Xəbər haqqında
05 Dekabr 2017 - Çərşənbə axşamı 22:41 113 nəfər oxuyub
 
“Qarabağ”ın start heyəti açıqlandı
İDMAN Xəbəri
“Qarabağ”ın start heyəti açıqlandı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunda İtaliya paytaxtında keçiriləcək “Roma”-“Qarabağ” oyunu üçün komandaların start heyətləri açıqlanıb.

 

Xeber365.com Azərtac-a istinadən məlumat verir ki, “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Riçard Almeyda, Əfran İsmayılov, Elvin Yunuszadə, Yakub Rzezniçak və Donald Gerye yer alıblar.

 

İtaliya təmsilçisinin ilk on birliyinə isə Alisson Beker, Radya Nainqolan, Kevin Strutman, Dieqo Perotti, Edin Dzeko, Aleksandar Kolarov, Daniele de Rossi, Federiko Fazio, Alessandro Florenzi, Kostas Manolas və Stefan El Şaravi daxil ediliblər.

 

Oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

 

Görüşün baş hakimi almaniyalı Tobias Ştiler olacaq. Ona Mayk Pikel və Yan Sidel kömək edəcəklər. Əlavə köməkçi hakimlər Bastyan Dankert və Harm Osmers olacaqlar. Dördüncü hakim funksiyasını Kristian Qittelmann yerinə yetirəcək.

 

Xatırladaq ki, “Qarabağ” əvvəlki oyunlarda “Çelsi”yə səfərdə 0:6, doğma meydanda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub. Ağdam təmsilçisinin “Atletiko Madrid” ilə hər iki görüşü heç-heçə başa çatıb – (0:0, 1:1). Komandamız beşinci turda Bakıda “Çelsi” ilə görüşdən 0:4 hesabı ilə məğlub ayrılıb.

 

Hazırda hesabında 10 xal olan “Çelsi” qrupda birinci pillədə qərarlaşıb. “Roma” 8 xalla ikinci, “Atletiko Madrid” isə 6 xalla üçüncüdür. Hesabında 2 xal olan “Qarabağ” isə sonuncudur.

 

Qeyd edək ki, bu oyunun nəticəsi “C” qrupunda 2 xalla sonuncu sırada qərarlaşan “Qarabağ”ın mövqeyinə təsir göstərməyəcək. “Roma” klubu isə qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalıdır. Bu qrupun digər oyununda “Çelsi” Londonda Madridin “Atletiko” klubunu qəbul edəcək. Londonlular səkkizdəbir finala vəsiqəni artıq təmin ediblər. İspaniya təmsilçisi isə qrupdan çıxmaq şansını saxlamaq üçün mütləq qələbə qazanmalıdır. Lakin onların qrupdan çıxması “Roma”nın “Qarabağ” ilə oyunda məğlub olması və ya heç-heçə etməsindən asılıdır.

Mənbə: Müəllif: XƏBƏR365
“Qarabağ”ın, start, heyəti, açıqlandı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı