Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 23:59 68 nəfər oxuyub
 
Putin Gömrük Məcəlləsinə dair müqaviləni təsdiqlədi
DÜNYA Xəbəri
Putin Gömrük Məcəlləsinə dair müqaviləni təsdiqlədi

Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyin (AİB) Gömrük Məcəlləsinə dair müqavilənin ratifikasiyası haqqında qanunu təsdiqləyib.
 
Xeber365.com APA-ya istinadən məlumat verir ki,  müqavilənin məqsədi AİB ölkələrində vahid gömrük nizamlanmasını təmin etməkdir. Gömrük Məcəlləsi gömrük əməliyyatlarının optimallaşdırılmasını, gömrük qaydalarının daha da liberallaşdırılmasını, gömrük prosedurlarının sadələşdirilməsini, gömrük əməliyyatlarının avtomatlaşdırılmasını, “vahid pəncərə” sisteminin tətbiqini və s. nəzərdə tutur.
 
Məcəllənin 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.    
 
Avrasiya İqtisadi Birliyi - 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. 

Mənbə: Müəllif: XƏBƏR365
Putin, Gömrük, Məcəlləsinə, dair, müqaviləni, təsdiqlədi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı