Xəbər haqqında
04 Dekabr 2017 - Bazar ertəsi 15:29 273 nəfər oxuyub
 
Qalatasaray Terimi qaytarır
İDMAN Xəbəri
Qalatasaray Terimi qaytarır

Superliqanın XIV turunda qeydə alınan “Beşiktaş” məğlubiyyətindən sonra komanda rəhbərliyi ciddi dəyişikliklər etməyə hazırlaşır.

 

Xeber365.com türk mətbuatına istinadla yazır ki, “sarı-qırmızılılar” baş məşqçi İqor Tudorla yolları ayırmaq fikrindədir. “Qalatasaray”ı yenidən Fatih Terimin çalışdırması gözlənilir. Sabiq məşqçinin bu həftə “Qalatasaray”ın hazırkı məşqçisi Tudoru rəsmən əvəz edəcəyi gözlənilir.

 

İddialara görə, klub rəhbərliyi Terimlə danışıq aparıb və tərəflər ilkin razılığa gəlib. Dursun Özbek Terimin komandaya qayıdışını “son çarə” kimi dəyərləndirib. İstanbul təmsilçisi öncə Tomas Tuxellə görüşsə də, son anda qərarını dəyişərək, Terimlə razılaşıb.

 

Qeyd edək ki, müxtəlif illərdə “sarı-qırmızılılar”la çalışa Fatih Terim komandası ilə 6 dəfə ölkə çempionluğunun sevincini yaşayıb.

Mənbə: Müəllif:
Qalatasaray, Terimi, qaytarır,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı