The document has moved here.
|
||
Qarabağda 1 500 km-ə yaxın yeni yollar salınacaq | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Bundan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 441,7 km uzunluğunda yollar salınacaq.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda deyib.
“Bu yollar qarşıdakı 20 ildə istifadəyə veriləcək və onlar nəinki indi, hətta 2041-ci ildə cəmi 61 yüklənəcək. Halbuki dünyada bu rəqəm 85 civarındadır. Bu, bir daha dövlətimizin işğaldan azad edilmiş ərazilərə olan diqqət və qayğısını göstərir. Hazırda sözügedən istiqamətdə xüsusi konsepsiya hazırlanır. 101 km uzunluqda Zəfər Yolu artıq istifadəyə verilib və ümumi uzunluğu 1 441,7 kilometr təşkil edən digər 15 yol layihəsi də ardıcıl olaraq tamamlanacaq", - deyə o, qeyd edib. |
||
|
||
Qarabağda, 1, 500, km-ə, yaxın, yeni, yollar, salınacaq, |
|