti, itirəcəksən...,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Anar Əsədli: “Azərbaycanda uzun illərdir, gözü, qulağı Kremldə olanların...” - MÜSAHİBƏ
Divə qulluq edən cırtdanlar
Rəqibimiz Yeni Azərbaycan Partiyasıdır – Anar Əsədli
Prezident İlham Əliyev İspaniyanın El Pais qəzetinə müsahibə verib - TAM MƏTN
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı