Xəbər haqqında
27 Oktyabr 2017 - Cümə 00:21 355 nəfər oxuyub
 
Qarabağ "İyi" partiyanın xarici siyasətində əsas hədəfdir - Yusuf Halaçoğlu
MÜSAHİBƏ Xəbəri
Qarabağ

"Bizim xarici siyasətimizdə Azərbaycan başda olmaqla türk respublikaları ilə əlaqələr qurmaq yönündə strateji planımız var. Buraya siyasi, ideoloji, idarəetmə, mədəniyyət və digər sahələrdə əlaqələr daxildir". 

 

Bunu Xeber365.com-a özəl açıqlamasında "İyi" partiyanın önəmli simalarından olan, Türkiyə Böyük Millət Məclisinin üzvü Yusuf Halaçoğlu deyib. Yusuf Halaçoğlu bildirib ki, "İyi" partiya Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyi hədəfləyib:

"Qardaş respublikalarla başqa ölkələrlə müqayisədə çox fərqli və sıx, isti bir baxışımız var. Azərbaycanla hər sahədə əməkdaşlıq etməyi düşünürük. Təbii ki, bunlar içərisində Dağlıq Qarabağ münaqişəsi öndə gəlir. Partiya proqramımızda bütün bunlar nəzərə alınıb. Yeri gəlmişkən, deyim ki, Dağlıq Qarabağ münaqişəsi Partiyamızın xarici siyasətində əsas hədəflərdəndir".


Azərbaycanlı siyasətçilərlə hələ əlaqələrin qurulmadığını deyən Y. Halaçoğlu "İyi" partiyaya ölkəmizdən böyük dəstək göstəriləcəyini vurğulayıb:
"Partiyamız yeni qurulduğu üçün Azərbaycanda hansısa bir idarə, siyasi təşkilatla hələki əlaqəmiz yoxdur. Lakin Azərbaycan siyasi arenasından çoxlu dostlarımız var. Hesab edirəm ki, bizim yaxşı düşüncələrimizə onlar da qarşılıq verəcəklər. Hələ ki, şəxsən mənə zəng edib təbrik edən, birbaşa olaraq dəstək olduğunu, yaxud da yanımızda olduğunu deyən olmayıb. Lakin dediyim kimi, partiyamız yeni qurulub. Günü sabahdan başlayaraq yəqin ki, təbriklər, dəstəklər gəlməyə başlayacaq".

Mənbə: Müəllif: XƏBƏR365
Qarabağ, "İyi", partiyanın, xarici, siyasətində, əsas, hədəfdir, -, Yusuf, Halaçoğlu,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı