Xəbər haqqında
13 Sentyabr 2017 - Çərşənbə 19:13 195 nəfər oxuyub
 
“Qafqazda yeni radikal dalğalar başlayacaq” – İLHAM İSMAYIL
GÜNDƏM Xəbəri
“Qafqazda yeni radikal dalğalar başlayacaq” – İLHAM İSMAYIL

“İŞİD məğlub olduqca radikallığa, radikal islama meyil azalır. Bu zaman radikallar bölgələrdə və ya paytaxtda fəallaşmağa başlayırlar”.

 

Bunu Xeber365.com-a açıqlamasında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin ehtiyatda olan zabiti, polkovnik-leytenant İlham İsmayıl deyib. Onun sözlərinə görə, bütün bu göstərişlər İŞİD tərəfindən verilib. Özü də təkcə Azərbaycan üçün verilməyib. Dünyadakı bütün radikal dindarlara göndərilmiş bir “ismarış”dır:

 

“Həmin qadağan olunmuş ədəbiyyatları yenidən yaymağa, təbliğat aparmağa çalışırlar. Yeni bir dalğa ilə gəlmək üçün fəaliyyətə keçirlər. Mənə elə gəlir ki, bundan sonra Şimali Qafqazda yeni dalğalar başlayacaq. İŞİD geri çəkildikcə sığınacaq yerləri axtaracaq. Həmin sığınacaq yerləri də nə vaxtsa buradan gedən vətəndaşların ailələri, özləri olacaq. Hesab edirəm ki, bütün bu məqamlar nəzarətdə saxlanmalıdır. Məncə, hər şey DTX əməkdaşlarının nəzarətindədir”.

Mənbə: Müəllif: XƏBƏR365
“Qafqazda, yeni, radikal, dalğalar, başlayacaq”, –, İLHAM, İSMAYIL,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı