The document has moved here.
|
||
"Qanun"a niyə təzyiq olunur? | ||
Şahbaz bəy məsələyə cəmiyyətin və mətbuatın münasibətindən razı qaldğını da söyləyib: “Axtarışlar istirahət günlərinə düşdü. Ancaq yenə də dəstək üçün nəşriyyata gələnlər, bu barədə yazanlar oldu. Hər halda kifayət qədər aktiv bir münasibət gördüm. Bu prosesdə xeyli adam bizə dəstək oldu. Məhz bu mənəvi dəstək insanı daha da ruhlandırır və işləməyə sövq edir”. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Xəbər verdiyimiz kimi, iyunun 11-də bir qrup polis əməkdaşı Bakıda "Qanun" nəşriyyatının binasına girməyə çalışıb. Polis binada partlayıcı maddə - bomba olması barədə xəbərə görə həmin ünvana gəlidiyini bildirib. Daha sonra polis əməkdaşları təhqiqat aparmaq adı ilə bəzi çap məhsullarını, qəlibləri götürüblər.
Nəşr evinin direktoru Şahbaz Xuduoğlu bu barədə xəbər365-ə danışıb. Şahbaz Xuduoğlu məsələylə bağlı qanun çərçivəsində addım atacağını bildirirb: “Qanun” nəşriyyatında axtarışların aparılmasıyla bağlı məndə aydın bir mənzərə, hər hansı nəticə, dəqiq məlumat yoxdur. Bilmirəm ki, bu axtarışları aparmaqda məqsəd nə idi? Hər halda iddia edirlər ki, nəşriyyatda bomba var. Ancaq axtardılar və bəlli oldu ki, bomba yoxdur. Təbii ki, biz bununla bağlı şikayətimizi bildirəcəyik. Çünki nəşriyyatın binası iki gün mühasirədə, polis nəzarətində qaldı. Mülkiyyət hüququndan istifadədən məhrum olunmuşuq. Bununla bağlı hüquqşünaslarla məsləhətləşmələr aparırıq, müvafiq şikayət ediləcək”.
Nəşriyyatdan hansı əsərlərin və ya əlyazmaların götürükdüyünə gəldikdə isə, o, bu barədə təqribi məlumata sahib olduğunu deyib: “Götürülən əsərlər qarışıqdır. Konkret hansısa əlyazma, nəşr deyil. Təhqiqat aparandan sonra özlərinə də məlum olacaq ki, onların arasında nə var. Ola bilər ki, o əsərlərin arasından hansısa bomba qırıqları tapılsın”.
Şahbaz bəy məsələyə cəmiyyətin və mətbuatın münasibətindən razı qaldğını da söyləyib: “Axtarışlar istirahət günlərinə düşdü. Ancaq yenə də dəstək üçün nəşriyyata gələnlər, bu barədə yazanlar oldu. Hər halda kifayət qədər aktiv bir münasibət gördüm. Bu prosesdə xeyli adam bizə dəstək oldu. Məhz bu mənəvi dəstək insanı daha da ruhlandırır və işləməyə sövq edir”.
Bir müddət əvvəldə nəşr evində vergi yoxlamaları aparılaraq akt tərtib edilmiş və “Qanun” 150 min manat dəyərində cərimələnmişdi. İndi isə sözegdən hadisə nəşriyyatı çıxılmaz vəziyyətə salıb. “Bəs “Qanun”a qarşı təzyiqin səbəbini Şahbaz Xuduoğlu nədə görür?" sualına o elə cavab verib: “Siz bu sual haqqında yalnız müsahibə alanda düşünürsünüzsə, mən ümumiyyətlə hər gün, gecə-gündüz düşünürəm. Ancaq hələ də cavab tapa bilməmişəm”. |
||
|
||
"Qanun"a, niyə, təzyiq, olunur?, |
|