Xəbər haqqında
17 Noyabr 2017 - Cümə 15:03 6177 nəfər oxuyub
 
Qalmaqallı fotoya görə Türkiyə əsgərlərini geri çağırdı
DÜNYA Xəbəri
Qalmaqallı fotoya görə Türkiyə əsgərlərini geri çağırdı

Türkiyə NATO təlimləri üçün Norveçə gedən 40 hərbçisini geri çağırıb.

 

Xeber365.com türk mətbuatına istinadla yazır ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyası (AKP) əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında məlumat verib. Rəsmi Ankaranın bu qərarı verməsinə səbəb Norveçdə nümayiş olunan qalmaqallı tablo olub. Belə ki, “Düşmələr” adlanan tabloda Mustafa Kamal Atatürk və Ərdoğan əks olunub.

 

“Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Avropa İttifaqı üzrə nazirimiz Kanadaya səfər edirdi. Onlar yoldan bizimlə əlaqə saxladılar, məlumat verdilər. NATO təlimlərində 40 hərbçimiz var idi. Biz də onları geri çağırdıq. Hətta həmin tablolar yığışdırılsa da qərarımız dəyişməyəcək. Bilirsiniz oyun, başqa oyundur. Zaman-zaman belə hallarla qarşılaşmışıq, təəssüf ki, daxildə də belə qüvvələr var. Biz silahı güc mənbəyi kimi qəbul ediriksə o zaman siyasətdən gedək. Haqdan güclü heç nə yoxdur” deyə Ərdoğan vurğulayıb.  

Mənbə: Müəllif:
Qalmaqallı, fotoya, görə, Türkiyə, əsgərlərini, geri, çağırdı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı