Xəbər haqqında
07 Noyabr 2017 - Çərşənbə axşamı 15:10 90 nəfər oxuyub
 
Qalmaqallı aktyorun filmi festivaldan çıxarıldı
ART-ŞOU Xəbəri
Qalmaqallı aktyorun filmi festivaldan çıxarıldı

Kevin Speysinin baş rolu ifa etdiyi film son günlər yaşanan qalmaqalların fonunda festivaldan kənarlaşdırılıb.

 

Xeber365.com “Variety”a istinadən xəbər verir ki, “Dünyanın bütün pulları” filmi Kaliforniyadakı AFİ Fest film festivalının proqramından çıxarılıb. Buna səbəb baş rol ifaçısı Kevin Speysinin adının seks qalmaqalında və pedofiliyada hallanmasıdır. Ridli Skottun rejissorluq etdiyi filmdə baş rolları Speysi, Mişel Uilyams və Mark Uolberq canlandırıb.

 

“Dünyanın bütün pulları filmi AFİ Fest film festivalında maraqla qarşılanacağı şübhəsizdir. Ancaq aktyor Kevin Speysiyə qarşı irəli sürülən ittihamları və zərərçəkmiş şəxsləri nəzərə alaraq filmin nümayişini məqsədəuyğun saymırıq" deyə Sony Pictures studiyasının açıqlamasında qeyd olunub.

 

Qeyd edək ki, son günlər aktyor Kevin Speysi seksual təcavüzdə və pedofiliyada ittiham edilir. Aktyorun baş rolu ifa etdiyi “Kağız ev” serialı da yayımdan qaldırılıb.

Mənbə: Müəllif:
Qalmaqallı, aktyorun, filmi, festivaldan, çıxarıldı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı