Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 14:18 31 nəfər oxuyub
 
Qətər əmiri bu ölkələri günahlandırdı
DÜNYA Xəbəri
Qətər əmiri bu ölkələri günahlandırdı

Tamim ben Hamad Küveytli həmkarı şeyx Sabah əl Əhmədə dəstəyinə və Körfəz ölkələri əməkdaşlıq şurasına üzv dövlətlərlə bağlı göstərdiyi vasitəçilik fəaliyyətinə görə təşəkkür edib.

 

Xeber365.com “Al Jazeera”a istinadla bildirir ki, Qətər əmiri şeyx Tamim ben Hamad Al Tani region ölkələrini böhrandan çıxış axtarmamaqda ittiham edib. Şeyxin fikrincə, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik əlaqələri kəsib və həll yolu tapmaq niyyətində deyil.

 

“Qətər Şuranın maraqları çərçivəsində siyasi təmkin göstərməyə və kompromisə getməyə çalışdı. Ancaq mühasirə ölkələri bizə qarşı beynəlxalq kampaniyaya start verdilər və münasibətləri yenidən bərpa olunması barədə fikirləşmədilər” deyən əmir rəsmi Dohanın anlaşılmazlıqları aradan qaldırmağa və qonşuları ilə dostluq münasibətlərini davam etdirməyə hazır olduğunu deyib.

 

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətəri terrrou dəstəkləməkdə və onların daxili işlərinə qarışmaqda ittiham edərək diplomatik münasibətləri kəsib. Daha sonra bu ölkələr Qətərə qarşı iqtisadi sanksiyalar və nəqliyyat blokadası tətbiq ediblər.

Mənbə: Müəllif:
Qətər, əmiri, bu, ölkələri, günahlandırdı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa