Xəbər haqqında
05 Dekabr 2017 - Çərşənbə axşamı 20:34 81 nəfər oxuyub
 
"Qarabağ"lı gənclər uduzdu
İDMAN Xəbəri

"Qarabağ" komandasının 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında son oyununu keçirib. 


Xeber365.com "Report"a istinadən bildirir ki, Azərbaycan təmsilçisi İtaliya paytaxtında "Roma"dan olan həmyaşıdları ilə qarşılaşıb.


Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Roma" ilk yarıda 2, fasilədən sonra 1 qol vurub. İkinci hissədə "Qarabağ" fərqi azaltmaq üçün irəli atılsa da, qol imkanlarından yararlana bilməyib.


Beləliklə, Ağdam komandası UEFA Gənclər Liqasını 3 xalla sonuncu pillədə başa vurub.

Mənbə: Müəllif: XƏBƏR365
"Qarabağ"lı, gənclər, uduzdu,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı